Tür­ki­yə­-A­zər­bay­can mü­na­si­bət­lə­ri­nə ay­dın­lıq gə­ti­ril­di

 

PREZİDENT İLHAM ƏLİYEV: "MƏN DANIŞIQLARDAN, ARAMIZDA OLAN SÖHBƏTDƏN RAZIYAM"

 

RƏCƏB TAYYİP ƏR­DO­ĞAN: "QA­RA­BA­ĞIN İŞ­ĞA­LI NƏ­Tİ­CƏ­SİN­DƏ SƏR­HƏD­LƏR BAĞ­LA­NIB, İŞ­ĞAL OR­TA­DAN QALX­MA­YIN­CA SƏR­HƏD­LƏR AÇIL­MA­YA­CAQ" "ER­MƏ­NİS­TAN­LA APAR­DI­ĞIM DA­NI­ŞIQ­LA­RIN DE­TAL­LA­RI BA­RƏ­DƏ AZƏR­BAY­CAN TƏ­RƏ­Fİ­Nİ HƏ­Mİ­ŞƏ MƏ­LU­MAT­LAN­DIR­MI­ŞIQ"

 

BAKIDA səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan dünən əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Daha sonra isə Şəhidlər Xiyabanının yanında yerləşən Şəhidlər məscidinə baş çəkib və burada aparılan təmir-bərpa işləri ilə maraqlanıb. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırkı vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib. Daha sonra Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər.

Mət­buat konf­ran­sın­da çıxış edən Pre­zi­dent İl­ham Əli­yev bil­di­rib ki, Tür­ki­yə-Azər­bay­can əla­qə­lə­ri çox­şa­xə­li­dir və bu əla­qə­lə­rin bö­yük ta­ri­xi var. Azər­bay­can və Tür­ki­yə iki müs­tə­qil döv­lət ki­mi öz im­kan­la­rı­nı or­ta­ya qo­ya­raq mü­na­si­bət­lə­rin in­ki­şa­fı­na və sül­hün əl­də edil­mə­si üçün ça­lı­şır: "Bey­nəl­xalq mə­sə­lə­lər­də bir çox hal­lar­da iki öl­kə va­hid möv­qe­dən çı­xış edir. Mən da­nı­şıq­lar­dan, ara­mız­da olan söh­bət­dən ra­zı­yam. He­sab edi­rəm ki, sə­mi­mi söh­bət­lər bir çox mə­sə­lə­lə­rə ay­dın­lıq gə­tir­di".

 

TA­Rİ­Xİ KÖK­LƏR VƏ YAN­LIŞ­LIQ­LAR

 

Rə­cəb Tay­yib Ər­do­ğan isə bil­di­rib ki, Tür­ki­yə və Azər­bay­can ara­sın­da iki­li mü­na­si­bət­lər mü­za­ki­rə edi­lib: "Ta­rix­dən biz bir yer­də ol­mu­şuq və bu gö­rüş bu­na köl­gə sal­maq istə­yən­lə­rə ən yax­şı ca­vab ola­caq. Mü­za­ki­rə­lər­də ən önəm­li mə­sə­lə bu­dur. Mü­na­si­bət­lə­ri­mi­zin tə­mə­lin­də "bir mil­lət iki döv­lət" mə­sə­lə­si du­rur. Azər­bay­can Qa­ra­bağ prob­le­mi­nə ne­cə həs­sas ya­na­şır­sa, biz də elə ya­na­şı­rıq. Bu mə­sə­lə ilə bağ­lı de­yi­lən yan­lış fi­kir­lə­ri qə­bul et­mə­yə­cə­yik. Çün­ki bir sə­bəb-nə­ti­cə mə­sə­lə­si var. Qa­ra­ba­ğın iş­ğa­lı nə­ti­cə­sin­də sər­həd­lər bağ­la­nıb. İş­ğal or­ta­dan qalx­ma­yın­ca sər­həd­lər açıl­ma­ya­caq. Minsk Qru­pu, Ame­ri­ka, Fran­sa, Ru­si­ya bu mü­za­ki­rə­lə­ri sü­rət­lən­dir­mə­li və nə­ti­cə əl­də olu­n­ma­lı­dır. Bu mə­sə­lə­də Azər­bay­can Pre­zi­den­ti­nə ina­nı­ram". Ər­do­ğan onu da bil­di­rib ki, Pre­zi­dent İl­ham Əli­yev­lə gö­rüş­də ener­ji mə­sə­lə­si­ni də mü­za­ki­rə edib­lər. Döv­lət baş­çı­sı İl­ham Əli­yev bə­yan edib ki, Azər­bay­ca­nın Tür­ki­yə­yə sat­dı­ğı qa­zın qiy­mə­ti­nin də­yiş­di­ril­mə­si­ni böl­gə­də­ki və­ziy­yət­lə bağ­la­maq düz­gün ol­maz­dı: "A­zər­bay­can və Tür­ki­yə­nin qaz sa­hə­sin­də əmək­daş­lı­ğı­nın uzun ta­ri­xi var. Ra­zı­laş­dı­rıl­mış mü­qa­vi­lə­də müəy­yən müd­dəa­lar var. Bu müd­dəa­lar qiy­mət­lə­rə ye­ni­dən ba­xıl­ma­sı­nı tə­ləb edir­di. Qiy­mə­tin də­yiş­mə­si nef­tin qiy­mə­tin­dən ası­lı­dır. Be­lə olan hal­da qiy­mət­lə­rə ye­ni­dən vax­ta­şı­rı ba­xı­lır. Bu mə­sə­lə­ni böl­gə­də ya­ran­maq­da olan hər han­sı ye­ni və­ziy­yət­lə bağ­la­maq düz­gün ol­maz­dı". Tür­ki­yə­nin baş na­zi­ri isə bil­di­rib ki, rə­qəm­lər əda­lət­li de­yil: "Biz bu mə­sə­lə­ni cə­nab Əli­yev­lə də mü­za­ki­rə et­dik. Hər iki öl­kə­nin na­zir­lə­ri gö­rü­şə­cək və bu mə­sə­lə­ni mü­za­ki­rə edə­rək düz­gün rə­qəm əl­də edə­cək­lər".

