BDU-da Atatürkü
anma - gənclik və idman bayramı
qeyd olundu
HULUSİ KILIÇ: "ATATÜRKÜN ƏRMƏĞANINI
QORUMAQ ÜÇÜN HƏR BİRİMİZ SƏYLƏ
ÇALIŞMALIYIQ"
DÜNƏN Bakı Dövlət Universitetində
Atatürkü anma və gənclik və idman bayramı
qeyd olunub. Tədbiri giriş
sözü ilə açan prorektor İsmayıl Əliyev universitetdə təhsil alan türkiyəli tələbələri bu
bayram münasibətilə
təbrik edib: "19 may 1919-cu ildən 90 il ötür. 19 may həm də
Türkiyə Cümhuriyyətinin
zəfər və qələbə bayramıdır. Çünki məhz, həmin ərəfədə türk
xalqının ulu öndəri Mustafa Kamal Atatürkün hakimiyyətə gəlişi
ilə Türkiyəni
zəbt etmək istəyən qüvvələrin
məkrli planlarının
qarşısı alındı.
Atatürk özü şəxsən inqilaba başçılıq etdi. Nəticədə dünyanın
ən güclü dövlətlərindən olan
böyük Türk Cümhuriyyətinin əsası
qoyuldu. O vaxt düşmən gəmilərini
görən Atatürk
"gəldikləri kimi
də gedərlər"
demişdi. Ona "ordu yoxdur"
dedilər, "yaranar"
dedi, "pul yoxdur" dedilər, "tapılar" dedi, "düşmən çoxdur"
dedilər, "məğlub
olar" dedi" deyən İ.Əliyev Atatürkdən sitat gətirib və bildirib ki, Türkiyə
həmişə Azərbaycanın
yanında və onun ən yaxın
müttəfiqi olub:
"Bəzi qüvvələr
müəyyən müddətə
də olsa bu dostluğa zərbə vurmağa çalışsalar da, onların bu planı baş tutmadı. Baş nazir Rəcəb Tayyib Ərdoğanın səfəri də bu dostluğun yenilməz olduğunu bir daha sübut
etdi". Türkiyənin ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Hulusi Kılıç isə öz çıxışında
böyük Atatürk
tərəfindən qurulan
Cümhuriyyətin bir
əmanət olduğunu
və bu əmanəti qorumağın
isə gənclərin
ən ümdə vəzifəsi olduğunu vurğulayıb: "Atatürk
kimi şəxsiyyətləri
tarix hər yüz ildə bir dəfə yetişdirir. Belə şəxsiyyətlərdən biri də Türkiyənin
taleyinə düşüb.
Bu bayramı gənclərə o ərməğan edib. Bu ərməğanı qorumaq üçün hər birimiz səylə çalışmalıyıq.
Cümhuriyyətin gələcək
taleyi siz gənclərə tapşırılıb.
Sizlər təhsil aldığınız və
ondan sonrakı müddətdə də şərəf və ləyaqətlə türklüyə,
türkçülüyə xidmət etməlisiniz. Yaşasın Türk dünyası, yaşasın
Azərbaycan-Türkiyə
dostluğu". Sonra Azərbaycan Texniki Universitetinin hazırladığı
"Bu günlərə
necə gəldik"
mövzusunda sənədli
film nümayiş olunub. Tədbirin sonunda Azərbaycan Rəssamlıq Akademiyasının
təşkil etdiyi
"Bir millət-iki dövlət" adlı rəsm sərgisinin açılışı
münasibətilə səfirlik
adından universitetin rektoruna diplom təqdim olunub.
Afaq
Üç nöqtə.- 2009.- 20 may.- S. 4.