"Gənclər
satiranı bayağı
formada kütləyə
"yedizdirirlər"
Telman Adıgözəlov: “o dövrün aktyorları
klassik əsərlərlə böyüyürdülər”
Akademik Milli Dram
Teatrının aktyoru, xalq artisti Telman Adıgözəlov
satiraya müraciət edən gənclərdən şikayətləndi.
Onları qeyri-professionallıqda suçlayan aktyor
tamaşaçılara bayağı gülüş təqdim
etdiklərini bildirdi. "Ekranlarda şit gülüş
baş alıb gedir, məzmunlu, ciddi satira yoxdur. Bəzi
aktyorlar bu sahəni bayağı formada kütləyə
"yedizdirməyə" başlayıblar.
Nədənsə bu gün
tamaşaçının ehtiyacını ödəyə
bilmirlər. Əvvəlki illərlə müqayisədə
indiki tamaşaçılar sənətçilərdən
daha çox şey gözləyirlər. Ona görə də
indi sənət aləmində söz demək çətindir.
Çünki qeyd etdiyim kimi, bu gün
populyarlaşmağın yolları asanlaşsa da, tamaşaçılar
tərəfindən qəbul olunmaq çətindir. Bu, gənclərin
mütaliə ilə az məşğul olmasından irəli
gəlir. Küçədə, evdə eşitdiklərini
efirə gətirirlər. Bu, sənət deyil". Fikirlərini
əsəbi halda dilə gətirən aktyor gənclərə
öz məsləhətindən də qalmadı: "Əsas
odur ki, sənətin mexanikasını öyrənə biləsən.
Bizim Siyavuş Aslan, Yaşar Nuri və digərləri kimi
canlı korifeylərimiz var. Amma bunlar öz dövrlərinin
yetişdirmələridir, çünki o dövrün
aktyorları klassik əsərlərlə
böyüyürdülər. Klassik əsər aktyora müəyyən
müddət üçün sınaqdır. Lakin sənətə
yeni gələnlər özləri, heç bir müəllif
olmadan monoloqlar quraşdırırlar, həmin mətni də
yenilənməmiş tamaşaçılara
çatdırırlar. Nəticədə də xoşagəlməz
mənzərə yaranır".
Ümumiyyətlə, səhnədə
yaxşı tamaşa çatışmazlığından danışan
Telman Adıgözəlov qeyd etdi ki, "şəxsən mən
daxili iztirablarıma cavab verən tamaşalar oynamaq istəyirəm.
Lakin şəxsi
münasibətlər imkan vermir. Nəticədə tərsmütənasiblik
yaranır".
Üç nöqtə.- 2009.- 1 may.- S. 13.