 

"BU MƏ­SƏ­LƏ­YƏ QA­YI­DIL­MA­MA­LI­DIR"

 

Pre­zi­dent İl­ham Əli­yev Azər­bay­ca­nın çox bö­yük qaz eh­ti­yat­la­rı ol­du­ğu­nu qeyd edib: "A­zər­bay­ca­nın ən azı 2 tril­yon kub­metr qaz po­ten­sia­lı var və bu, əla­və qaz­ma iş­lə­ri nə­ti­cə­sin­də 2 də­fə də ar­ta bi­lər. Azər­bay­can qa­zı Tür­ki­yə və Gür­cüs­ta­na bir­ba­şa ix­rac edi­lir və bu ix­ra­cın həc­mi ar­ta bi­lər və art­ma­lı­dır. Biz "Şah­də­niz" ya­ta­ğı­nın bi­rin­ci mər­hə­lə­si­ni ic­ra edi­rik, ikin­ci mər­hə­lə üçün müəy­yən şərt­lər ol­ma­lı­dır". A­zər­bay­can Pre­zi­den­ti de­yib ki, Azər­bay­can Av­ro­pa­nın ener­ji tə­mi­na­tı işin­də öz töh­fə­si­ni ve­rir: "Qaz ba­za­rı ge­niş­dir və Azər­bay­ca­nın hü­dud­la­rın­dan kə­nar­da Azər­bay­can qa­zı­na eh­ti­yac var. Biz di­gər qon­şu öl­kə­lər­dən də tək­lif­lər alı­rıq və nə­zər­dən ke­çi­ri­rik. Biz neft sa­hə­sin­də ol­du­ğu ki­mi qaz sa­hə­sin­də şa­xə­lən­mə si­ya­sə­ti apa­rı­rıq və bu, bi­zim ma­raq­la­rı­mı­za ca­vab ve­rir. İn­di­ki mər­hə­lə­də cox cid­di ad­dım­lar atıl­ma­lı­dır ki, qaz sa­hə­sin­də əmək­daş­lıq da­ha ye­ni müs­tə­vi­yə qalx­sın. Bu­gün­kü ra­zı­laş­ma­lar da­ha çox re­gio­nal xa­rak­ter da­şı­yır. Am­ma biz­də və po­ten­sial is­teh­sal­çı­lar­da ma­raq var ki, əmək­daş­lıq bö­yü­sün və da­ha da ge­niş­lən­sin. Azər­bay­can eti­bar­lı tə­rəf­daş ki­mi bu sa­hə­də öz ro­lu­nu da­vam et­dir­mə­yə ha­zır­dır". "A­zər­bay­can­da Tür­ki­yə­-Er­mə­nis­tan sər­həd­lə­ri­nin açı­la­ca­ğı ilə bağ­lı şüb­hə­lər bu mə­sə­lə­lə­rə la­zı­mi sə­viy­yə­də şərh ve­ril­mə­mə­si ilə bağ­lı idi". Bu­nu isə Pre­zi­dent İl­ham Əli­yev tür­ki­yə­li jur­na­lis­tin "də­fə­lər­lə baş na­zir Rə­cəb Tay­yib Ər­do­ğan və pre­zi­dent Ab­dul­lah Gü­lün "Qa­ra­bağ prob­le­mi həll edil­mə­dən sər­həd­lər açıl­ma­ya­caq" kimi bə­ya­nat­la­rı­na