Turizm mərkəzlərinin qiymət siyasəti

 

VÜQAR BAYRAMOV: "QİYMƏT ENDİRİMİ OLMASA, BU İL TURİSTLƏRİN SAYI KƏSKİN ŞƏKİLDƏ AZALACAQ"

 

VƏ YA DÜNYADA QİYMƏTİ İLƏ KEYFİYYƏTİ UYĞUN GƏLMƏYƏN İSTİRAHƏT MƏRKƏZLƏRİ AZƏRBAYCANDADIR

 

 TURİZM sektoru 2009-2010-cu illərdə ən çətin dövrünü yaşayacaq. Bu müddətdə rəqabətin artacağı, səyahətlərin daha qısa olacağı, daha ucuz otellərə üstünlük veriləcəyi gözlənilir. Əksər turizm ölkələrində neftin ucuzlaşması nəticəsində aviabiletlərin qiymətində düşmə qeydə alınıb. Həmçinin, otellərdə rezervasiya (əvvəlcədən sifariş edilmiş) qiymətlər endirilib. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. Qiymətlərdə elə bir dəyişiklik müşahidə olunmur.

 

   ÖZƏL TURİZM ŞİRKƏTLƏRİ XİDMƏT TARİFLƏRİNİ ÖZLƏRİ BİLDİYİ KİMİ TƏYİN EDİRLƏR

 

Azərbaycanın turizm sahəsində mövcud tariflərin ciddi azaldılmasından söz gedə bilməz. Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev bir neçə gün öncə bunu özünəməxsus reallıqla əsaslandırmağa çalışıb. Onun fikrincə, hazırda ölkənin bir sıra bölgələrində istirahət mərkəzlərində xidmət tarifləri azaldılıb: "Müşahidələrə əsasən, həftənin şənbə bazar günlərində ölkənin bir çox turist komplekslərində boş yer belə olmur əgər hazırkı qiymətlərlə insan axını varsa, onda ciddi qiymət endirimindən söz gedə bilməz". Ə.Qarayev qeyd edib ki, mehmanxana, otel, istirahət turist zonalarının çox hissəsi özəl sektora aid olduğuna görə, oradakı tariflər dövlət tərəfindən tənzimlənə bilməz. Göründüyü kimi, Azərbaycanda turist sektorunda xidmətlərin ucuzlaşması gözlənilmir. Halbuki xidmətin keyfiyyəti bizdən üstün olan Türkiyədə böhranla bağlı nəzərə çarpacaq ucuzlaşmalar var orada istirahət Azərbaycandan ucuzdur. Bu gün qardaş ölkənin ən gözəl turizm zonası sayılan Antalyada hərc cür şəraitli bir günlük istirahət 90 dollara başa gəlir. Hətta bir neçə ay əvvəldən sifariş edib pulunu ödəyərsənsə həmin otellərdə 40-80 dollara istirahət etmək mümkündür. 280 dollar ödəməklə Antalyada bir həftə normal istirahət etmək mümkün olsa da, Nabranda ötən mövsüm bir gün üçün 150 manatdan ucuz olmayıb. Nazir Ə.Qarayevin qeyd etdiyi kimi əgər turizm tariflərində azalma olmayacaqsa, onda bu ildə istirahət etmək istəyən ölkə vətəndaşları xarici istirahət mərkəzlərinə üz tutacaqlar. Əcnəbilər isə istirahət mərkəzlərimizə getməkdə maraqlı olmayacaqlar. Müstəqil ekspert Vüqar Bayramov qiymətlərin baha olmasını Azərbaycana istirahətə gəlmək istəyənlərin qarşısını kəsən amil kimi səciyyələndirdi: "Araşdırmalar göstərir ki, ölkəmizdə turizmin ciddi problemi qiymətlərin yüksək olması ilə bağlıdır. Bu da nəticə etibari ilə ölkəyə gələn turistlərin sayının azalmasına gətirib çıxarır ölkəyə daxil olan vəsaitlərin həcmini əsaslı şəkildə azaldır". V.Bayramov qeyd etdi ki, qlobal maliyyə böhranı turizm ölkələrində ilk növbədə qiymətlərin aşağı düşməsinə səbəb olub. "Dünyada turizm kampaniyaları elan edilir. Eyni zamanda ərzaq qeyri- ərzaq məhsullarının qiymətləri aşağı düşdüyündən, bu istər-istəməz turizm xidmət haqlarına da təsir göstərir. Çünki ərzaq turizm istirahətində 50-60 faizlik çəkiyə malikdir. Qiymətlərdə endirimə getməmək ona gətirib çıxaracaq ki, gələn turistlərin sayı kəskin şəkildə azalacaq. Hətta yerli turistlər belə ölkə xaricində dincəlməyə üstünlük verəcəklər". İqtisadçı ekspertin hesablamasına görə, qiymət endirimini turist istirahət mərkəzlərinin gəlirlərinin azalması mənasında başa düşmək yanlışlıqdır. "Bu daha çox turistin cəlb edilməsi deməkdir. Bu gün turizm üçün ciddi çətinliklər yaranıb. Nəzərə alsaq ki, hazırda bir sıra ölkələrdə qeydə alınan A/H1N1 virusuna yoluxma ehtimalları turistləri istirahət zonası seçməkdə ehtiyatlı davranmağa sövq edir. Belə maneələrin olduğu bir vaxtda qiymətlərin azaldılması zəruridir". İspaniya təcrübəsinə müraciət edən ekspert turizmin inkişaf etdiyi ölkələrin qiymətləri aşağı salmaqla, rəqabətdə qalib gəlməyə çalışdığını dedi.

