Aşıq musiqisi dünyanın mədəni irsi siyahısına daxil edilə bilər

 

KOİŞİRO MATSUURA: "MUĞAMIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR"

 

MEHRİBAN ƏLİYEVA YUNESKO-nun XOŞMƏRAMLI SƏFİRLƏRİNİN İLLİK TOPLANTISINDA İŞTİRAK EDİB

 

 PARİSDƏ YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısı keçirilib. Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva toplantıda iştirak edib. Toplantıda çıxış edən YUNESKO-nun baş direktoru Koişiro Matsuura ötən dövrdə həyata keçirilən layihələr, görülən işlər barədə xoşməramlı səfirlərə məlumat verib. Bildirilib ki, xoşməramlı səfirlər ailəsinə iki yeni üzv qəbul edilib. Onlar Rusiyanın İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko Kamerunun birinci xanımı Şantal Biyadır. Koişiro Matsuura YUNESKO-nun dünyada təhsil, səhiyyə, mədəniyyət digər sosial sahələrlə bağlı problemlərin həllini daim diqqətdə saxladığını, müxtəlif dövlətlər beynəlxalq qurumlar arasında bu istiqamətdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını deyib. (AzərTAc) YUNESKO-nun baş direktoru vurğulayıb ki, Heydər Əliyev Fondu Azərbaycanın inkişafı naminə böyük işlər görür, muğam sənətinin qorunması, inkişafı təbliği ilə bağlı həyata keçirilən tədbirlər baxımından çox uğurludur. Koişiro Matsuura bildirib ki, muğam dünyanın qeyri-maddi mədəni irsi siyahısına daxil edilib onun inkişafı diqqət mərkəzindədir. Baş direktor Azərbaycan xalqının daha bir musiqi sənətinin - aşıq musiqisinin həmin siyahıya daxil edilməsi istiqamətində getdiyini, bu ilin oktyabrında Abu-Dabidə Dünya Qeyri-Maddi Mədəni İrs Komitəsinin iclasında məsələyə baxılacağını bildirib. Heydər Əliyev Fondunun ötənilki fəaliyyəti barədə məlumat verən Mehriban Əliyeva isə deyib ki, qurum mədəniyyət, təhsil sosial sahələrdə bir sıra böyük layihələri uğurla həyata keçirib. Mehriban Əliyeva Fondun digər xalqların da mədəni irsinin qorunmasına kömək göstərmək niyyətindən danışıb Afrika dövlətlərinin qeyri-maddi mədəni irsinin qorunması layihəsinə maliyyə yardımı göstərməyə hazır olduğunu bildirib. Dörd ay üçün nəzərdə tutulmuş bu layihə Afrika dövlətlərindən 26 mütəxəssisi mədəni irsin qorunması sahəsində formalaşdırmaq məqsədi daşıyır. YUNESKO-nun xoşməramlı səfirləri dünyanın münaqişələrdən əziyyət çəkən bölgələrində təhsil, səhiyyə mədəni irsin qorunması ilə bağlı layihələrin həyata keçirilməsi, bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi fikrində yekdil olublar. Onlar Əfqanıstan, İraq, Livan, Qəzza zolağı bəzi Afrika ölkələrində təhsil səhiyyə sahəsində yaranan böhranın aradan qaldırılması ideyasını dəstəklədiklərini, bu sahələrlə bağlı infrastrukturun yaradılması mövcud olanların bərpası üçün irəli sürülmüş təşəbbüsə qoşulduqlarını bəyan ediblər.

 

   

Emin

 

Üç nöqtə.- 2009.- 16 may.- S. 5.