bax­ma­ya­raq Azər­bay­can­da bu şüb­hə­lər nə­dən ya­ran­mış­dı" sua­lı­na ca­vab ola­raq bil­di­rib. Pre­zi­dent qeyd edib ki, Tür­ki­yə­-Er­mə­nis­tan sər­həd­lə­ri­nin açıl­ma­sı ba­rə­də Azər­bay­can xal­qın­da şüb­hə­lə­rin ya­ran­ma­sı bir sı­ra mə­lu­mat­lar­la bağ­lı­dır: "Bu ba­rə­də ilk söh­bət­lər fev­ra­lın bi­rin­ci on­gün­lü­yün­də ya­ran­ma­ğa baş­la­yıb və bir müd­dət ca­vab­sız qa­lıb. Bu mə­sə­lə­yə la­zı­mi sə­viy­yə­də şərh ve­ril­mə­miş­di. Şüb­hə­lə­rin or­ta­ya çıx­ma­sı­nın bi­rin­ci sə­bə­bi yə­qin bu ola bi­lər. An­caq ap­rel­də Tür­ki­yə­nin yük­sək və­zi­fə­li şəxs­lə­ri­nin, baş na­zi­ri­nin, pre­zi­den­ti­nin bir­mə­na­lı söz­lə­rin­dən son­ra bu mə­sə­lə­yə son qo­yul­du. Ar­tıq bu mə­sə­lə­yə qa­yı­dıl­ma­ma­lı­dır". "Bu ha­di­sə­lər­dən son­ra Azər­bay­ca­nın Ru­si­ya ilə ya­xın­laş­ma­sı ba­rə­də xə­bər­lər ya­yıl­dı. Azər­bay­can Ru­si­ya ilə si­ya­sə­tin­də hər han­sı də­yi­şik­lik edib­mi" sua­lı­nı isə İl­ham Əli­yev be­lə ca­vab­lan­dı­rıb: "A­zər­bay­can bü­tün öl­kə­lər­lə nor­mal mü­na­si­bət­lə­rin qu­rul­ma­sı­nın tə­rəf­da­rı­dır. Azər­bay­ca­nın Ru­si­ya ilə mü­na­si­bət­lə­ri­nin bö­yük ta­ri­xi var. Bu, hər iki döv­lət üçün önəm­li­dir. Ru­si­ya pre­zi­den­ti Dmit­ri Med­ve­dyev ilk xa­ri­ci sə­fər­lə­rin­dən bi­ri­ni Azər­bay­ca­na edib. Sə­fər za­ma­nı dost­luq və stra­te­ji tə­rəf­daş­lıq haq­qın­da mü­qa­vi­lə im­za­la­nıb. Bu, bö­yük si­ya­si mə­na da­şı­yır. Bi­zim Ru­si­ya ilə mü­na­si­bə­tlə­ri­miz on­suz da ya­xın­dır. Han­sı­sa əla­və ad­dım­la­ra eh­ti­yac yox­dur. Bi­zim məq­sə­di­miz odur ki, mü­na­si­bət­lə­ri­miz qar­şı­lıq­lı hör­mət, eti­mad, bir-­bi­ri­nin işi­nə qa­rış­ma­maq əsa­sın­da qu­rul­sun və bi­zim qon­şu­la­rı­mız­la mü­na­si­bət­lə­ri­miz məhz bu əsas­da qu­ru­lur".

 

"CAN QAR­DAŞ­LA­RIM"

 

