Döv­lət büd­­si­ edi­­cək əla­ ­yi­şik­lik­lər ha­zır­dır

 

VA­HİD ƏH­MƏ­DOV: "BÜD­CƏ Sİ­YA­SƏ­Tİ BÖH­RA­NIN ŞƏRT­LƏ­Rİ­NƏ UY­ĞUN­LAŞ­DI­RIL­MA­LI­DIR"

 

A­ZƏR­BAY­CAN­DA "2008-ci il döv­lət büd­cə­si­nin ic­ra­sı haq­qın­da" qa­nun la­yi­hə­si tam ha­zır­dır və ya­xın gün­lər­də Mil­li Məc­li­sə təq­dim olu­na­caq. Bu fi­kir­lə­ri ma­liy­yə na­zi­ri Sa­mir Şə­ri­fov səs­lən­di­rib. Onun söz­lə­ri­nə gö­rə, 2009-cu ilin döv­lət büd­cə­si­nə əla­və və də­yi­şik­lik­lər la­yi­hə­si üzə­rin­də də iş­lər de­mək olar ki, ye­kun­la­şıb. Ma­liy­yə na­zi­ri büd­cə­nin gə­lir­lər his­sə­sin­də nef­tin 2009-cu ilin əv­və­lin­də müəy­yən­ləş­di­ril­miş ba­za qiy­mə­ti­nin də­yiş­di­ril­mə­si­nə eh­ti­yac ol­ma­dı­ğı­nı bil­di­rib.

Bə­zi iq­ti­sad­çı mil­lət və­kil­lə­ri və eks­pert­lər isə he­sab edir­lər ki, böh­ra­nın büd­cə­yə tə­si­ri­ni azalt­maq üçün ilk ola­raq nef­tin qiy­mə­tin­də də­yi­şik­lik edil­mə­li idi. Par­la­men­tin iq­ti­sa­di si­ya­sət ko­mi­tə­si­nin üz­vü Va­hid Əh­mə­dov bil­dir­di ki, "Də­fə­lər­lə Mil­li Məc­li­sin ic­las­la­rın­da bu mə­sə­lə qal­dı­rı­lıb.

La­kin onun də­yiş­di­ril­mə­si baş tut­ma­yıb. 2009-cu ilin döv­lət büd­cə­sin­də 1 bar­rel nef­tin qiy­mə­ti­nin 70 dol­lar proq­noz­laş­dı­rıl­ma­sı büd­cə­nin gə­lir­lər his­sə­si­nin for­ma­laş­ma­sın­da müəy­yən prob­lem ya­ra­dır. Ey­ni za­man­da qlo­bal ma­liy­yə böh­ra­nının ne­qa­tiv tə­sir­lə­ri nə­ti­cə­sin­də qey­ri-­neft sek­to­run­da mü­şa­hi­də edi­lən dur­ğun­luq 2009-cu il­dən hə­min sek­tor­dan döv­lət büd­cə­si­nə ödə­mə­lə­rin ümü­mi həc­mi­nə mən­fi tə­sir gös­tə­rir. Bu­na gö­rə də, tək­lif edi­lib ki, döv­lət büd­cə­si­nə əla­və və də­yi­şik­lik­lər edil­sin və büd­cə­də hər bar­rel nef­tin qiy­mə­ti 50 dol­lar nə­zə­rə alın­sın. Nef­tin büd­cə­də­ki qiy­mə­tin­də edi­lən də­yi­şi­klik­lə­rə uy­ğun ola­raq da döv­lət büd­cə­si­nin xərc­lər his­sə­sin­də ix­ti­sar­lar apa­rıl­ma­lı­dır".

O­nun söz­lə­ri­nə gö­rə, qlo­bal ma­liy­yə böh­ra­nı öl­kə­miz­də hə­ya­ta ke­çi­ri­lən ma­liy­yə si­ya­sə­ti­nə ye­ni­dən ba­xıl­ma­sı­nı və elə­cə də büd­cə si­ya­sə­ti­nin böh­ra­nın şərt­lə­ri­nə uy­ğun­laş­dı­rıl­ma­sı­nı tə­ləb edir.

Ko­mi­tə üz­vü döv­lət büd­cə­si­ni neft ası­lı­lı­ğın­dan azad et­mək üçün Neft Fon­dun­dan büd­cə­yə trans­fert­lə­ri ar­tır­ma­ğı yox, azalt­ma­ğı məs­lə­hət gö­rür: "Neft büd­cə­də nə­zər­də tu­tu­lan 70 dol­lar­dan nə qə­dər aşa­ğı qiy­mə­tə sa­tıl­sa da ya­ra­nan kə­sir Döv­lət Neft Fon­du­nun və­sait­lə­ri he­sa­bı­na ödə­ni­lə­cək. On­suz da büd­cə­yə 5 mil­yard ma­na­ta ya­xın ayır­ma­lar var. Bu gös­tə­ri­ci­ni bir qə­dər də ar­tır­maq öl­kə iq­ti­sa­diy­ya­tı­na müs­bət bir şey vəd et­mir".

İq­ti­sa­di və so­sial araş­dır­ma­lar Mər­kə­zi­nin sədr müa­vi­ni Röv­şən Ağa­yev isə bil­dir­di ki, in­di­ki mak­roiq­ti­sa­di proq­noz­lar əsa­sın­da ca­ri ilin büd­cə­si­ni Neft Fon­du­nun və­sait­lə­ri və neft sek­to­ru­nun di­gər mən­bə­lə­ri he­sa­bı­na for­ma­laş­dır­maq müm­kün ol­sa da, 2010-2011-ci il­lər­də bu, re­al de­yil: "Bu gün büd­cə­də nef­tin qiy­mə­ti 70 dol­lar­dı­sa və dün­ya ba­za­rın­da qa­ra qı­zı­lın ba­re­li 50 dol­lar­dan bir qə­dər yük­sək­dir­sə, de­mə­li, gös­tə­ri­lən mən­bə­lər üz­rə gə­lir­lər özü­nü doğ­rult­mur. Büd­cə­də kə­si­rin ya­ran­ma­sı qa­çıl­maz­dır. Bu­nun üçün də real­laş­dı­rıl­maq­da olan inf­rast­ruk­tur la­yi­hə­lə­ri­nin büd­cə­lə­ri­nə ye­ni­dən ba­xıl­ma­sı da­ha məq­sə­dəuy­ğun­dur, nəin­ki trans­fert­lə­rin həc­mi­nin ar­tı­rıl­ma­sı".

Mü­sa­hi­bi­miz Neft Fon­dun­dan trans­fert­lə­rin həc­mi­nin ar­tı­rıl­ma­sı ha­lın­da büd­cə­də neft və­sait­lə­ri­nin xü­su­si çə­ki­si­nin 60 fai­zi ke­çə­cə­yi­ni söy­lə­di.

 

 

Əf­sun

 

Üç nöqtə.- 2009.- 13 may.- S. 8.