Türkiyə-ABŞ cəbhəsi
ZƏRDÜŞT ƏLİZADƏ: "OBAMANIN
TÜRKİYƏYƏ SƏFƏRİNDƏN SONRA QONDARMA ERMƏNİ
SOYQIRIMI İNDİKİ SİYASİ ŞİDDƏTİNİ
İTİRƏCƏK"
ABŞ prezidenti Barak Obamanın apreldə Türkiyəyə rəsmi səfərə gələcəyi ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Qaradərili demokratın hələ seçkiqabağı kampaniya zamanı müsəlman ölkələri ilə münasibətləri normallaşdıracağı vədini verməsinə baxmayaraq, Fələstinlə əlaqədar hadisələrdə İsrailə qarşı loyal yanaşması onun haqqında, yumşaq şəkildə desək, xoş olmayan ilk təəssüratlar yaranıb. Obama, həmçinin, prezidentliyinin ilk yüz günü ərzində müsəlman ölkələrindən birinə səfər edəcəyini və orada islam Şərqi ilə bağı siyasətinin əsas konturlarını göstərəcəyini bildirib. Onun yüz günü tamam olduqdan sonra, yəni Hillari Klintonun Ankaraya səfəri zamanı həmin ölkənin Türkiyə olacağı aydınlaşdı. Obamanın Türkiyəyə nəzərdə tutulan bu səfəri ilə əlaqədar politoloq Zərdüşt Əlizadənin fikirlərini öyrəndik.
- Zərdüşt
bəy, Türkiyə
mediasının irəli
sürdüyü fikrə
əsasən, bu səfər çoxdan planlaşdırılan Yaxın
və Orta Şərq siyasətinin tərkib hissəsidir. Sizcə,
Obamanın Türkiyə ziyarəti hansı
zərurətdən irəli gəlir?
- Mən
bu fikirlə razıyam ki, Türkiyənin son illər
apardığı xarici
siyasət Amerika ilə razılaşdrılıb.
Onlar strateji müttəfiqdirlər, bir-biri
üçün çox
mühüm ölkələrdir.
Türkiyə- Ermənistan
yaxınlaşmaları, Türkiyə-İran
kontaktları, Türkiyənin
Yaxın Şərq məsələsində İsraillə
Fələstin və Suriya arasında vasitəçi rol oynaması, təbii ki, razılaşdırılmış
məsələlərdir. Strateji
müttəfiqlərin bir-birindən
asılı olmayan, razılaşdırılmayan addımlar
atdığı demək
çox sadəlövhlük
olardı. Digər tərəfdən, Türkiyə
və ABŞ-ın hər birinin öz milli maraqları,
fərqli baxışları
ola bilər. Bunları uzlaşdırmaq
lazımdır. Elə
Obamada gəlir ki, bu məsələləri
aydınlaşdırsın. Türkiyənin birinci adamları, prezident Abdullah
Güllə, baş nazir Ərdoğanla görüşsün və
məsələləri razılaşdırsınlar.
Bu, hər iki ölkə üçün
çox vacib səfərdir. Obamanın
ilk müsəlman ölkəsi
kimi Türkiyəyə
gəlməsi Türkiyənin
əhəmiyyətini, dəyərini,
mühüm rolunu göstərir.
- Seçkiqabağı
ekspertlər Obamanın
daxili siyasətlə məşğul olacağı,
böhran şəraitində
daha çox iqtisadi məsələləri
önə çəkəcəyini
bildirirdilər. Lakin onun yeritdiyi siyasət bunun əksini göstərir.
- Mənə
elə gəlir ki, bu cür
baxış çox sadəlövhdür. Bu ona
bənzəyir ki, ya şokolad yeməlisən, ya da kabab. Əslində
isə kabab da lazımdır, şokolad da. Obama seçildi. Konqresə müraciət edərək,
ABŞ iqtisadiyyatının gücləndirilməsi üçün
layihə təqdim elədi. Amerikada səhiyyənin, təhsilin
inkişafı ilə
bağlı mühüm
proqramları açıqladı.
Türkiyəyə səfərinə
qədər də mühüm qərarlar, təyinatlar olacağı
gözləniləndir. Xarici
siyasət daxili siyasətin davamıdır.
Buş dövrünün
iqtisadi uğursuzluqlarının
mühüm səbəblərindən
biri bu idi
ki, Amerika daşıya bilməyəcəyi
qədər çiyinlərinə
yük götürmüşdü.