Mət­buat konf­ran­sın­dan son­ra Tür­ki­yə­nin baş na­zi­ri Rə­cəb Tay­yib Ər­do­ğan Mil­li Məc­lis­də de­pu­tat­lar qar­şı­sın­da çı­xış edib. Əv­vəl­cə spi­ker Oq­tay Əsə­dov bil­di­rib ki, Tür­ki­yə ilə Azər­bay­can ara­sın­da əla­qə­lər ta­ri­xi kök­lə­rə bağ­lı­dır. La­kin bə­zi qa­ra qüv­və­lər bu əla­qə­lə­rə köl­gə sal­ma­ğa ça­lı­şır: "An­caq bi­zim mü­na­si­bət­lə­ri­miz da­ha yük­sək­də­dir". "Can qar­daş­la­rım" de­yə çı­xı­şı­na baş­la­yan Rə­cəb Tay­yip Ər­do­ğan isə bə­yan edib ki, Ba­kı­da özü­nü öz evin­də, öz və­tə­tin­də­ki ki­mi hiss edir: "Mə­nə və he­yə­ti­mə gös­tər­di­yi­niz is­ti mü­na­si­bət bu­nun sü­bu­tu­dur. Biz də siz­lə­rə Tür­ki­yə­dən 71,5 mil­yon qar­daş­la­rı­nı­zın sa­lam­la­rı­nı gə­tir­mi­şik. An­ka­ra­dan Ba­kı­ya, İs­tan­bul­dan La­çı­na, Bur­sa­dan Şir­va­na, İz­mir­dən Ağ­da­şa sa­lam ol­sun. Türk və Azər­bay­can xalq­la­rı ara­sın­da qar­daş­lıq ger­çək­dir. Ara­mız­da bir-­bi­ri­nə dəs­tək ol­maq ru­hu yax­şı gün­də ol­du­ğu ki­mi, sa­vaş­da da da­vam edib. Xalq­la­rı­mız bir­lik­də bir yer­də sa­va­şıb. Azər­bay­ca­nın hü­rriy­yə­ti, ri­fa­hı bi­zim özü­mü­zün­kü qə­dər önəm­li­dir. Bi­zim ara­mız­da sar­sıl­maz bağ­lar var". Ər­do­ğan xa­tır­la­dıb ki, Tür­ki­yə Azər­bay­ca­nın is­tiq­la­liy­yə­ti­ni ta­nı­yan ilk döv­lət­dir. Tür­ki­yə-Azər­bay­can mü­na­si­bət­lə­ri o vaxt­dan bu gü­nə ki­mi ta­ri­xi mə­də­ni kök­lər üzə­rin­də da­im in­ki­şaf edib. Bu mü­na­si­bət­lər baş­qa öl­kə­lər­lə mü­qa­yi­sə edil­mə­yə­cək də­rə­cə­də də­rin və ya­xın­dır: "Bu­nu yal­nız biz de­yil, ha­mı bi­lir. Bu ya­xın­lı­ğı heç ki­min mü­za­ki­rə möv­zu­su et­mə­yi­nə ica­zə ver­mə­rik. Bey­nəl­xalq aləm­də bir-­bi­ri­mi­zin hü­qu­qu­nu qo­ru­maq öl­kə­lə­ri­mi­zin və­zi­fə­si­dir. Bi­zim ara­mız­da fit­nə-­fə­sa­da əs­la yer ol­ma­ma­lı­dır. Əgər kim­sə bi­zim ara­mı­zı vur­ma­ğa ça­lı­şır­sa, ona biz be­lə de­yə­rik: "Tür­ki­yə­də bi­zim əley­hi­mi­zə bir hə­rə­kət, söz ola bil­məz. Çün­ki biz bir-­bi­ri­mi­zə son də­rə­cə bağ­lı­yıq və gü­və­ni­rik". Baş na­zi­rin söz­lə­ri­nə gö­rə, 2008-ci il­də Azər­bay­can və Tür­ki­yə ara­sın­da pre­zi­dent və baş na­zir­lər sə­viy­yə­sin­də 10, na­zir­lər sə­viy­yə­sin­də isə 30-dək qar­şı­lıq­lı sə­fər­lər edi­lib. Bu da əla­qə­lə­rin yük­sək sə­viy­yə­də ol­ma­sı­nın gös­tə­ri­ci­si­dir: "Xü­su­sən də son bir ne­çə il­də iq­ti­sa­di mü­na­si­bət­lə­ri­miz, si­ya­si mü­na­si­bət­lər­lə pa­ra­lel in­ki­şaf edir. Qar­şı­lıq­lı ti­ca­rət həc­mi­miz son 4 il­də 40 fa­iz ar­ta­raq, 2008-ci ilin sent­yabr ayı­na ki­mi 2 mil­yard dol­la­rı ke­çib. Biz bir sı­ra iri la­yi­hə­lər hə­ya­ta ke­çi­ri­rik. Ba­kı-T­bi­li­si-­Qars də­mir­yo­lu la­yi­hə­si də ba­şa ça­tan­dan son­ra ta­ri­xi İpək yo­lu bər­pa olu­na­caq. Azər­bay­ca­nın qey­ri-­neft sek­to­ru­na sər­ma­yə­miz 3 mil­yard dol­lar­dan ar­tıq­dır və da­ha da ar­ta­caq. Öl­kə­lər ara­sın­da iş bir­li­yi­nin di­gər va­cib mə­sə­lə­si də böl­gə­də sülh, təh­lü­kə­siz­lik, ri­fa­ha dəs­tək ver­mək­dir. Bu­nun üçün Azər­bay­can­la hə­ya­ta ke­çi­ri­lən or­taq ener­ji la­yi­hə­lə­ri­ni çox va­cib he­sab edi­rəm".

