Aşıqlar beynəlxalq festivala qatılıblar
"MƏDƏNİYYƏT
MÜXTƏLİFLİYİ-2009" ADLI FESTİVAL MAYIN
22-dək DAVAM EDƏCƏK
AZƏRBAYCAN aşıqları YUNESKO-da keçirilən "Mədəniyyət müxtəlifliyi-2009" beynəlxalq festivalına qatılıblar. Mayın
11-də başlayan festival mayın
22-dək davam edəcək. YUNESKO, Luvr muzeyi, Paris Bələdiyyə
İdarəsi və "La Villette" parkının
təşkil etdiyi festivalın keçirilməsində
əsas məqsəd dünya mədəniyyətlərinin müxtəlifliyi ilə tanışlıq və xalqlararası dialoqun inkişaf etdirilməsidir. Festival günlərində müxtəlif sərgilər, konsertlər, sənətkarlıq
məsələlərinə həsr
olunmuş dəyirmi masa, konfrans
və tamaşalar təşkil olunacaq. Azərbaycan aşıqlarının
çıxışı mayın 19-da baş tutacaq. Tədbirdə Azərbaycan aşıqlarından Samirə Əliyeva, Rəşad Əliyev, Şirzad Fətəliyev, Ramin Qarayev, Nemət
Qasımov və Altay
Məmmədov çıxış edəcəklər.
Üç nöqtə.- 2009.- 13 may.- S. 13.