"Prezident İlham Əliyev və mədəniyyət
(2003-2008)"
Elektron kitab nazirliklərə, təşkilatlara, şəhər
və rayon kitabxanalarına hədiyyə veriləcək
Mayın 1-də Milli
Kitabxanada "Prezident İlham Əliyev və mədəniyyət
(2003-2008)" elektron kitabın təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına
görə, kitab nazirliyin və Prezident Kitabxanasının
birgə təşkilatçılığı ilə
hazırlanıb. Kitabın 1-ci cildində Prezident İlham Əliyevin
Azərbaycan və dünya mədəniyyət xadimləri ilə
görüşləri, müxtəlif mədəniyyət
müəssisələrindən çıxış və
tövsiyələri, müsahibələri öz əksini
tapıb. Kitabın 2-ci cildində isə Prezidentin mədəniyyət
xadimlərinə göndərdiyi təbriklər, mədəniyyət
sahəsində imzaladığı fərman, sərəncam və
qanunlar, habelə mədəniyyət, ədəbiyyat, tarixi-mədəni
irs və milli-mənəvi dəyərlər haqqında fikirləri
verilib. Kitabda İlham Əliyevin mədəniyyət sahəsi
ilə əlaqədar fotoşəkilləri də yer alıb.
Kitab nazirliklərə, idarə və təşkilatlara, habelə
respublikanın şəhər və rayon kitabxanalarına hədiyyə
veriləcək. Qeyd edək ki, layihənin rəhbəri mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevdir.
Üç nöqtə.- 2009.- 1 may.- S. 9.