Heydər Əliyev-86
ƏLİ HƏSƏNOV: "HEYDƏR ƏLİYEV ELƏ
BİR ŞƏXSİYYƏTDİR Kİ, O, HƏR GÜN AZƏRBAYCANDA
VƏ ONDAN KƏNARDA ANILIR"
SƏMƏD SEYİDOV: "HEYDƏR
ƏLİYEV FƏLSƏFƏSİ GÜCLÜ VƏ
QÜDRƏTLİ AZƏRBAYCAN YARATMAĞA QADİRDİR"
BU gün Azərbaycanın hər yerində Heydər Əlirza oğlu Əliyev anılır və onun sədası
dövlətin ictimai-siyasi,
mədəni-mənəvi
dəyərlər sistemini
təşkil edən kürsülərindən eşidilir.
Ümummilli liderin həyat yoluna nəzər salmaq üçün bir neçə ünvana müraciət
etdik.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə keçirilən tədbirləri onun həyat fəaliyyətinin parlaq göstəricisi kimi dəyərləndirdi: "Ulu öndər Heydər Əliyev nadir şəxsiyyətdir. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, o, hər gün Azərbaycanda və ondan kənarda anılır. Bütün Azərbaycan bugünkü gün üçün ulu öndərə borcludur. Bu gün onun istək və arzuları həyata keçirilib. Onun 2003-cü il seçki öncəsi xalqa etdiyi müraciətindəki hər bir sözü analiz etsək, görərik ki, onların hamısı bu gün icra olunub. Ulu öndərin səsləndirdiyi fikirlərdən yalnız bir problem həll olunmayıb. O da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Bu gün regionda gedən proseslər, siyasi danışıqlar onu göstərir ki, bu problem də öz həllini tapacaq". AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın regionda mühüm dövlətə çevrilməsi prosesinə atdığı addımlara diqqət yetirərək, bunu Heydər Əliyev həyatının təhlili baxımından əhəmiyyətli saydı. S.Seyidov məhz Heydər Əliyev fəlsəfəsinin Azərbaycanı millətlərin və dövlətlərin harmonik inkişafı ilə paralel müstəviyə çıxardığını bildirdi. Məhz Heydər Əliyev siyasəti Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün onu dünyanın və Avropanın təhlükəsizlik sistemindən birinə çevirib: "Biz Avropa Şurasının üzvüyük. Azərbaycanın YUNESKO-ya, dünya mədəniyyətinə verdiyi töhfələr inkarolunmazdır. Azərbaycan bu töhfələri verərək, öz milli adət-ənənələrini, öz dəyərlərini yüksək səviyyədə təmsil edir. Azərbaycanın təhsil və mədəniyyətinin dünya standartlarına yaxınlaşdırılması istiqamətində çox vacib addımlar atılıb. Bu gün muğam dünya tərəfindən qəbul olunur. Bu gün Heydər Əliyev fəlsəfəsi güclü və qüdrətli Azərbaycan yaratmağa qadirdir. Məhz Heydər Əliyev ideyaları bu gün Azərbaycanı yüksəldərək, Prezident İlham Əliyevə güclü və effektli xarici siyasət aparmasına imkan yaradıb. Məhz bu siyasətin nəticəsində dünyada Azərbaycanla hesablaşır, hörmət edir və onun gələcəyinə böyük ümidlə yanaşırlar".
Tahirə
Üç nöqtə.- 2009.- 9 may.- S.3.