"Qa­ra­bağ"­la Av­ro­pa­da ta­rix yaz­maq is­tə­yi­rik"

 

TA­HİR GÖ­ZƏL: "QA­RA­BAĞ" SA­DƏ­CƏ KO­MAN­DA DE­YİL, EY­Nİ ZA­MAN­DA MƏ­NƏ­Vİ DƏ­YƏR­LƏR TOP­LU­SU­DUR"

 

"XƏ­ZƏR-­LƏN­KƏ­RAN"­la matç "Qa­ra­bağ" üçün hər cə­hət­dən bö­yük əhə­miy­yət da­şı­yır­dı. Qi­tə miq­yas­lı ya­rı­şa və­si­qə qa­zan­ma­ğa id­dia­lı iki ko­man­da­nın due­lin­də bir çox sual­la­ra ay­dın­lıq gə­lə­cək­di. Ağ­dam klu­bu­nun vit­se-p­re­zi­den­ti Ta­hir Gö­zəl ye­nə fut­bol­çu­la­rı­nı tək bu­rax­ma­mış­dı. Oyu­nu iz­lə­mək üçün Ağ­da­ma gə­lən ta­nın­mış ada­mı 90 də­qi­qə­ni bö­yük hə­yə­can­la iz­lə­di. Qə­lə­bə­ni mey­dan­da oyun­çu­lar­la bir­gə qeyd edən Ta­hir bəy mət­buat nü­ma­yən­də­lə­ri­nə vaxt ayır­dı.

- 16 il­lik fa­si­lə­dən son­ra "Qa­ra­bağ" Ağ­da­ma qa­yıt­dı. Bu ha­di­sə­ni ne­cə qiy­mət­lən­di­rər­di­niz? - Möh­tə­şəm! Bir kəl­məy­lə ifa­də olu­na­caq bir duy­ğu­dur. Çox hə­yə­can­ve­ri­ci bir an idi. Bi­li­rəm ki, o böl­gə­də ya­şa­yan in­san­lar üçün bun­dan gö­zəl hə­diy­yə ola bil­məz­di. İn­san­la­rın si­ma­la­rın­da "Qa­ra­bağ" sev­gi­si­ni sez­mək elə çə­tin de­yil­di. Tə­bii ki, mən bir "Qa­ra­bağ"­lı ola­raq on­la­rın duy­ğu­la­rı­na şə­rik ol­dum. Hə­qi­qə­tən çox möh­tə­şəm an­lar­dı. Da­yan­ma­dan ko­man­da­sı­nı irə­li səs­lə­yən azar­keş­lə­ri gör­dü­yüm­də bir da­ha əmin ol­dum ki, "Qa­ra­bağ" Ağ­da­ma qa­yıt­maq­la çox düz­gün ad­dım atıb.

- Azar­keş­lə­rin be­lə dəs­tə­yi­ni göz­lə­yir­di­niz?

- Əl­bət­tə. Əsl azar­keş ru­hu­nu duy­dum Qu­zan­lı­da. On­la­rın hər bi­ri­nə də­rin tə­şək­kü­rü­mü bil­di­ri­rəm. İn­şal­lah, tor­paq­la­rı­mız ge­ri qa­yıt­dıq­dan son­ra doğ­ma "İ­ma­rət"­də oy­na­ya­raq azar­keş­lə­ri­mi­zə da­ha bir bö­yük bay­ram nə­sib edə­rik.

- İlk də­fə sta­dio­na da­xil olar­kən nə­lər hiss et­di­niz?

- Tə­bii ki, "Qa­ra­bağ" sev­gi­si­ni. Cəb­hə böl­gə­sin­də ya­şa­yan qaç­qın­la­rın qəlb­lə­rin­də tor­paq nis­gi­li ilə ya­na­şı, "Qa­ra­bağ" sev­da­sı da var. Bu ko­man­da on­la­rın ümi­di­dir. Biz "A­zer­sun Hol­ding" ola­raq "Qa­ra­bağ­"a spon­sor­luq et­di­yi­miz ilk gün­dən tək hə­də­fi­miz olub: "Qa­ra­bağ­"ın, "Qa­ra­bağ" du­ru­şu­nun tor­paq­la­rın­dan di­dər­gin düş­müş­lə­rin kön­lün­də dim­dik dur­ma­sı­na ça­lış­maq. Bi­zim spon­sor­lu­ğu­muz mə­nə­vi qi­da­dır. Hə­də­fi­miz tək­dir. "Qa­ra­bağ­"ı Av­ro­pa­da Azər­bay­ca­na ən la­yiq­li şə­ki­ldə təm­sil et­mək. Bir spon­sor ola­raq baş­qa bir niy­yə­ti­miz ola bil­məz. Bu gün Azər­bay­can­da spon­sor­la­rın fut­bol­dan pul qa­zan­ma­sı müm­kün de­yil. Ona gö­rə sta­dio­na da­xil olar­kən, azar­keş­lə­rin se­vin­ci­ni hiss edər­kən doğ­ru yol­da ol­du­ğu­mu­zu bir da­ha an­la­dıq. - Adə­tən, Ba­kı­da azar­keş­lər oyun baş­la­ma­sı­na bir ne­cə də­qi­qə qal­mış sta­dio­na gəl­sə­lər , Ağ­dam­da oyu­na 2 sa­at qal­mış are­na­da boş yer tap­maq müş­kü­lə çev­ri­lir.