 

DƏVƏÇİ- XAÇMAZDA İSTİRAHƏT MƏRKƏZLƏRİNİN XİDMƏT SƏVİYYƏSİ ÇOX AŞAĞIDIR

 

Müsahibimiz mövcud iqlim şəraitinin təbii sərvətlərin Azərbaycanda bu sahənin inkişafına imkan verdiyini dedi: "Lakin bu imkanlardan yetərincə istifadə edilmir. Bölgələrdə yaradılan turizm istirahət mərkəzlərində qiymətlər heç xidmətin səviyyəsinə cavab vermir. Bəzilərində xidmətin səviyyəsi çox aşağı olduğundan orada heç istirahət edən tapılmır. Bunun nəticəsidir ki, Dəvəçi-Xaçmaz zonasında mövcud olan 50 turizm mərkəzi mehmanxanalardan 24-ü fəaliyyətini dayandırmalı olub. Sonradan məlum olub ki, həmin obyektlərin fəaliyyəti üçün dövlət lisenziyası verilməyib. Ona görə ki, bu obyektlərdə xidmət prosesi qeyri-qənaətbəxş təşkil edilib. Təsəvvür edin, bu bölgədə dörd üçulduzlu hotellərin qiymətləri Türkiyədə beşulduzlu otellərin qiymətlərindən qat-qat bahadır". Ekspert qeyd etdi ki, turizm mövsümündə qiymətlərin stabilləşdirilməsi turistlərin cəlb edilməsi üçün bu işin təşkili ilə məşğul olan təşkilatlar ciddi tədbirlər görməlidir: "Xaçmaz, Quba Qusar rayonlarında turizmin müxtəlif növlərinin, xüsusən kənd turizminin təşkili üçün əlverişli təbii şərait var. Kənd həyatı ilə təmasda olaraq istirahət etmək turistlər üçün maraqlı olmaqla bərabər, həm daha ucuz başa gələr". Qeyd edək ki, Avropa ölkələrində böhranın təsirlərinin azaldılması məqsədilə ciddi işlər görülür. Məsələn, İsveçrədə böhranı aşmaq məqsədi ilə daxili turizm inkişaf etdirilir, reklam kampaniyalarının keçirilməsi üçün əlavə vəsaitlər ayrılır, beləliklə, ölkədə turizm xidmətləri sahəsində kəskin rəqabətin artacağı, nəticədə xidmətlərin keyfiyyətinin yüksələcəyi gözlənilir. Azərbaycanda hansı analoji tədbirlərin həyata keçirilməsini öyrənmək üçün Mədəniyyət Turizm Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Baş Turizm İdarəsinin şöbə müdiri Mahir Qəhrəmanov bildirdi ki, ölkədə turizmin təbliğatına ayrılan vəsait ildən-ilə artırılır: "Bunun nəticəsində son illər ölkədə turizmin inkişaf tendensiyaları müşahidə edilir. Mədəniyyət Turizm Nazirliyi tərəfindən qonşu ölkələrdən, o cümlədən Türkiyə, Rusiya Gürcüstandan Azərbaycana turistlərin cəlb edilməsi istiqamətində işlər görülür". Biz istərdik ki, bu işlər uğurlu olsun, ölkəyə turizmdən gələn gəlirlərin həcmi artsın. Amma indiki yuksək xidmət haqqı, aşağı keyfiyyətlə nəyəsə nail olmaq inandırıcı deyil.

 

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 21 may.- S. 9.