Özəlləşdirmə qurumları rəhbərlərinin iclası keçirilib

 

KƏRƏM HƏSƏNOV: "1,2 MİLYONDAN ARTIQ VƏTƏNDAŞ ÖZƏLLƏŞDİRMƏDƏN BU VƏ YA DİGƏR FORMADA BƏHRƏLƏNİB"

 

ƏMLAK Məsələləri Dövlət Komitəsi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyinin təşkilatçılığı ilə Bakı şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin özəlləşdirmə özəl sektorun inkişafı üzrə yüksək səviyyəli ekspertlər qrupunun 3-cü İƏT üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 4-cü iclasları keçirilib. Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycanda artıq 14 ildir ki, davam edən özəlləşdirmə prosesi nəticəsində 42 minə yaxın kiçik müəssisə obyekt xüsusi mülkiyyətə verilib, 1600-ə yaxın orta iri müəssisə səhmdar cəmiyyətinə çevrilib. Dövlət əmlakının özəlləşdirilməsi prosesində 250 mindən çox səhmdar, kiçik dövlət müəssisə obyektlərinin özəlləşdirilməsi yolu ilə 500 mindən çox özəl mülkiyyətçi təbəqəsi formalaşıb. Özəlləşdirilən müəssisələrdə təqribən 500 mindən artıq vətəndaş işlə təmin edilib, ümumilikdə götürdükdə 1,2 milyondan artıq vətəndaş özəlləşdirmədən bu ya digər formada bəhrələnib. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə təxminən 447 milyon ABŞ dolları həcmində investisiya qoyulub yaxın illərdə götürülmüş öhdəliklər çərçivəsində bu müəssisələrə daha 350 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu gözlənilir. Həmçinin qeyd olunmuşdur ki, özəlləşdirməyə əhalinin geniş kütləsinin cəlb edilməsi məqsədilə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da hər bir vətəndaşa vauçer - 4 çekdən ibarət 1 dövlət özəlləşdirmə payı verilmişdir. Həmin özəlləşdirmə paylarının 75 faizdən yuxarısı artıq istifadə olunaraq silinib. Sonda komitə sədri aparılacaq müzakirələr təcrübə mübadiləsinin qarşıda qoyulmuş vəzifələrin yerinə yetirilməsində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müsbət təcrübəsindən faydalanmağa imkan verəcəyini bildirib.

 

 

Əfsun

 

Üç nöqtə.- 2009.- 22 may.- S. 10.