İraqda, Əfqanıstanda
ifrat, çox bahalı hərbi əməliyyatlar aparırdı.
Ərəb dünyası
ilə münasibətləri
çox soyumuşdu. Belə bir şəraitdə
Barak Obama ABŞ-ın iqtisadi
yükünü yüngülləşdimək
üçün İraqda
müharibənin başa
çatmasına qərar
verdi. Əfqanıstandakı
müharibəyə diplomatik
üsullarla son qoymağa
çalışır. İranla
münasibətləti normallaşdırmaq
üçün danışılara
cəhd göstərir.
Bütün bu planların reallaşmasında
Türkiyənin mühüm
rolu vardır. Həm İsrail, həm Ərəb ölkələri, həm
Ermənistan, həm də İranla qonşudur. Bütün bu işlərdə Türkiyə ilə Amerika tandem dövlətlər
kimi çıxış
edəcək.
- Obamanın
Türkiyəyə səfəri
"erməni soyqırımının"
Konqresdə qəbul olunması ehtimalını
azaldıb. Bu xüsusda
əvvəllər yaradılmış
ajiotaj Türkiyədən
daha artıq güzəştlər qopartmağa
xidmət edirdimi?
- Məncə,
Türkiyədən qopartmalı
bir şey yoxdur. Türkiyənin Azərbaycan kimi nefti, qazı yoxdur ki, gəlib
ondan nəsə alsın. Türkiyə ilə Amerika ayrı-ayrılıqda öz
dövlət maraqlarını
təmin edərkən
strateji müttəfqlər
kimi çıxış
edirlər. Bunların
arasında ciddi təzad, ziddiyyət yoxdur. Bu baxımdan soyqırım məsələsinə
də baxılacaq. Obama
səfər zamanı
diplomatik formada bu məsələyə münasibət bildirəcək
ki, mən soyqırımın tanınmasının
lazım olduğunu düşünürdüm. Amma
gəldik və strateji müttəfiqimiz Türkiyə ilə bu məsələni müzakirə etdik. Türkiyə öz fikirlərini söylədi.
Məncə, bu məsələni birgə
həll etmək lazımdır. Ona görə Türkiyə təklif edir ki, tarixi öyrənən
birgə komissiya yaradılsın. Ermənistan
alimləri də ora daxil olsun.
Türkiyə heç
də etiraz etmir ki, soyqırımı
tanısın. Ancaq bu siyasi qərar
yox, elmi qərar olmaldır. Qoy, Türkiyə və Ermənistan alimləri məsələni
birgə araşdırsın.
Təbii ki, araşdırma başlayanda
Ermənistanın təxribatçı,
Rusiyanın agenti rolu, Azərbaycanda, Türkiyədə törətdiyi
vəhşiliklər hamısı
üzə çıxacaq.
Qondarma erməni soyqırımı məsələsi
indiki siyasi şiddətini itirəcək.
Bu, çox müdrik addım olacaq. Obamaya da seçkiqabağı
öhdəlikdən üzüsulu
çıxmağa imkan
yaradacaq.
- İranla
bağlı Türkiyə-ABŞ
arasında hansı məsələlərin müzakirə
olunacağını proqnozlaşdırmaq
olar?
- Türkiyə
ilə İran arasında iqtisadi və siyasi münasibətlər normaldır
və inkişafdadır.
Xüsusilə bunu enerji sahəsinə aid etmək olar. İrandan Türkiyəyə
qaz kəməri var. Bu
Türkiyənin enerji
aldığı kanalları
rəngarəngləşdirir və enerji asılılığını azaldır. Bu, çox müsbət haldır. Amerika da İranla
münaqişənin yumşaq
şəkildə aradan
götürülməsində, problemlərin sülh, danışıqlar yolu ilə həll olunmasında maraqlıdır.
Bu missiyada Türkiyə
çox yardımçı
ola bilər. Eyni zamanda, ABŞ Türkiyəni İsrail-Suriya,
İsrail-Fələstin münasibətlərinin
mülayimləşməsində fəal ampulada görmək istəyir. Bütün müsəlman
Şərqində, bütün
müsəlman dünyasında
Türkiyə Amerikanın
siyasətinin, o cümlədən
Türkiyənin maraqlarına
cavab verən siyasətinin gerçəkləşməsində
mühüm rol oynaya bilər. Obamanın da məncə, Türkiyə
səfəri bu məqsədlə nəzərdə
tutulub.
Sarvan BAYRAMOĞLU
Üç nöqtə.- 2009.- 12 mart.- S. 4.