 

"TÜR­Kİ­YƏ­NİN QA­RA­BAĞ­DAN İM­Tİ­NA ET­MƏ­Sİ FİK­Rİ­Nİ BİR DA­HA RƏDD EDİ­RƏM"

 

 Baş na­zir təəs­süf­lə bil­di­rib ki, son vaxt­lar ya­lan xə­bər­lər üzə­ri­nə bu qar­daş­lı­ğa köl­gə sal­maq is­tə­yən­lər var. Bu­na sə­bəb isə fev­ral­da Tür­ki­yə­nin Er­mə­nis­tan ilə mü­na­si­bət­lə­ri­ni nor­mal­laş­dır­maq üçün Dağ­lıq Qa­ra­bağ­dan im­ti­na et­mə­si ba­rə­də ya­yı­lan uy­dur­ma xə­bər olub: "O gün­dən bü­tün ic­ti­maiy­yə­tin diq­qə­ti bu mə­sə­lə­yə yö­nə­lib. Hər şey­dən ön­cə Tür­ki­yə­nin Qa­ra­bağ­dan im­ti­na et­mə­si ilə bağ­lı fi­kir­lər Tür­ki­yə­yə atı­lan böh­tan­dır. Bu­nu bir da­ha rədd edi­rəm. Bun­lar ha­mı­sı Tür­ki­yə əley­hi­nə çev­ril­miş bir kam­pa­ni­ya idi". Ər­do­ğan qeyd edib ki, Tür­ki­yə­-Er­mə­nis­tan mü­na­si­bət­lə­ri­nin nor­mal­laş­dı­rıl­ma­sı üçün apa­rı­lan da­nı­şıq­lar­da heç bir fərq­li və­ziy­yət yox­dur. Tür­ki­yə hö­ku­mə­ti­nin baş­çı­sı bə­yan edib ki, Er­mə­nis­tan­la sər­həd­lər Dağ­lıq Qa­ra­bağ iş­ğal olu­nan­dan son­ra bağ­la­nıb və iş­ğal bi­tən­dən son­ra açı­la bi­lər: "Bun­lar bir-­bi­ri ilə bağ­lı mə­sə­lə­lər­dir". Ər­do­ğa­nın fik­rin­cə, Qaf­qaz böl­gə­si dün­ya xə­ri­tə­sin­də mü­qa­yi­sə edil­mə­yə­cək də­rə­cə­də önəm da­şı­yır. Böl­gə­də uzun il­lər­dir da­vam edən bö­yük mü­na­qi­şə­lər var. Xü­su­si­lə ötən ilin av­qust ayın­da Ru­si­ya ilə Gür­cüs­tan ara­sın­da ya­ran­mış mü­na­qi­şə bir da­ha gös­tər­di ki, prob­lem­lər həll olun­ma­sa, qay­nar nöq­tə­lər ya­ra­na bi­lər: "Qaf­qaz­da sül­hün və təh­lü­kə­siz­li­yin tə­mi­na­tı üçün "Qaf­qaz əmək­daş­lıq və sa­bit­lik plat­for­ma­sı"­nın bö­yük önəm da­şı­dı­ğı­nı dü­şü­nü­rük. Bu plat­for­ma­ya Azər­bay­ca­nın da dəs­tək ver­mə­si bi­zi se­vin­di­rir. Bi­zim Tür­ki­yə ola­raq, böl­gə­də­ki prob­lem­lə­rə mü­na­si­bə­ti­miz Azər­bay­ca­nın ba­xı­şın­dan fərq­li de­yil. Hə­də­fi­miz Cə­nu­bi Qaf­qaz­da qar­şı­lıq­lı an­laş­ma və yax­şı qon­şu­luq mü­na­si­bət­lə­ri­nə söy­kə­nən əla­qə­lər ya­rat­maq­dır. An­caq don­du­rul­muş mü­na­qi­şə­lər və prob­lem­lə­rin sə­bəb ol­du­ğu və­ziy­yət öl­kə­lər ara­sın­da yax­şı əla­qə­lər qur­ma­ğa im­kan ya­rat­mır".