- Bi­lir­si­niz, bi­li­rik ki, "Qa­ra­bağ­"ın Ba­kı­da da bö­yük azar­keş or­du­su var. La­kin pay­taxt­da adə­tən 25-30 sta­bil azar­keş gö­rə bi­lə­rik. Biz is­tər­dik ki, "Qa­ra­bağ­"ı Ba­kı­da da Qu­zan­lı­da ol­du­ğu ki­mi azar­keş or­du­su dəs­tək­lə­sin. Təəs­süf ki, bu gün bu­nu gö­rə bil­mi­rik. Hal­bu­ki mə­lum­dur ki, bu öl­kə­də ən bö­yük azar­keş or­du­su "Qa­ra­bağ­"ın­dır. Am­ma Qu­zan­lı­da azar­keş­lər əsl fa­nat­dır­lar. Fut­bo­lu iz­lə­mək üçün hər cür fə­da­kar­lıq et­mə­yə ha­zır­dır­lar. Be­lə azar­keş­lə­rə ma­lik ol­maq qü­rur­ve­ri­ci­dir. Ko­man­da­sı­nı 90 də­qi­qə dəs­tək­lə­yən, da­im ya­nın­da olan azar­keş­lər ko­man­da­ya əla­və güc ve­rir, həm ko­man­da­mı­zın qə­dər mə­nə­vi əhə­miy­yə­ti ol­du­ğu­nu gös­tə­rir. Bi­zim azar­keş­lə­ri­miz "Qa­ra­bağ­"ın ay­rıl­maz bir his­sə­sidir. - İş qra­fi­ki­ni­zin çox gər­gin ol­du­ğu­nu bi­li­rik. Bu­na bax­ma­ya­raq, Ağ­da­ma yol­lan­dı­nız. Peş­man de­yil­si­niz? - Hə­yat­da heç vaxt peş­man ol­mu­ram. Tə­bii ki, qra­fi­ki ba­xı­mın­dan de­dik­lə­ri­niz­də hə­qi­qət var. Am­ma ən gər­gin top­lan­tı­sın­da be­lə "Qa­ra­bağ" da­im mə­nim qeyd dəf­tər­çəm­də 1-ci sı­ra­da­dır. Sə­mi­mi de­yi­rəm, "Qa­ra­bağ­"ı dü­şün­mək gər­gin­li­yin­dən azad edir. Am­ma "Qa­ra­bağ" mə­su­liy­yə­ti­ni ya­şa­maq mə­ni da­ha da əzmlə ça­lış­ma­ğa va­dar edir. - Bir qə­dər oyu­na qa­yı­daq. "Xə­zər-­Lən­kə­ran" oyu­nu "Qa­ra­bağ" üçün çox va­cib idi. Oyun­ bo­yu dü­şün­dü­nüz?

- Tə­bii ki, son ana qə­dər an­caq qə­lə­bə­ni dü­şün­düm. Düz­dü, qa­li­biy­yə­tin zə­ru­ri­li­yi bir qə­dər ko­man­da üzə­ri­nə təz­yiq ya­rat­dı. Am­ma son də­qi­qə­yə ki­mi ko­man­da­nın la­zı­mi qo­lu vu­ra­ca­ğı­na ina­nır­dım.

- Ni­yə be­lə əmin­di­niz? - Çün­ki "Qa­ra­bağ" mey­da­na da­xil ol­du­ğu za­man fut­bol­çu­la­rın göz­lə­rin­də­ki o qı­ğıl­cı­mı hiss et­dim. On­lar öz üzə­ri­nə dü­şən mə­su­liy­yə­ti dərk edir­di­lər. "Qa­ra­bağ" sa­də­cə ko­man­da de­yil, ey­ni za­man­da mə­nə­vi də­yər­lər top­lu­su­dur. Mə­ni qə­lə­bə­yə inan­dı­ran ən önəm­li amil­lər­dən bi­ri "Qa­ra­bağ"­da Qa­ra­bağ ru­hu­nun ol­ma­sı­dır. Əmi­nəm ki, sta­dion­da­kı 3000 azar­keş­lə ya­na­şı, ma­vi ek­ran­dan bu oyu­nu iz­lə­yən­lər bu­nun şa­hi­di ol­du.

- Am­ma ko­man­da son də­qi­qə­lə­rə ki­mi azar­keş­lə­ri in­ti­zar­da sax­la­dı.

