Daha bir
məscid bağlanır
YAQUT ƏLİYEVA: "SƏNƏDLƏRİ QAYDASINDA
OLMAYAN MƏSCİDLƏRƏ XƏBƏRDARLIQ
EDİLİR"
HACI İLQAR: "MƏSCİDLƏRLƏ
BELƏ DAVRANMAQ - MİLLƏTİN MENTAL DƏYƏRLƏR
KODUNU POZMAQ DEMƏKDİR"
SON vaxtlar paytaxtda bir neçə məscid bağlanıb. "Əbu-Bəkr"
və "Şəhidlər"
məscidlərinin bağlanmasından
sonra indi də Bakı Dövlət Universitetinin tələbə yataqxanalarının
yerləşdiyi ərazidəki
"İlahiyyat camesi"
bağlanmaq təhlükəsi
ilə üzləşib.
1996-cı ildə Türkiyə Diyanət İşləri Vəqfi tərəfindən tikilən
məscidin mayın
22-də cümə namazından
sonra fəaliyyətini
dayandıracağı bildirilir.
Maraqlıdır ki, 13 ildir fəaliyyət göstərən
məscidin birdən-birə
qanunsuz tikildiyi meydana cıxıb.
Məsələyə münasibət
bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri
Yaqut Əliyeva məscidin sənədlərinin
qaydasında olmadığını
deyir: "Məscid rəhbərliyinə tövsiyə
olunub ki, qeydiyyat sənədlərini
qaydaya salsın. Hələlik məscidin bağlanması
ilə bağlı heç bir söhbət yoxdur".
Məscidin neçə
illərdir fəaliyyət
göstərməsinə baxmayaraq,
nə üçün
məhz indi xəbərdarlıq edilməsinə
gəldikdə isə,
Y.Əliyeva bunu qeydiyyat sənədləri
ilə bağlı yenidən araşdırmaların
aparılması ilə
əlaqələndirdi: "Son 3 il müddətində məscidlərin və dini icmaların qeydiyyat məsələləri
yenidən araşdırılır.
Bu proses mütəmadi
olaraq davam etdirilir və sənədləri qaydasında
olmayan məscidlərə
xəbərdarlıq edilir.
Problemin indi daha çox
gündəmə gəlməsi
isə məncə, jurnalistlərin bu məsələyə daha
həssas yanaşması
ilə bağlıdır".
Yasamal rayon İcra hakimiyyətinin başçısı
İbrahim Mehdiyev
"ANS Press"ə açıqlamasında
məscidin bağlanması
ilə bağlı rəsmi göstəriş
olmadığını bildirib:
"Məscidin bağlanması
ilə bağlı məndə məlumat yoxdur. Həmin məscidə hər cümə günü 5-6
minə yaxın adam toplaşır.
Bura toplaşanların əksəriyyəti
isə "Əbu-Bəkr"
və "Şəhidlər"
məscidinə gedənlərdir.
Belə ki, hər iki
məscid fəaliyyət
göstərmədiyindən insanlar əsasən bura gəlirlər".
Məsələyə münasibət öyrənmək
üçün Bakı
Dövlət Universiteti
ilə əlaqə saxlamağa çalışdıq.
Universitetin mətbuat xidmətindən
telefon zənglərimizə
cavab verən olmadı. Universitetin
rektoru Abel Məhərrəmovun
köməkçisi də
hadisədən xəbərsiz
olduğunu dedi. Dini Etiqad və
Vicdan Azadlıqlarının
Müdafiə Mərkəzinin
sədri Hacı İlqar məscidlərin bağlanılmasının düzgün
olmadığını bildirdi:
"Azərbaycan paytaxtında
növbəti məscid
bağlanır. Qəribə də olsa, bu
məscid də qanunsuz tikili adlandırılıb. Bu hərəkətə qol qoyanlar fərqinə varırlarmı, "məscid"
və "qanunsuz"
ibarələrinin yanaşı
işlədilməsi sağlam
zəkaya, məntiqə,
mənəvi dəyərlərə
nə dərəcədə
ziddir? Məscidlər - mənəviyyat mərkəzi, insanlara əbədi dəyərlərə
məhəbbəti aşılayan
bir məkandır.
Məscidlərlə belə davranmaq
- millətin mental dəyərlər
kodunu pozmaq deməkdir". Hacı
İlqarın qənaətinə
görə, Bakının
"İslam mədəniyyətinin
paytaxtı" elan edildiyi vaxtda islamın başlıca simvolları olan məscidlərlə belə
rəftar etmək absurddur: "Mənəvi,
əxlaqi rəzilliyin
toplumda baş alıb getdiyi, boşanmaların, intiharların
adi statistikaya çevrildiyi bir şəraitdə mənəvi
dəyərlərin, inanc
mövzularının maarifçiliyinin
genişləndirilməsi əvəzinə,
bunun tam əksini görürük. Əgər iddia
edilirsə ki, məscidin hansısa sənədləri qaydasında
deyil, məscid fəaliyyətinə davam
edə-edə bu sənədləri asanlqla
sahmana salmaq olar".
Xalid
Üç nöqtə.- 2009.- 21 may.- S. 11.