"Heydər Əliyevin
ideyaları XXI əsrdə:
Azərbaycanın inkişaf
yolu"
ƏLİ ƏHMƏDOV: "AZƏRBAYCANIN
İNKİŞAFININ KÖKÜNDƏ HEYDƏR ƏLİYEV
İDEYASI DAYANIR"
DÜNƏN Yeni
Azərbaycan Partiyasının
təşəbbüsü ilə "Heydər Əliyevin ideyaları XXI əsrdə: Azərbaycanın
inkişaf yolu" mövzusunda konfrans keçirildi. Konfransın plenar iclasında
millət vəkilləri,
hökumət nümayəndələri,
partiya rəhbərləri
və bir sıra dövlət qurumlarının rəhbərləri
iştirak edirdi.
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov "Azərbaycanın
inkişafına aparan
ideyalar: Heydər Əliyev dayanıqlı, sabit və davamlı
inkişaf konsepsiyası
müasir mərhələdə"
mövzusunda çıxış
etdi. Xalqların və ölkələrin inkişafının əsasında
böyük şəxsiyyətlərin
ideyalarının dayandığını
qeyd edən Ə.Əhmədov, məhz
Heydər Əliyev ideyalarının Azərbaycanın
bu günü və sabahını özündə əks etdirdiyini dedi. O, Heydər Əliyev ideyalarını müstəqilliyin
çiçəkləndirilməsinin təminatçısı saydı.
Ə.Əhmədov qeyd etdi ki, Heydər Əliyev ideyaları Azərbaycan iqtisadiyyatının
strateji inkişafını
təmin edən ideyalar məcmuəsu olaraq Azərbaycan cəmiyyətinin milli-mənəvi
əsasını təşkil
edir. O, Azərbaycanın
dünəninin və
bu gününün Heydər Əliyevin ideyalarına söykəndiyini
söylədi: "Azərbaycanın
inkişaf yolu Heydər Əliyevin islahatçılıq məfkurəsi
ilə ifadə olunur. Böyük ideyaları böyük
insanlar yarada bilər. Heydər Əliyev Azərbaycanın
bu günü və gələcəyi üçün böyük
ideyalar verib. Azərbaycanın inkişafının kökündə Heydər
Əliyev ideyası dayanır". Milli Məclis
sədrinin müavini Ziyafət Əsgərov
"Azərbaycan Respublikasının
Konstitusiyası müasir
mərhələdə" mövzusunda çıxış
etdi. Millət vəkili Azərbaycan
Konstitusiyasının dövlətin
və millətin hüquqlarının müdafiəçisi
kimi tətbiq olunmasını Heydər Əliyevin uğurlu fəaliyyətinin nəticəsi
saydı. Milli Məclisin
komitə sədri Səməd Seyidov "Azərbaycanın xarici siyasət konsepsiyasının
təkamülü" mövzusunda
çıxış etdi.
Komitə sədri dəyişən
xətt üzrə inkişaf edən dünya siyasətində sabitliyin, təhlükəsizliyin
azaldığı bir
vaxtda Heydər Əliyevin bünövrəsini
qoyduğu xarici siyasətin müəyyən
bəhrələr verdiyini
dilə gətirdi.
S.Seyidov regionda toqquşan maraqlar zamanında Azərbaycanın Qərblə
Şərqi birləşdirən
strateji əhəmiyyətə
malik dövlət kimi vurğuladı. Nizami Cəfərov "Azərbaycançılıq və
Azərbaycanşünaslıq" mövzusunda çıxış
edərək, Heydər
Əliyev ideyalarının
elmə çevrildiyini
bildirdi: "Ən böyük ideya elmə çevrilən ideyadır. Daha çox yaşayan
və uğur gətirəndir. Heydər Əliyevşünaslıq
bizdə çox yaşayan bir sistemdir. O ideyalar elmə çevrilir ki, onlar praktikada
qalib gəlir. Bu mənada Əliyevsşünaslıq
qalib gəlməyə
əsas verən bir sistemdir. Heydər Əliyevçilik hər şeydən əvvəl Azərbaycanşünaslıqdır".
Plenar iclasdan sonra bölmə iclasları keçirildi. Birinci bölmədə"Heydər
Əliyev və müasir Azərbaycan tarixi", ikinci bölmədə "Heydər
Əliyev - Böyük
islahatçı", üçüncü
bölmədə isə
"Böyük islahatların
uğurlu davamı"
mövzularında müzakirələr
aparıldı. Konfrans öz
işini bu gün davam etdirəcək.
Tahirə QAFARLI
Üç nöqtə .-2009.- 8 may.- S. 3.