- Düz­dü. La­kin qo­lun son də­qi­qə­lər­də vu­rul­ma­sı ko­man­da­nın qə­dər yax­şı fi­zi­ki ha­zır­lı­ğa ma­lik ol­ma­sı­nı gös­tər­di. Oyun­lar gös­tər­di ki, "Qa­ra­bağ" ən yax­şı fi­zi­ki ha­zır­lı­ğa ma­lik ko­man­da­dır. Ey­niy­lə, baş məşq­çi­mi­zin uğur­lu də­yi­şik­li­yi­ni qeyd et­mə­li­yəm. Oyu­na gi­rən fut­bol­çu bir ne­çə də­qi­qə­dən son­ra qa­li­biy­yət qo­lu­nu vu­rur­sa bu, ar­tıq "Qa­ra­bağ" fər­qi de­mək­dir. - Oyun­da diq­qə­ti­ni­zi cəlb edən ən ma­raq­lı mə­qam idi?

- Hər hal­da, Fər­ha­dın zə­də­lən­mə­si ye­ri­nə Sa­hi­lin da­xil ol­ma­sı. Çox qə­ri­bə bir an idi. Həm qa­pı­çı­la­rın bir-­bi­ri­ni, ey­ni za­man­da azar­keş­lə­rin hər 2 qa­pı­çı­nı dəs­tək­lə­mə­si "Qa­ra­bağ" azar­ke­şi­nin bö­yük­lü­yü­nü or­ta­ya qoy­du. Mən be­lə bir ko­man­da­ya sa­hib ol­du­ğum üçün duy­ğu­lan­dım. Hə­min an­da qə­lə­bə­nin bi­zim ola­ca­ğı­na da­ha da inan­dım.

- Oyun­ bo­yu ko­man­da­ya çıl­ğın­lıq­la azar­keş­lik et­mək­lə ya­na­şı bə­zən çöh­rə­ni­zə tə­bəs­süm qo­nur­du...

- . Xü­su­si­lə, 2-ci ya­rı­da ko­man­da­mız tam he­yət­lə irə­li atıld­ığı za­man oy­na­dıq­la­rı fut­bol mə­nə həzz ver­di. Özəl­lik­lə, 2-ci ya­rı­da mey­da­na da­xil ol­muş Rə­şad Sa­di­qo­vun oyu­nun­dan məf­tun ol­dum. Fut­bol­çu­mu­zun tex­ni­ka­sı mə­ni va­leh et­di.

- Ko­man­da, Ağ­dam­da öl­kə­nin son 3 çem­pio­nu­nu qə­bul et­di 2 qə­lə­bə, 1 bə­ra­bər­lik əl­də et­di. Be­lə bir nə­ti­cə­ni göz­lə­yir­di­niz­mi?

- Əl­bət­tə. Ye­nə de­yi­rəm, be­lə rə­qib­lər­lə Ağ­dam­da oy­na­maq özü bir qə­lə­bə idi.

- Ar­tıq "Qa­ra­bağ" Av­ro­pa yo­lun­da bö­yük yol qət edib. "Qa­ra­bağ­"ın Av­ro­ku­bok­la­ra qa­tıl­maq üçün qar­şı­sın­da qa­lan 2 matç­dan bi­ri­ni qa­zan­ma­sı ki­fa­yət­dir. "Qa­ra­bağ­"ı işi­nin öh­də­sin­dən gəl­miş he­sab et­mək olar? - Xeyr. Da­im mak­si­mum hə­dəf­lə ça­lı­şan bi­ri ki­mi, "Qa­ra­bağ­"ın Av­ro­pa­ya ku­bo­ku qa­za­na­raq get­mə­si­ni is­tə­yi­rəm. O ku­bo­ku ye­ni­dən ba­şı­mın üzə­ri­nə qal­dır­maq mə­nim üçün ən bö­yük hə­diy­yə ola­caq. "Qa­ra­bağ" bu­nu ba­ca­ra­caq güc­də­dir.

- "Qa­ra­bağ­"ı Av­ro­pa­da göz­lə­yir?

- Tə­bii ki, hə­də­fi­miz tək­dir. "Qa­ra­bağ­"ı Av­ro­pa­da Azər­bay­ca­na ən la­yiq­li şə­kil­də təm­sil et­mək! Bu­nun üçün "Qa­ra­bağ­"ı­mı­za la­zım­dır­sa onu da edə­cə­yik. "Qa­ra­bağ"­la Av­ro­pa­da ta­rix yaz­maq is­tə­yi­rik. Hər kəs öz üzə­ri­nə dü­şən mis­si­ya­nı ye­ri­nə ye­tir­mə­li­dir. Mə­nim mis­si­yam isə ku­bo­ku ba­şı­mız üzə­ri­nə qal­dır­maq­dır. Bu, bi­zim hə­də­fi­mi­zi­dir.

 

 

Üç nöqtə.- 2009.- 13 may.- S. 15.