 

"SİYA­SƏ­Tİ­MİZ­DƏ DƏ­Yİ­ŞİL­MƏ OL­MA­YIB, OL­MA­YA­CAQ"

 

Baş na­zir Tür­ki­yə­nin Qa­ra­bağ mə­sə­lə­sin­də si­ya­sə­ti­nin açıq­-ay­dın ol­du­ğu­nu bə­yan edib. "Bu gü­nə qə­dər si­ya­sə­ti­miz­də də­yi­şil­mə ol­ma­yıb, bun­dan son­ra da ol­ma­ya­caq". Ər­do­ğan Qa­ra­bağ prob­le­mi­nin Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü çər­çi­və­sin­də sülh yo­lu ilə həll olun­ma­sı­nın tə­rəf­da­rı ol­duq­la­rı­nı söy­lə­yib. Onun fik­rin­cə, prob­le­min həll olun­ma­ma­sı heç ki­min mən­fəə­ti­nə uy­ğun de­yil. Bu prob­le­min həl­li səy tə­ləb edir. "Biz Er­mə­nis­tan ilə mü­na­si­bət­lə­ri­mi­zi həll et­mək üçün mü­za­ki­rə­lər apa­ran­da da bu­nu dü­şün­mü­şük. Bu­ra­da məq­səd yal­nız Tür­ki­yə ilə Er­mə­nis­tan mü­na­si­bət­lə­ri­ni dü­zəlt­mək de­yil, ey­ni za­man­da Azər­bay­can ilə bir­lik­də bü­tün böl­gə­nin sülh və ri­fa­hı üçün səy gös­tər­mək­dir". Baş na­zir hət­ta ABŞ pre­zi­den­ti Ba­rak Oba­ma ilə gö­rüş­lər­də be­lə əsas mü­za­ki­rə möv­zu­su­nun Tür­ki­yə­-A­me­ri­ka mü­na­si­bət­lə­ri de­yil, Azər­bay­can­-Er­mə­nis­tan mü­na­si­bət­lə­ri və Qa­ra­bağ prob­le­mi­nin ol­du­ğu­nu bil­di­rib. Onun fik­rin­cə, bu yol­la da Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­si Ame­ri­ka xa­ri­ci si­ya­sə­tin­də gün­də­mə gəl­miş olub. Ər­do­ğan heç bir za­man Azər­bay­ca­nın mil­li mə­nafe­yi­nə xə­ləl gə­ti­rə­cək ad­dım­lar at­ma­dıq­la­rı­nı və bun­dan son­ra da at­ma­ya­caq­la­rı­nı qeyd edib. "A­zər­bay­can tor­paq­la­rı­nın iş­ğa­lı ba­şa çat­ma­dan böl­gə­də ar­zu edi­lən, nor­mal mü­na­si­bət­lə­rin müm­kün ol­ma­dı­ğı­nı bü­tün re­gion öl­kə­lə­ri bi­lir. Əgər Dağ­lıq Qa­ra­bağ prob­le­min­də irə­li­lə­yiş ol­ma­sa, Cə­nu­bi Qaf­qaz­da sül­hün tə­min olun­ma­sı müm­kün de­yil". Prob­le­min həll olun­ma­sı­nın sa­də­cə Tür­ki­yə, Azər­bay­can və Er­mə­nis­ta­nın de­yil, bü­tün Av­ra­si­ya böl­gə­si üçün mən­fəət­li ola­ca­ğı­nı de­yən baş na­zir, sül­hün tə­min olun­ma­sı üçün yal­nız söz­lə­rin ki­fa­yət et­mə­di­yi­ni bil­di­rib. "Bu­nun üçün səy gös­tər­mək la­zım­dır. Sö­züm baş­da Ru­si­ya, Fran­sa və ABŞ ol­maq­la Azər­bay­can­-Er­mə­nis­tan mü­na­qi­şə­si­nin həl­lin­də dəs­tə­yi ola bi­lə­cək öl­kə­lə­rə­dir. Bir an ön­cə la­zı­mi ad­dım­lar atıl­ma­lı və nə­ti­cə əl­də olun­ma­lı­dır. Biz is­tə­yi­rik ki, Tür­ki­yə­nin var­lı­ğı Azər­bay­can­da inam ya­rat­sın. Biz iki qar­daş ya­xın mü­na­si­bət­lə­ri­mi­zi da­vam et­dir­mək, düş­mə­nə qar­şı bir­lik ol­du­ğu­mu­zu gös­tər­mə­li­yik. Tür­ki­yə heç vaxt Qa­ra­bağ­dan im­ti­na et­məz. Biz Er­mə­nis­tan­la apar­dı­ğım da­nı­şıq­la­rın de­tal­la­rı ba­rə­də Azər­bay­can tə­rə­fi­ni hə­mi­şə mə­lu­mat­lan­dır­mı­şıq. Pre­zi­dent Ab­dul­lah Gül İrə­va­na ge­dən­dən son­ra Ba­kı­ya sə­fər et­di. Xa­ri­ci iş­lər na­zi­ri Er­mə­nis­ta­nın xa­ri­ci iş­lər na­zi­ri ilə Mün­hen­də gö­rü­şən­dən son­ra An­ka­ra­ya get­məz­dən ön­cə Ba­kı­ya gəl­di. Yə­ni biz hə­mi­şə azə­ri yet­ki­li­lə­ri ilə məs­lə­hət­lə­şi­rik".

