Hadi Rəcəblinin
məmurlara tövsiyəsi
"TOY, YAS MƏRASİMLƏRİ
KEÇİRDİKDƏ DƏBDƏBƏYƏ
ÜSTÜNLÜK VERMƏYİN"
AZƏRBAYCAN istər toy, istərsə də yas mərasimlərinin xüsusi təmtəraqla keçirildiyi yeganə ölkədir, desək heç də yanılmarıq. Söhbət əsasən özünəməxsus özəlliyi ilə seçilən zəngin süfrə açılmasından gedir. Əslində bu, dində zənginlik yox, israfçılığın göstəricisidir. Uzağa getməyək, təcrübəsinə tez-tez istinad etdiyimiz Türkiyədə toy və yas mərasimlərinin keçirilməsi tamam fərqlidir. Türkiyədə yas evinə qonşular, qohumlar ehsan bişirib gətirir. Orada nə küçənin ortasında təmtəraqlı çadırlar qurulur, nə də şadlıq evlərində ehsan verilir.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Azərbaycandakı toylar qalsın bir yana, son illərin yas mərasimlərini "çalğısız toy" adlandırdı: "Övladlarına toy etmək istəyən valideynlər ilk növbədə şadlıq evlərinə müraciət edirlər. Burada onların ilk qarşılaşdıqları təbii ki, restoran menyusudur. Menyuda isə maşallah hər nə desən var. Yemək əlindən stolda tərpənmək olmur, 3-4 saat ərzində stol ətrafında oturanların bu təamları yeməsi qeyri-mümkündür".
Müsahibimiz hesab edir ki,
valideynlər bu cür dəbdəbəli
süfrənin açılmasının
tərəfdarı olmasa
da, şadlıq evləri varlını da, imkanı yüksək olmayanı da eyni xərci
çəkməyə məcbur
edir. "Toy sahibi öz maddi durumuna
baxıb 30 növ yeməkdən və salatdan bir neçəsini
ixtisara salmaq fikrinə düşsə
də, restoran sahibləri bununla qətiyyən razılaşmırlar".
E.Hüseynov qeyd etdi ki, məcburi
şəkildə növbənöv
yeməklər təklif
edən şadlıq evlərində menyunun qiyməti fantastik rəqəmlərlə ölçülür:
"Bir milyondan artıq qaçqını
və köçkünü
olan bir ölkədə belə dəbdəbəli süfrələrin
açılması, israfçılığa
yol verilməsi sadəcə, biabırçılıqdır".
Toy mərasimlərimiz üçün bu qədər xərc çəkmək kimə
lazımdır? Təbii
ki, bir qrup
insanlar var ki, onlar bunlardan
qazanc götürürlər.
Bəs gənclərimiz
"palaza bürünərək
elnən sürünməklə"
nə qazanırlar? Bir çoxları düşünür ki, nə qədər dəbdəbəli və qonaqlı toy etsələr, o qədər "hörmətli"
olarlar. Millət vəkili Hadi Rəcəbli bunun tamamilə yanlış fikir olduğunu dedi: "Gənclər və onların valideynləri anlamalıdırlar
ki, dəm-dəstgahlı toy etməklə, lazımsız
borca düşməklə
maddi və mənəvi problemlə üzləşəcəklər. Amma etiraf edək
ki, belə adət-ənənələri
qanunla tənzimləmək
çətindir. Çünki
mərasimlər haqqında
qanun elə hazırlanmalıdır ki,
sonradan onun icrasında neqativ hallar meydana çıxmasın. Qanunda
əksini tapa biləcək məqamlar reallıqda özünü
doğrultmalıdır. Əgər
bu qanun işləməyəcəksə, onun qəbuluna nə lüzum var? Ona görə
sözügedən qanun
layihəsinin hazırlanması
ilə bağlı ortada heç bir nəticə yoxdur". Millət vəkili hesab
edir ki, cəmiyyətdə ictimai
rəyə təsir imkanı artırılmalıdır:
"İnsanlar özləri
bu ifratçılığı
yoluna qoymağa çalışmalı, xüsusən
məmurlar hansısa bir mərasim keçirdikdə dəbdəbəyə
deyil, milli dəyərlərə önəm
verməklə digərlərinə nümunə göstərməlidirlər. Düzdür,
sağlam mərasim təşkil edənlər
tapılsa, buna da əvvəl-əvvəl rişxənd
edənlər, bəyənməyənlər,
ağız büzənlər
olacaq". H.Rəcəbli
bunun üçün
müəyyən vaxt,
zamana ehtiyac olduğunu dedi.
Əfsun
Üç nöqtə.- 2009.- 14 mart.- S. 12.