"KİV haqqında"
qanuna edilən dəyişikliklər müsbət
qarşılanır
YADİGAR MƏMMƏDLİ: "BU DƏYİŞİKLİKLƏRİ
MƏCBURİ ADDIM KİMİ DƏ QƏBUL ETMƏK OLAR"
MƏLUM olduğu kimi, ötən həftə Milli Məclisdə
"KİV haqqında" qanuna əlavə və dəyişikliklər
edilib. Bu dəyişikliklərin
mətbuatda bəzi problemləri aradan qaldıracağı ilə
yanaşı, bunun əksini düşünənlər
də var. Demokratik Jurnalistlər Liqasının
sədri Yadigar Məmmədlinin qənaətinə
görə isə
"KİV haqqında" qanuna dəyişikliklər
edilməsi dövrün
tələbindən irəli
gəlib:
"Bu əlavələrin mətbuat
sahəsində köklü
dəyişikliklərə səbəb olacağını
gözləmək düzgün
deyil. Azərbaycanda "KİV haqqında" qanun çox mükəmməl bir sənəd idi. Son dəyişikliklər isə mövcud vəziyyətdən irəli
gələrək atılan
bir addımdır.
Bu dəyişiklikləri məcburən atılan addım kimi də qəbul etmək olar. Çünki demokratik ölkələrin
bir çoxunda KİV
haqqında qanunda belə maddələr yoxdur. Xarici ölkələrdə bu sahədə Azərbaycanda müşahidə
olunan hallara rast gəlinmir. Bizdə isə hər kəs qəzet açmağa, mətbuat sahəsində fəaliyyət
göstərməyə cəhd
edir. Bundan istifadə edən
bəzi işbazlar həm mətbuata, həm də cəmiyyətə əlavə
problem yaradırdı. Buna görə də yalnız ali
təhsilli şəxslərin
qəzet açmasına
icazə verilməsi barədə dəyişiklik
zəruri idi. Digər dəyişikliklərin edilməsinə
də ehtiyac vardı. Belə hesab edirəm
ki, müəyyən dövrdən sonra həmin dəyişikliklər
əhəmiyyətini itirəcək".
"Səs"
qəzetinin baş redaktoru Bəhruz Quliyev də "KİV haqqında" qanuna əlavə və dəyişikliklər edilməsinin
zərurətdən irəli
gəldiyi qənaətindədir:
"Digər sahələrdə
olduğu kimi, kütləvi informasiya vasitələri haqqında
qanunlarda da təkmilləşdirmə aparılmasına
ehtiyac var idi. Bu mənada,
qanuna edilən son dəyişikliklər müsbət
qarşılanmalıdır. Dəyişikliklər mövcud vəziyyətin
tələbindən irəli
gəlir".
Xalid
Üç nöqtə.-
2009.- 11 mart.- S. 10.