 

ƏR­DO­ĞAN PAR­LA­MENT­DƏ AZƏR­BAY­CA­NIN DÖV­LƏT HİM­Nİ­Nİ OXU­DU

 

Tür­ki­yə­nin baş na­zi­ri Rə­cəb Tay­yib Ər­do­ğa­nın Mil­li Məc­lis­də­ki çı­xı­şı onun Azər­bay­can him­ni­ni oxu­ma­sı ilə ba­şa ça­tıb və de­pu­tat­la­rın gur al­qış­la­rı ilə mü­şa­yiət olu­nub. Ər­do­ğa­nın Azər­bay­ca­na sə­fə­ri ilə bağ­lı mət­buat üçün ya­yı­lan mə­lu­mat­da isə bil­di­ri­lir ki, Azər­bay­can və Tür­ki­yə ta­ri­xən də­rin dost­luq əla­qə­lə­ri və stra­te­ji tə­rəf­daş­lıq mü­na­si­bət­lə­ri­nin möv­cud ol­du­ğu iki qar­daş öl­kə­dir. Ta­rix­də na­dir hal­lar­da gö­rü­nən bu­na ox­şar ya­xın­lıq hər iki öl­kə­yə eti­mad və fi­ra­van­lıq ve­rir, xoş və dar gün­lər­də da­vam edən dai­mi xa­rak­ter da­şı­yır: "Tür­ki­yə və Azər­bay­can əla­qə­lə­ri re­gio­nun in­ki­şa­fı və əmək­daş­lı­ğa na­il olun­ma­sı ba­xı­mın­dan bö­yük mə­na və əhə­miy­yət da­şı­yır. Tür­ki­yə və Azər­bay­can re­gio­nal və qlo­bal sülh və sa­bit­li­yə əhə­miy­yət­li töh­fə ver­mək­də­dir. İki öl­kə re­gio­nal sülh və sa­bit­li­yi möh­kəm­lən­dir­mək məq­sə­di­lə çox­şa­xə­li və uzun­müd­dət­li stra­te­ji əmək­daş­lı­ğı in­ki­şaf et­dir­mək qə­tiy­yət­lə­ri­ni ifa­də edir­lər. Bu əmək­daş­lıq bir tə­rəf­dən, iki­tə­rəf­li əla­qə­lə­rin möh­kəm­lən­di­ril­mə­si, di­gər tə­rəf­dən, re­gio­nun sa­bit­li­yi, təh­lü­kə­siz­li­yi və ri­fa­hı­na töh­fə ver­mək im­kan­la­rı­nın in­ki­şa­fı üçün tə­məl təş­kil edə­cək". Mə­lu­mat­da o da bil­di­ri­lir ki, Cə­nu­bi Qaf­qaz­da da­vam­lı sülh və sa­bit­li­yin bər­qə­rar edil­mə­si­nə ən­gəl tö­rə­dən əsas amil­lər­dən bi­ri olan Er­mə­nis­tan­-A­zər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin Azər­bay­can Res­pub­li­ka­sı­nın su­ve­ren­li­yi, əra­zi bü­töv­lü­yü və bey­nəl­xalq ta­nın­mış sər­həd­lə­ri­nin to­xu­nul­maz­lı­ğı əsa­sın­da tə­xi­rə­sa­lın­ma­dan tən­zim­lən­mə­si zə­ru­ri­dir: "Bey­nəl­xalq hü­quq və BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qət­na­mə­lə­ri­nə zidd ola­raq, Azər­bay­can əra­zi­lə­ri­nin Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğa­lı­nın da­vam et­mə­si qə­bu­le­dil­məz­dir. Azər­bay­can və Tür­ki­yə­nin re­gion­la bağ­lı bir­gə ya­naş­ma­sı çər­çi­və­sin­də Cə­nu­bi Qaf­qaz­da bü­tün re­gio­nu əha­tə edən eti­mad, hör­mət və bey­nəl­xalq hü­quq prin­sip­lə­ri­nə əsas­la­nan əla­qə­lə­rin qu­rul­ma­sı və be­lə­lik­lə, re­gion­da sül­hün, sa­bit­li­yin və ri­fa­hın tə­min edil­mə­si Er­mə­nis­ta­nın tə­ca­vü­zü nə­ti­cə­sin­də iş­ğal edil­miş Azər­bay­can əra­zi­lə­ri iş­ğal­dan azad edil­mə­dən və yurd-yu­va­la­rın­dan qo­vul­muş in­san­lar hə­min əra­zi­lə­rə ge­ri­yə qa­yıt­ma­dan müm­kün ol­ma­ya­caq. Bü­tün re­gio­na tə­sir edən Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həll edil­mə­sin­də irə­li­lə­yi­şə na­il ol­maq üçün Azər­bay­can və Tür­ki­yə məs­lə­hət­ləş­mə­lər apa­ra­raq fəa­liy­yət gös­tər­mək­də səy­lə­ri­ni ar­tı­ra­caq­lar və bu mü­na­qi­şə­nin Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü çər­çi­və­sin­də si­ya­si yol­la ni­zam­lan­ma­sı üçün səy gös­tər­mə­yə da­vam edə­cək­lər. Azər­bay­can və Tür­ki­yə­nin stra­te­ji tə­rəf­daş­lı­ğı re­gio­nal sülh və sa­bit­li­yin bər­qə­rar edil­mə­si, re­gion xalq­la­rı­nın ri­fa­hı üçün iki­tə­rəf­li və çox­tə­rəf­li sə­viy­yə­də iq­ti­sa­di əmək­daş­lı­ğa töh­fə ve­rə­cək".

