Akademiyada törədilən terrorda erməni izi üzə çıxdı

 

FƏRDA QƏDİROV CİNAYƏTDƏ İSTİFADƏ ETDİYİ SİLAHI ERMƏNİ SERGEY QRİQORYAN ADLI ŞƏXSLƏ BİRLİKDƏ ALIBMIŞ

 

"BAKIYA GƏLİRƏM, QARŞIMA KİM ÇIXSA YAŞINA BAXMADAN VURACAĞAM"

 

 DÜNƏN Baş Prokurorluq Daxili İşlər Nazirliyi Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş cinayətlə bağlı daha bir məlumat yayıb. Məlumatda bildirilir ki, hadisənin şahidi olmuş ADNA-nın müəllim tələbələri, o cümlədən Fərda Qədirovun Gürcüstandan Bakıya gəldiyi avtobusun sürücüsü sərnişinləri, paytaxtda olduğu müddətdə ünsiyyət saxladığı şəxslər, hərəkət marşrutu, yaşadığı binanın sakinləri ətraf ərazilərdəki obyektlərdə işləyənlər dindirilib. Həmçinin, cinayətdə iştirakı ehtimal edilənlərin telefon danışıqları təhlil edilib, eləcə onların mənzillərində, müxtəlif saxlanc yerlərində axtarışlar aparılıb, digər zəruri tədbirlər həyata keçirilib. Fərda Qədirovun cinayəti törətdiyi gün yaşadığı ünvandan Akademiya istiqamətində keçdiyi yolu qeydə almış videokameraların görüntüləri, habelə onun hərəkət trayektoriyası öyrənilməkdədir. Bununla yanaşı, Fərda Qədirovun əvvəllər Rusiya Federasiyası Gürcüstanda yaşaması baxımından əlaqələrinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin aparılması məqsədilə həmin ölkələrə istintaq qrupunun üzvləri ezam olunub. Gürcüstanın hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində Fərda Qədirovun Daştəpə kəndində yaşadığı evdə axtarış zamanı ona məxsus müxtəlif sənədlər, o cümlədən cinayətdə istifadə etdiyi tapançanı 24 oktyabr 2008-ci il tarixdə "Kula ARMS Corciya" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus Tbilisi şəhərindəki silah mağazasından alması barədə qəbz, 14 ədəd patron, güllə giliz, hər biri 50 patron tutumu olan iki qutu, düyməli bıçaq, silah təmizləmək üçün ləvazimat, birdəfəlik istifadə üçün əlcəklər, habelə əlində silah tutduğu vəziyyətdə çəkilmiş üç fotoşəkli aşkar edilib. Fotoşəkillərdən ikisinin arxasında "24 fevral, 2009 q. Qadirov Farda Odinokiy Volk (Tənha canavar-red)", digərində isə (Mənim hər addımın ölümdür-red). 10 noyabr, 2008 q. Qadirov Farda" sözləri yazılıb. Əşyaların içində, həmçinin, müxtəlif telefon nömrələri olan qeydlər, 15 ədəd videokasset, üzərində rus dilində "Telefonun kamerasına bax, görərsən mən kiməm" yazısı olan kağız parçası, telefonunda isə "Mənim üçün məhəbbət yoxdur, yalnız nifrət var, Bakıya gəlirəm, qarşıma kim çıxsa yaşına baxmadan bax belə vuracağam, polisə təslim olmayacağam, öldürməkdən həzz alacağam" deməsini, canavar maskası taxmasını tapançadan atəş açmasını nümayiş etdirən videogörüntülər aşkar edilərək götürülüb.

Gürcüstanın hüquq-mühafizə orqanlarının yaxından köməkliyi ilə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Fərda Qədirovun 2008-ci ilin oktyabrında Rusiyadan Daştəpə kəndinə qayıtdıqdan sonra oktyabr-noyabr aylarında 1961-ci il təvəllüdlü milliyyətcə erməni olan, lakin özünü gürcü kimi təqdim etmiş Gürcüstan vətəndaşı Qriqoryan Sergey Yeqoroviçlə telefon əlaqəsi yaradaraq mütəmadi görüşməsi, birlikdə silah mağazasından 500 lariyə "Makarov" tapançası və 200 lariyə 100 ədəd patron alması müəyyən edilib.

Törədilmiş bu ağır cinayətdə Sergey Qriqoryanın əlaqəsinin olub-olmaması və tapançanın əldə olunmasının qanunauyğunluğunun müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri aparılır. Eyni zamanda, Dövlət Sərhəd Xidməti ilə birlikdə həmin silahın dövlət sərhədindən Azərbaycana hansı yolla keçirilməsi faktı araşdırılır.

O da qeyd olunmalıdır ki, valideynlərinin və yaxınlarının Fərda Qədirovun meyitinin qəbulundan imtina etmələri səbəbindən cəsədi sahibsiz kimi torpağa verilib.

Hazırda işin bütün hallarının araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

Elməddin

 

Üç nöqtə.- 2009.- 16 may.- S. 3.