"Əlillər üçün reabilitasiya müalicə mərkəzləri yaradacağıq"

 

ELNUR KƏLƏNTƏROV: "BU İL 707 QARABAĞ ƏLİLİ VƏ ŞƏHİD AİLƏSİNƏ MƏNZİL VERİLƏCƏK"

 

 DÜNYANI bürümüş qlobal iqtisadi maliyyə böhranının simptomları ölkəmizdə özünü göstərməkdədir. Təkcə tikinti sektorunun iflic olmasını nəzərdə tutmuruq. Büdcədən bir sıra elə əhəmiyyət daşımayan xərclərin, məsələn, ezamiyyət xərclərinin təxirə salınması, büdcə gəlirlərinin başlıca hissəsini təşkil edən neftin dünya bazarında qiymətinin kəskin azalması ciddi siqnaldır. Belə durumda insanları rahatsız edən başlıca problem əhalinin sosial müdafiəsi ilə bağlıdır. Başqa sözlə, qlobal maliyyə böhranı Azərbaycan vətəndaşının sosial müdafiəsini zəiflətməyəcək ki?

 Mövzunun aktuallığını oxucuların nigarançılığını nəzərə alıb, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üz tutduq. Beləliklə, müsahibimiz nazirliyin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərovdur.

 - İlk sualımız ünvanlı sosial yardımların verilməsində problemlərin olması ehtimalı ilə bağlıdır. Yardımın məbləğində azalma mümkündürmü?

 - Ünvanlı sosial yardımlar ehtiyac meyarına uyğun olaraq ildə bir dəfə Mill Məclisdə baxılaraq müəyyən edilir. Bu il üçün onun dəyəri 60 manatdır ki, bu da ehtiyac meyarına nisbətdə 71,4 faiz təşkil edir. Məqsədimiz getdikcə bu nisbəti bərabərləşdirməkdir. Müqayisə üçün deyim ki, 2006-cı ildə həmin nisbət 51 faiz olub. İstənilən halda yardımın məbləğinin azalmasındanı söhbət belə gedə bilməz. Əksinə, vurğuladığım kimi, bu məbləğ artırıla bilər.

 - Belə söhbətlər var ki, yardım alanların siyahısı hər ailəyə ödəniləcək məbləğ göstərişlə məhdudlaşdırılıb.

 - Əvvəla, yardım alanların 89,2 faizi pulunu bankomatlar vasitəsilə alır. İkincisi, əvvəlki ilə nisbətdə yardım alanların sayı 17-20 faiz artıb. Bunlar statistik məlumatlardır. Yəni hər hansı göstərişlə yardım alanların siyahısını, yaxud məbləği məhdudlaşdırmaq, sadəcə mümkünsüzdür. Onu da qeyd edim ki, ünvanlı sosial yardım almaq üçün tələb edilən sənədlərin sayı 14-dən 9-a endirilib. Biz yardımların verilməsində şəffaflığı təmin etməkdə maraqlıyıq. Lap yardımların verilməsində gecikmələrin ola biləcəyi halda da, bu, bizdən asılı deyil, banklarla digər texniki məsələlərlə bağlı ola bilər.

 - Ölkənin tikinti sektorunun iflic hala düşməsi göz önündədir. Bu "xəstəliyin" Qarabağ əlilləri şəhid ailələri üçün nazirliyin inşa etdiyi binalara keçməsi gözlənilirmi?

 - Mən deməzdim ki, tikintilərdəki vəziyyət sizin dediyiniz kimidir. Ümumiyyətlə, bir mütəxəssis kimi deyə bilərəm ki, böhranın ölkəmizə təsiri, hələ ki, hiss ediləcək səviyyədə deyil. Bizdə məşğulluq idarəsinə müraciət edənlərin sayı yanvar ayının nəticələrinə əsasən azalıb. Qarabağ əlilləri şəhid ailələri üçün inşa edilən binalara gəldikdə isə, ötənilkinə nisbətən daha çox mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. 2004-cü ildə 165, 2005-ci ildə 113, 2006-da 154, 2007-ci ildə 171, 2008-ci ildə 396 mənzil əlil şəhid ailələrinin istifadəsinə verilibsə, bu ilə 707 mənzilin təhvil verilməsi həyata keçiriləcək.

 - Söz düşmüşkən, son illərdə Bakı şəhərində tikilən evlərin sayı azalıb. Yanılmıramsa, axırıncı 3 ildə Bakıda yalnız bir 36 mənzilli ev əlil şəhid ailələrinin ixtiyarına verilib.

 - Sözügedən kateqoriyadan olan insanlara mənzil tikintisi iki istiqamətdə aparılır: həm yerli icra hakimiyyətləri, həm biz hökumətin ayırdığı vəsaitlə evlər tikirik. Bakıda əlillərə mənzil verilməsinin səngiməsi texniki məsələlərlə bağlıdır. Hazırda Nərimanov rayonunda tikilən 36 mənzilli ev bölünmə mərhələsindədir. Bu evin mənzil bölgüsünün gecikməsi sosial infrastruktur təchizatı ilə bağlıdır bu artıq tamamlanmaq üzrədir. Eyni zamanda Suraxanı, Yasamal s. rayonlarda hündürmərtəbəli - 81 mənzilli (1, 2 3 otaqlı) evlərin tikintisi aparılır.

 - Əlillərin respublikadan kənarda müalicəyə göndərilməsində problem yaranmayacaq ki?

 - Xeyr. Nazirliyin xətti ilə ötən il 144 nəfər ölkədə, 187 nəfər isə xaricdə müalicə olunub. Bunların 66-sı Krımda -Sakidə müalicə alıb. Bu il bu işi davam etdirəcəyik. Fikrimiz var ki, Sakidəki müalicəxanaya uyğun elə öz Azərbaycanımızda reabilitasiya, müalicə mərkəzləri yaradaq. Əlillərin reabilitasiya vasitələri ilə təminatı da getdikcə yaxşılaşacaq. Bircə onu demək yetər ki, bu il daha 600 əlilin "Oka" avtomobili ilə təmin edilməsini planlaşdırırıq.

 - Neqativ hallara qarşı "Qaynar xətt"in yaradılmasına ehtiyac varmı? Vətəndaşların qəbulu qaydalarında dəyişiklik yoxdur ki?

 - Bizdə bu xətt 2007-ci ildən fəaliyyət göstərir: 142. Üç rəqəm yığmaqla vətəndaşlar həm istədikləri məlumatı ala, həm qarşılaşdıqları problemlər barədə danışa bilərlər. Vətəndaşların qəbulunda da heç bir problem yoxdur.

  

 

Məğrur BƏDƏLSOY

 

Üç nöqtə.- 2009.- 12 mart.- S. 9.