 

YAP ƏR­DO­ĞA­NIN ÇI­XI­ŞI­NI YÜK­SƏK QİY­MƏT­LƏN­DİRİR

 

"Tür­ki­yə­nin baş na­zi­ri Rə­cəb Tay­yib Ər­do­ğan bə­yan et­di ki, Dağ­lıq Qa­ra­bağ prob­le­mi həl­li­ni tap­ma­yın­ca, Tür­ki­yə ilə Er­mə­nis­tan ara­sın­da mü­na­si­bət­lə­rin nor­mal­laş­ma­sı müm­kün de­yil. Mən­cə, "mü­na­si­bət­lə­rin nor­mal­laş­ma­sı" ifa­də­si, "sər­həd­lə­rin açıl­ma­sı" ifa­də­sin­dən da­ha ge­niş an­la­yış­dır". Bu­nu dü­nən par­la­ment­də jur­na­list­lər­lə söh­bə­tin­də Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın (YAP) ic­ra ka­ti­bi Əli Əh­mə­dov Tür­ki­yə­nin baş na­zi­ri Rə­cəb Tay­yib Ər­do­ğa­nın Mil­li Məc­lis­də­ki çı­xı­şı­nı şərh edər­kən de­yib. O, Tür­ki­yə baş na­zi­ri­nin çı­xı­şın­da səs­lən­dir­di­yi fi­kir­lə­ri yük­sək qiy­mət­lən­dir­di­yi­ni bil­di­rib: "Ər­do­ğa­nın çı­xı­şın­dan son­ra Tür­ki­yə ilə Azər­bay­ca­nın hə­qi­qə­tən qar­daş öl­kə ol­du­ğu və gə­lə­cək­də də be­lə qa­la­ca­ğı bir da­ha ay­dın­la­şıb. Mən­cə, Tür­ki­yə hö­ku­mə­ti­nin baş­çı­sı qa­ran­lıq mə­qam­la­ra ay­dın­lıq gə­tir­di və bu, Azər­bay­can tə­rə­fi­ni qa­ne et­di". Mil­li Məc­li­sin üz­vü Qə­ni­rə Pa­şa­ye­va isə he­sab edir ki, Ər­do­ğa­nın sər­həd­lə­rin açıl­ma­ya­ca­ğı ilə bağ­lı söy­lə­dik­lə­ri Azər­bay­can in­sa­nı üçün çox bö­yük önəm da­şı­yır: "Tür­ki­yə ilə Er­mə­nis­tan ara­sın­da­kı "yol xə­ri­tə­si"n­də bu möv­zu­nun bu şə­kil­də gün­dəm­də ola­ca­ğı­nı umu­ruq. Biz Tür­ki­yə­nin baş na­zi­ri­nin bə­ya­na­tı­na ina­nı­rıq".

 

 

El­məd­din MU­RAD­LI

 

Üç nöqtə.- 2009.- 14 may.- S. 8.