Aysellə Araş "Eurovision 2009"un finalına vəsiqə qazandılar

 

GÖVHƏR HƏSƏNZADƏ: "AZƏRBAYCANIN ONLUĞA DÜŞMƏSİ BİZİM ÜÇÜN QƏLƏBƏDİR"

 

AZƏRBAYCANI təmsil edən Aysellə Araş "Eurovision-2009"un finalına çıxdılar. İkinci yarımfinalda yarışan 19 ölkə arasında Azərbaycan da daxil olmaqla Xarvatiya, Ukrayna, Litva, Albaniya, Moldova, Danimarka, Estoniya, Norveç Yunanıstan da finala vəsiqə qazandılar. İkinci yarımfinalın nəticələri ilə bağlı bəstəkar Gövhər Həsənzadə bizimlə fikirlərini bölüşdü: "Aysellə Araşın çıxışını geniş müzakirə etmək istəmirəm. Əgər desəm ki, bizimkilərin çıxışında nəyisə bəyənmədim, guya dəyişəcək? Əksinə, bunun onlar üçün çox böyük təsiri ola bilər nəticədə rəqiblərimizə müəyyən mənada şans verə bilərik. Yalnız onu deyə bilərəm ki, Azərbaycan çox güclü rəqiblərlə üz-üzədir. Birbaşa finala keçən beş ölkənin iştirakçıları birinci ikinci yarımfinalın bütün iştirakçılarından qat-qat güclüdürlər. Əfsuslar olsun ki, biz keçən il belə güclü rəqiblərlə üz-üzə çıxmadıq. Ona görə bu dəfə Azərbaycanın onluğa düşməsini qələbə hesab edirəm. Əgər onluğa düşə bilməsək, bu, şəxsən mənim üçün böyük məğlubiyyət olardı. Çünki biz ötən il "Eurovision"da iştirak etməklə onun təməlini qoyduq. Hazırki ifaçıların səviyyəsi , bacarıqları da göz qabağındadır. Mən onlara yalnız uğurlar arzulayıram". Birinci yarımfinalda güclü iştirakçıların olduğunu deyən Gövhər Həsənzadə qeyd etdi ki, ikinci yarımfinalın da öz favoritləri vardı: "Yunanıstan, Ukrayna Norveçi bəyəndim. Amma əfsuslar olsun ki, Polşa yarımfinala keçmədi". Beləliklə, səsvermə bu gün başlayacaq. Türkiyə, İsveç, İsrail, Portuqaliya, Malta, Finlandiya, Bosniya-Hersoqovina, Rumıniya, Ermənistan, İslandiya, Azərbaycan, Xarvatiya, Ukrayna, Litva, Albaniya, Moldova, Danimarka, Estoniya, Norveç Yunanıstan finala birbaşa vəsiqə qazanmış Fransa, Rusiya, İspaniya, Almaniya Böyük Britaniya "Eurovision-2009" adı uğrunda mübarizə aparacaqlar.

 

 

Simnarə

 

Üç nöqtə.- 2009.- 16 may.- S. 19.