Ma­na­tın ucuz­laş­ma­­na im­kan ve­ril­­­cək

 

ƏLİ MƏSİMLİ: "BÖHRAN BAŞLAYAN ƏRƏFƏDƏ 100 MANATIN ALICILIQ QABİLİYYƏTİ İNDİKİ İLƏ MÜQAYİSƏDƏ UCUZ İDİ"

 

 AZƏRBAYCANIN valyuta bazarına dollar təzyiqi əhəmiyyətli dərəcədə azalıb aprelin sonundan başlayaraq manata tələbat artıb. Bunu Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, bundan sonra da manatın məzənnəsi sabit saxlanılacaq. Maraqlıdır ki, Mərkəzi Bank ilin əvvəlindən indiyədək valyutadəyişmə məntəqələrində tələbatı ödəmək stabilliyi qoruyub saxlamaq üçün bazara 1 milyard dollar valyuta çıxarıb.

Bankın rəhbəri E.Rüstəmovun sözlərinə görə, bu, itki kimi yox, bir valyutanın digərinə dəyişdirilməsi kimi başa düşülməlidir: "Bizim ticarət ödəniş balansında defisit yoxdur. Əhali manatla olan yığımlarını dollara dəyişmək istəyirdi biz öhdəliyimiz olaraq buna cavab verdik. Yəni bazarda manatı dollara dəyişdik. İndisə əks proseslər baş verir. Son həftələr xarici valyutalar yenidən bizə qayıdır əvəzinə manat verilir".

E.Rüstəmov qeyd edib ki, birinci rübdə ölkənin ödəniş balansı artıq hazırdır və o müsbətdir: "Ölkədə maliyyə sabitliyinin qorunması və digər amillər nəzərə alınmaqla bizim milli valyutamız bu gün MDB məkanında və bütövlükdə dünyada ən sabit valyuta olaraq qalır".

İdarə heyətinin sədri ötən aylar Azərbaycanda dollara tələbatın kəskin artımını xarici amillərlə, daha doğrusu, postsovet respublikalarında baş vermiş devalvasiya ilə əlaqələndirib. İqtisadçı millət vəkili Əli Məsimli isə manatın yumşaq ucuzlaşmasını təklif edir:

- Azərbaycanda manatın məzənnəsi başda dollar olmaqla təklif olunan xarici valyutanın həcmi və ona tələblə müəyyənləşir. Biz neft satırıq. Neft satışından əldə etdiyimiz gəlir xarici valyuta ilə ölkəyə daxil olur. Bu o deməkdir ki, həmin dolları hökumət daxili bazarda təklif edir. Neft satışından əldə edilən gəlir dollar ifadəsində olduğundan xərcləyəndə dollar təklifi artır. Onun artması aydındır ki, həmin valyutanın məzənnəsinin aşağı düşməsi ilə nəticələnir. Bu da nəticə etibarı ilə manatın məzənnəsinin bahalaşmasına səbəb olur.

- Nəzərə almaq lazımdır ki, Azərbaycanda dollara tələb də var...

- Bəli, tələb var və bu tələb idxal-ixracın nisbətindən asılı olaraq artıb-azalır. Ona tələb artdıqda məzənnəsi də artır. Eyni zamanda, manatın məzənnəsinin aşağı düşməsinə səbəb olur. Belə olan təqdirdə biz nəyi tarazlaşdırmalıyıq? Məlum olduğu kimi, Azərbaycanın neft gəlirləri dollar formasında artır. Deməli, təklif də artır. Digər tərəfdən, xarici valyutaya olan tələb idxalla müəyyənləşir. Bu ona gətirib çıxarır ki, Azərbaycanda manat bahalaşıb. Bu onun göstəricisidir ki, respublikamız hələ də tədiyyə balansında daha çox valyuta hasil edir, nəinki valyutanı idxala xərcləyir.

- Burada psixoloji məqamlar rol oynamır? - Əlbəttə. Burada bir sıra psixoloji məqam da var. Bəzən əhalidə dolların ucuzlaşması ilə bağlı fikirlər yaranır. O zaman onlar manat almağa başlayırlar. Əks tendensiya da müşahidə olunur. Bunlar artıq bazar oyunlarıdır. Bütün hallarda təklif ondan ibarətdir ki, Mərkəzi Bank həm qiymətlərin tənzimlənməsi, həm manatın məzənnəsi baxımından səlahiyyət sahibi kimi milli valyutanın yumşaq şəkildə devalvasiyasına getməlidir.

- Qeyd etdiyiniz məqamlar yerli istehsal müəssisələrinin ixrac qabiliyyətini artıra bilərmi?

- Yumşaq devalvasiya ilə biz Azərbaycana kəskin idxalın qarşısını alırıq çalışırıq ki, yerli məhsullar daha çox idxal məhsullarını əvəz etsinlər. Azərbaycanın ixracı stimullaşmış olur. Bu nöqteyi-nəzərdən Ermənistan, Qazaxıstan, Rusiya, yaxud da Gürcüstandakı kimi kəskin devalvasiya tərəfdarı deyilik. Bu, Azərbaycana lazım deyil. Bizə manatın effektiv məzənnəsinin getdikcə yüksəlməsi lazım deyil. Bizə lazım olan yumşaq devalvasiyadır. Elə bir devalvasiya ki, bu Azərbaycanda iqtisadi inkişafı stimullaşdıra biləcək inflyasiyaya səbəb olsun. Həmçinin məşğulluqla bağlı işgüzar şərait yaratsın.

- Əli müəllim, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov başqa ölkələrdən fərqli olaraq Azərbaycanda pensiya-müavinətlərin dəyərinin yüksək olmasını manatın məzənnəsinin sabit saxlanması ilə əlaqələndirib. Bunu necə başa düşmək olar?

 - Dövlət Sosial Müdafiə Fondunun açıqlamaları ilə razıyam. Çünki məsələ ondadır ki, ölkədə deflyasiya baş verəndə, manatın kursu sabit qalanda, hətta xarici valyutalara nisbətən bahalaşanda bu, ilk növbədə dövlətin büdcəsində

- əmək haqqı, pensiya, müavinət sair digər sosial ödənişlər kimi nəğd pul şəklində yardımlar alan vətəndaşların maraqlarına toxunur. Məsələn, orta pensiya həddi bizdə 100 manatdır. Böhran başlayandan indiyədək 10 faiz deflyasiya baş verib. Bu o deməkdir ki, böhran başlayan ərəfədə 100 manatın alıcılıq qabiliyyəti indiki ilə müqayisədə ucuz idi. Yəni buna indi real effektiv məzənnə indeksi deyilir.

 

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 9 may.- S.10.