Baş redaktorlar Ədəbiyyat Muzeyində oldu

 

RAFAEL HÜSEYNOV: "HƏR AYIN 14-də MUZEYƏ GƏLİŞ AÇIQ QAPI PRİNSİPİ ÜZRƏ OLACAQ"

 

 NİZAMİ Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 2009cu ildə silsilə tədbirlər həyata keçirəcək. Bu fikirləri ötən gün baş redaktorların qarşısında çıxış edərkən adı çəkilən muzeyin direktoru AMEAnın müxbir üzvü, professor Rafael Hüseynov deyib. Qeyd edək ki, dünən muzeyin direktoru ölkənin aparıcı KİV rəhbərlərini sözügedən muzeyə dəvət etmişdi. Rafael Hüseynov bu dəvətin məhz 18 maya salınmasının təsadüfi olmadığını dedi: "Cünki bu gun 18 May  Muzeylər Günüdür".

Muzeyin direktoru qeyd etdi ki, bu il noyabrın 1də Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 yaşı tamam olur: "Bu il həm dahi Azərbaycan şairi Nizami Gəncəvinin vəfatının 800 illiyi qeyd ediləcək. Bu iki mühüm mədəniyyət hadisəsinə töhfə kimi Nizami Muzeyi yeni bir ekspozisiya yaradıldıqdan sonra qapılarını tamaşaçıların üzünə açıb. Parisdə hər ayın ilk bazar günü muzeylər tamaşaçılara pulsuz xidmət edir. Biz bir ənənənin təməlini qoyduq. Hər ayın 14də muzeyə gəliş açıq qapı prinsipi üzrə olacaq". R.Hüseynov bildirdi ki, 2004cü il dekabrın 30da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muzeyə gəlişindən sonra əsaslı yenidənqurma təmirbərpa işlərinə başladıq. Muzeyin 120 mindən artıq eksponatının yenidənqurmadan öncə ekspozisiyada 1000 elementi göstərilirdisə, hazırda yeni ekspozisiyada 25 mindən çox eksponat yer alır: "Təmir yenidənqurmanın getdiyi müddətdə muzeydə daimi nəşr ediləcək 5 toplunun əsası qoyulub ilk cildləri işıq üzü görüb. Muzeyin bütün zalları kompüterləşdirilib, tamaşaçıların müstəqil işləmələri üçün zallarda ayrıca monitorlar quraşdırılıb, 3 dildə informasiya bazası yaradılıb, audiovideo materialları seyr etmək üçün 14 monitor dinləmə qurğularıyla təmin edilən xüsusi böyük zal təşkil edilib. Yaxın zamanlarda muzeydə daimi fəaliyyət göstərməyə başlayacaq, ölkənin ən parlaq insanlarını qovuşduran "Ziyalılar klubu"nun ilk yığıncağı olacaq. Muzeyin böyük zalında ayrıayrı yeni ekran əsərlərinin premyerası müzakirəsini, tematik şeir gecələrini keçirməyi düşünürük. Qeyd edək ki, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binası 1850ci ildə birmərtəbəli karvansara kimi tikilib.

 

 

Afaq

 

Üç nöqtə.- 2009.- 19 may.- S.5.