Çayların səviyyəsi enir, əhalinin sayı isə artır

 

DÜNYADA 1 MİLYARD İNSAN İÇMƏLİ SU QITLIĞI ÇƏKİR

 

2030-cu İLDƏ İSƏ DÜNYA ƏHALİSİNİN 47 FAİZİ İÇMƏLİ SU PROBLEMİ İLƏ QARŞILAŞACAQ

 

HAZIRDA dünyada bir milyarddan artıq insan içməli təmiz su qıtlığı çəkir, 2,5 milyard nəfər isə sanitar məqsədlər üçün kifayət qədər su ilə təmin olunmayıb. 2030-cu ildə dünya əhalisinin 47 faizi içməli su problemi ilə qarşılaşacaq. Araşdırmalar da vəziyyətin getdikcə pisləşdiyindən xəbər verir. Planetin ən iri çaylarında suyun səviyyəsi son 50 ildə nəzərə çarpacaq dərəcədə aşağı düşüb.

Bu barədə BBC News, Amerika Meteorologiya Cəmiyyətinin hesabatına istinadən məlumat verib. Yeni məlumatlara görə, suyun səviyyəsinin aşağı düşməsi birinci növbədə qlobal istiləşmə ilə bağlıdır. Məlum olub ki, suyu azalan çayların sayı suyu çoxalanlarla müqayisədə 2.5 artıqdır. Ekspertlərin sözlərinə görə, planetdə suyun səviyyəsinin artdığı yer yalnız Arktikadır. Orada buzlaqların əriməsi suyun səviyyəsinin qalxmasına səbəb olur. Araşdırmalar nəticəsində isə 900 çay barəsində məlumatlar təhlil edilib. Problemin yaranmasında qlobal istiləşmə ilə yanaşı, həm insan fəaliyyətinin önəmli rol oynadığı bildirilib. Çaylarda dambaların tikilməsi, kənd təsərrüfatının ehtiyacları üçün hər il artan su məsrəfləri onların səviyyəsinin düşməsi ilə özünü göstərir.

Dünya əhalisini ərzaqla təmin etmək üçün yeni əkin sahələri yaradılır ki, onların suvarılması üçün daha çox su istifadə olunur. Nəticədə çayların göl, dəniz okeanlara apardığı suyun həcmi azalır.

Braxmaputra Yantzı kimi bəzi çaylar hələlik Himalaydakı buzlaqların əriməsi hesabına qidalanır. Burada buzlaqların əriməsi o qədər sürətlə gedir ki, bəzən daşqınlar baş verir. Buzlaqlar isə iqlimin istiləşməsi nəticəsində əvvəlki vəziyyətdə bərpa olunmur onun sahəsi hər il azalır. Deməli, su çatışmazlığı özünü gələcəkdə daha qabarıq göstərəcək. Azərbaycanın çaylarının əksəriyyəti, o cümlədən Kür Araz çayları əsasən yağışlar buzlaqlarla qidalanır. Mənbəyi Türkiyənin dağlıq zonasında olan bu çayları da təhlükə gözləyir. Hər il yazda Kürdə daşqınlar olurdu. Lakin bu il çayın səviyyəsi kəskin aşağı düşüb. Bu da onun hövzəsinə aid ərazilərdə yağışın qarın azlığı ilə əlaqəlidir. Dağlardakı buzlaqlar isə tədricən yox olur. Bu gün Kürün çaya axıtdığı suyun həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə azdır. Deməli, Azərbaycanı da yaxın gələcəkdə su problemi gözləyə bilər.

Ekspertlər su çatışmazlığı problemini həm sürətlə böyüyən meqapolislərlə əlaqələndirirlər. Şəhər əhalisinin artması suya tələbatı artırır. Dünya standartlarına əsasən, ən vacib ehtiyacların ödənilməsi - içmək, yemək hazırlamaq şəxsi gigiyena üçün insana gündə ən azı 20 litr su lazımdır. Bu gün Bakıda adambaşına bu həcmdə su düşmür. Artıq Kür Şollar suyu paytaxt əhalisini içməli su ilə təmin etmək gücündə deyil. Ona görə , Oğuzdan yeni su kəməri çəkilir. Aydındır ki, bu da həmin ərazidə çayların səviyyəsinə təsir edir. Dünyada Bakı kimi, ondan böyük kiçik minlərlə şəhər var onların da əhalisi sürətlə artır. Artım isə suya tələbatı yüksəldir.

Yaranmış vəziyyətdən çıxmaq üçün mütəxəssislər sudan təkrar istifadəni təklif edirlər. Bu sahədə liderlik son 100 ildə böyük quraqlıqlardan əziyyət çəkən Avstraliyaya məxsusdur. Bundan başqa dəniz sularının təmizlənərək içməli su kimi istifadə edilməsini təklif edənlər az deyil. Artıq bir sıra ərəb ölkələrində bu metoddan istifadə olunur.

Qeyd edək ki, mütəxəssislər su çatışmazlığının aradan qaldırılması, eləcə də onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xərclənəcək hər dolların 7-12 dollar iqtisadi səmərə verəcəyi fikrindədirlər.

İnsanların içməli su ilə məhdudiyyətsiz təminatı onların daha sağlam həyat sürmələrinə, başqa sözlə, az xəstələnmələrinə səbəb olacaq ki, bu da səhiyyənin 7 milyard dollar qənaət etməsi, xəstəliyə görə işdən qalmaların azalması deməkdir.

   

   

Pünhan ƏFƏNDİYEV

 

Üç nöqtə.- 2009.- 2 may.- S. 10.