"İctimai yerləri mühafizə etmək düzgün deyil"

 

ZƏRDÜŞT ƏLİZADƏ: "O YERLƏRDƏ FƏRDİ YOXLAMANIN APARILMASI ÇƏTİNDİR"

 

"HANSISA PEŞƏKAR BELƏ BİR HADİSƏNİ TÖRƏTMƏK İSTƏSƏ, ONUN QARŞISINI HEÇ NƏ ALA BİLMƏZ"

 

 SİLAHLI cinayətkarın Azərbaycan Dövlət Neft Akademiyasına soxularaq 13 nəfərin ölümünə bais olması həmin sayda insanı yaralaması faktı müxtəlif versiyalar üzərində araşdırılır. Müxtəlif ehtimallar var: terror, qisasçılıq, təhsil problemi sairə. Faciənin geniş masştlablı olması qatilin əməliyyatı dəqiqliklə yerinə yetirməsi hadisənin arxasında daha mürəkkəb siyasi amillərin dayandığını söyləmək üçün əsas yaradır. ABŞ Dövlət Departamenti hadisədən dərhal sonra hesabat yayaraq Azərbaycan ərazisinin terror təşkilatları ilə əlaqəsi olan ekstremistlər üçün məntiqi marşrut olduğunu önə çəkir. Təsadüfi deyil ki, Azərbaycan tərəfi dəfələrlə işğal altında olan ərazilərinin erməni terrorunun ocağına çevrilməsi barədə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıraraq, qəti mövqe sərgiləməyi tələb edib. Yaranmış vəziyyətlə əlaqədar olaraq ehtimallar üzə çıxır. Ekspertlər hadisənin mürəkkəbliyini qeyd edərək, qəti fikir bildirməyə ehtiyatla yanaşırlar.

Politoloq Zərdüşt Əlizadə istintaqın ilkin nəticələri açıqlanmayana qədər qəti fikir söyləməyi yersiz hesab etdi. Ekspert müəmmalı cinayətlərin daha çox ehtimallar üzərində araşdırıldığını önə çəkərək, dünyada buna bənzər hadisələrin çox olduğunu dedi:

- Bu, həyatdan, cəmiyyətdən, taleyindən incik düşmüş insanın fərdi terror aktı da ola bilər. Buna bənzər hadisələr tamamilə abad ölkələr sayılan Finlandiyada, Almaniyada, İrlandiyada, Amerikada da baş verib. Amma Azərbaycanda baş verən bu hadisənin yoxsulluq, nədənsə incik düşməklə əlaqəsinin olduğunu düşünmürəm.

- Zərdüşt bəy, Akademiyada baş verən cinayətin ətrafında yaranan versiyalardan biri təhsilə yönəlir. Sizcə, cinayəti törədən şəxsin bu hərəkəti onun yaxın tanışınınmı, qohumununmu qiymətinin kəsilməsinə, yaxud onlardan rüşvət istənilməsi kimi hallara etirazından doğa bilərmi?

- Azərbaycanda qisasçılıq zəminində olan hadisələr bir qədər kiçik miqyasda baş verib. Məsələn, tələbə rüşvət istədiyinə görə müəllimini öldürüb. Amma məhz Akademiyadakı hadisənin bu səbəblə bağlı olmasını deyə bilmərəm. Hər şey ola bilər.

- Bu hadisənin hansısa xarici terror təşkilatının dəstəyi ilə baş vermə ehtimalı dərəcədə realdır? Dövlət Departamentinin hesabatı hardasa buna işarə edirmi?

- Dövlət Departamentinin hesabatı mənim üçün mütləq həqiqət deyil. Mən burada yaşayan insan kimi Azərbaycanın vəziyyətini Departamentdə hesabat hazırlayan adamlardan qat-qat yaxşı bilirəm. Ona görə mühakiməmdə hansısa xarici qurumun fikirlərinə istinad etməyi düşünmürəm. Bəzi hallarda Amerikanın xarici siyasət təşkilatı başqa ölkələrdə terror təhlükəsini şişirdir.

- Yəni siz deyirsiniz ki, onlar Azərbaycanda baş verən bu hadisəni şişirdir?

