"Azərsun Holdinq"
ailəsi ənənəvi
qanvermə aksiyası
keçirdi
ABDULBARİ GÖZƏL: "AZƏRBAYCANA CANIMIZ VƏ
QANIMIZLA XİDMƏT GÖSTƏRMƏKDƏN MƏMNUNUQ"
CƏMİYYƏTDƏ
sosial problemlərin mövcudluğu, qohum nikahların olması, xəstəliklərin artması,
xüsusilə qan xəstəliklərinin getdikcə
uşaqlar arasında çoxalmasının qarşısını
almaq üçün
hər bir vətəndaş öz səyini fərdi və ya qrup
şəklində olmaqla
bu və digər formada göstərir.
Qrup formasında qanvermə kampaniyasına qoşulan şirkətlərdən
birincisi "Azərsun
Holdinq" Şirkətlər
Qrupudur.
Bu şirkət cəmiyyətdə
mövcud olan bu və ya
digər problemlərin
həllində hər
zaman təşəbbüskarlığı
ilə fərqlənib.
"Azərsun Holdinq"in planlarına qanvermə aksiyası da daxildir. Şirkət
dünən ənənəsinə
sadiq qalaraq, talassemiya xəstəliyindən
əziyyət çəkən
uşaqlara yardım məqsədi ilə Azərsun Holdinq Mədəniyyət Mərkəzində
növbəti qanvermə
aksiyası keçirdi. Xeyirxah kampaniyaya "Azərsun
Holdinq"in tərkibində fəaliyyət
göstərən bütün
müəssisələrin 630-dan çox əməkdaşı
qatıldı. Aksiyada
iştirak edən şirkətin prezidenti Abdulbari Gözəl ilk növbədə bu aksiyanın əhəmiyyətindən danışdı
və belə tədbirlərin hər
il davam etdiriləcəyini vurğuladı.
O, "Azərsun Holdinq"
ailəsi olaraq Azərbaycana həm istehsal fəaliyyəti, həm də xeyriyyə tədbirləri
ilə, bir sözlə, canı və qanı ilə xidmət göstərməkdən məmnunluğunu
dilə gətirdi:
"Mən bəzən
rastlaşdığım insanlardan
indiyə qədər
nə yaxşılıq
etdiyini soruşuram. Bəziləri belə deyir ki, mənim
imkanım yaxşı
olmayıb. Lakin düşünürəm ki,
Allah bütün insanlara yaxşılıq
etmələri üçün
imkan verib. Bu, insanların qanları ilə başqasına həyat vermə imkanıdır. Bundan qiymətli heç nə yoxdur. Təşkil olunan bu aksiya,
ehtiyacı olan insanlar üçün həyatı qədər vacib və önəmlidir.
Belə aksiyaları şirkət rəhbəri olaraq mən hər zaman dəstəkləyəcəyəm
və başqa şirkətlərə də
bu xeyriyyə tədbirlərinə qoşulmağı
məsləhət görürəm".
Şirkət rəhbəri
qeyd etdi ki, qanvermə kampaniyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq. Apardığımız
müşahidələr zamanı
qanvermədən əvvəl
və sonra qan verən şəxslərə yüksək
səviyyədə tibbi
yardım göstərildiyinin
əyani şahidi olduq. Prosesi həyata keçirən Qanköçürmə İnstitutunun
əməkdaşları ilə
söhbətimizdə bildirildi
ki, talassemiya irsi keçən qanazlığı xəstəliyidir.
Bu xəstəliyə
tutulmuş uşaq düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç
nə ilə seçilmir. Aksiyada toplanan donor qanları Qanköçürmə
İnstitutunun Qan Bankına təhvil verildi. Məlumat üçün bildirək
ki, "Azərsun Holdinq" artıq
3-cü ildir ki, belə aksiya keçirir.
Əfsun
Üç nöqtə.- 2009.- 20 may.- S. 5.