Laçının işğalından 17 il
ötdü
RAMİZ CƏBRAYILOV: "LAÇIN TORPAĞINDAN HEÇ
KİMƏ DƏHLİZ VERİLƏ BİLMƏZ"
LAÇIN rayonunun ermənilər tərəfindən işğalından
17 il ötdü. Dünən anım günü ilə bağlı Laçın
rayon İcra Hakimiyyətinin əməkdaşları,
Qarabağ Azadlıq Təşkilatının üzvləri
və rayon ictimaiyyətinin nümayəndələri
Şəhidlər Xiyabanını
ziyarət etdilər. Laçın
rayon İcra hakimiyyətinin başçısı
Ramiz Cəbrayılov abidə kompleksinin önünə əklil qoydu.
Laçın rayonunun strateji əhəmiyyəti
ilə bağlı danışan Ramiz Cəbrayılov işğala
müxtəlif amillərin
səbəb olduğunu
bildirdi: "Laçının
işğalından bizi
17 il ayırır. Amma hazırda da işğal günü gözlərimiz
önündən kino
lenti kimi keçir. Laçının
işğal olunması
səbəblərindən biri
həmin dövrdə
ölkə rəhbərliyinin
yerində olmaması,
vəzifənin millətin
mənafeyindən yüksək
tutulması oldu. Xalqa biganə münasibət, ordunun müxtəlif adamlara xidmət etməsi də Laçının itirilməsinə şərait
yaratdı. Laçın
Qarabağın yeganə
qapısı idi. Həmin qapının əldən verilməsi ilə digər rayonların işğalı
asanlaşdı". Dağlıq
Qarabağda erməni icmasının təhlükəsizliyi
üçün Laçın
dəhlizinin Ermənistana
verilməsi ilə bağlı düşmən
tərəfin bəyanatlarına
münasibət bildirən
Ramiz Cəbrayılov bunu əsassız saydı: "Laçının
ərazisindən heç
kimə dəhliz verilə bilməz. Əminik ki, öz torpağımıza
qayıdıb quruculuq
işləri ilə məğul olacağıq.
Ermənilər həmin
əraziyə başqa
yerlərdən əhali
köçürə bilərlər,
amma bu sonu
olmayan bir işdir". Qeyd edək ki,
1835 kvadratkilometr ərazisi
olan Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi kimi tanınıb.
İşğal zamanı
63 min nəfərdən
artıq əhalisi olan rayonun 121 kəndi olub. İşğal zamanı
300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb.
8 950 bina, o cümlədən 7 sənaye
və tikinti müəssisəsi, 471 xidmət
idarəsi, yüzlərlə
tarix-mədəniyyət
abidəsi işğal
altında qalıb. Erməni silahlı qüvvələrinin işğalı
nəticəsində burada
30-dan artıq mədəniyyət
və tarixi abidə dağıdılıb.
Xalid
Üç nöqtə.- 2009.- 19 may.- S. 6.