- Bəli. Azərbaycanda xarici terror təhlükəsi onların düşündüyü qədər deyil. Ümumiyyətlə, Azərbaycan xalqı bir qədər sakit, fağırdır. Bu xalqı qəzəbləndirmək üçün hakimiyyət xarici dövlətlər qədər çalışmalıdırlar, qədər ədalətsizliklər etməlidirlər ki, bu fağır xalq axırda durub qılınca əl atsın. Bu qədər yaxşı, qədər pis səslənsə , belədir. Amma onu qəzəbləndirib, coşdura da bilərlər. Neft Akademiyasında baş verən hadisə ilə terror təhlükəsi arasında əlaqəni yalnız yalnız mükəmməl istintaq prosesi müəyyən edə bilər.

- Bəs qatilin sərras atışı necə, onun bir peşəkar olduğuna əsas vermirmi?

- Həmin vaxt qatil öz qurbanlarına çox yaxın olub. Atəşin baş nahiyəsinə dəyməsi üçün, yəqin ki, sadəcə əlini qaldırmağı bəs edib. İndidən demək olmaz ki, o, peşəkar qatildir. Onun həyatı göz qarşısındadır. O, Qafqazda özünə tapa bilməyən, faciəvi həyat yaşayan bir insan kimi təqdim olunur.

- Bu hadisədən öncə general Rail Rzayev evinin yaxınlığında öldürülmüşdü. İndi isə bu hadisə baş verdi. Bu olay generalın ölümü ilə bağlı araşdırmanı arxa plana keçirə bilərmi?

- Ümumiyyətlə, Rail Rzayevin qətli müəyyən bir vaxtda gündəlikdə əsas məsələ kimi qaldı. Amma xəbərlər sürətlə boyatlaşır. Belə olan halda Rail Rzayevin qətli artıq üçüncü-beşinci məsələyə çevrilmişdi. Sizi inandırım ki, bu faciəli qətldən sonra hansısa hadisə baş versə, bu da boyatlaşacaq.

- Bu faciənin arxasında bəzi maraqlı qrupların olması ehtimalını necə dəyərləndirərdiniz?

- Tələsib əsassız fikir söyləsəm bu mənim özümü hörmətdən salar.

- Hadisə törəndikdən sonra strateji binaların, əhalinin çox olduğu yerlərin təhlükəsizliyinin necə qorunması müzakirə obyektinə çevrildi. Bu tip yerlərin mühafizəsi normaldırmı?

- Dövlət idarələri, nazirliklər, Prezident Administrasiyası, Parlament kifayət qədər möhkəm mühafizə olunur. Adi vətəndaşlar yoxlama olmadan ora girə bilməzlər. O ki qaldı Akademiya kimi ictimai yerlərə, ora açıq olmalıdır. Çünki tədris ocağıdır, ora minlərlə tələbə gəlir.

- Sizə məlumdur ki, terrorçular adətən əhalinin çox olduğu yerlərdə cinayətlər törədir. Onda belə çıxır ki, bu tip yerlərdə mühafizəni təmin etməməklə onlar üçün münbit şərait yaratmalıyıq?

- Bu bir hadisədir. Fərz edək ki, yollarda avtomobillər toqquşur. İndi avtomobillərin küçəyə çıxması qadağan olunmalıdır? Bu, ziyanlı məntiqdir. İnsanların çox olduğu yerlərdə çox saylı qurbanlarla nəticələnən terror aktı etmək mümkündür.

O yerlərdə fərdi yoxlamanın aparılması çətindir. Mən düşünmürəm ki, bundan sonra hansısa mühafizə qoruma xidmətlərini gücləndirmək lazımdır.

Çünki bu, tamamilə mənasızdır. Hansısa peşəkar belə bir hadisəni törətmək istəsə, onun qarşısını heç ala bilməz. Hər bir qorunma ilə hansısa bir təsadüfi qətlin, yaxud terrorun qarşısını almaq qeyri-mümkündür.

     

 

Tahirə QAFARLI

 

Üç nöqtə.- 2009.- 2 may.- S. 5.