Moskvada azərbaycanlı
şairin yubileyi keçirilib
NƏSİB NƏBİOĞLU
RUSİYA İLƏ AZƏRBAYCAN ARASINDA YARADICILIQ ƏLAQƏLƏRİNİ
GENİŞLƏNDİRMƏYƏ SƏY GÖSTƏRİR
MOSKVADA Azərbaycan şairi, Azərbaycan Yazıçılar
Birliyinin və Rusiya Yazıçılar
İttifaqının üzvü,
Azərbaycan Yazıçılar
Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun
55 illik yubileyinə həsr olunmuş gecə keçirilib. Həm Rusiyadan, həm də Azərbaycandan olan qələm dostları onu təbrik ediblər, yaradıcılığı
ilə bağlı xoş sözlər söyləyiblər. "AzərTac"ın məlumatına görə, gecədə o, Rəsul Rza
Fondunun təsis etdiyi "İlin mükafatı" ordeninə
layiq görülüb.
Mükafatı Azərbaycan
Yazıçılar Birliyinin
sədri Anar Moskvaya səfəri zamanı təqdim edəcək. Tədbirin bədii hissəsində
müğənni Tərlan
Şahbazov bəstəkar
Asya Sultanovanın Nəsib Nəbioğlunun sözlərinə bəstələdiyi
"Azərbaycan oğulları"
mahnısını ifa
edib. Ömrünün
40 ilini yazıb-yaratmağa həsr edən Nəsib Nəbioğlu saysız-hesabsız şeirlərin
müəllifidir. Onun
şeirləri tələbəlik
illərində rus dilinə tərcümə
olunub və "İstoki", "Poeziya"
şeir almanaxlarında,
Rusiya və Azərbaycan dövri mətbuatında dərc edilib, müasir Azərbaycan poeziyası antologiyalarına daxil olunub. O, rus və Azərbaycan dilində nəşr olunmuş "Vətən
mənim ürəyimdir",
"Yalvaran bulaq",
"Söz istəyirəm",
"Dağlar məni
bağışlamaz" və
"Nəğməkar əsgər"
kitablarının müəllifidir.
Nəsib
Nəbioğlu hazırda
da Rusiya ilə Azərbaycan arasında yaradıcılıq
əlaqələrini genişləndirməyə
səy göstərir,
onun fəaliyyəti Azərbaycan mədəniyyətinin
və ədəbiyyatının
təbliğinə, Azərbaycan
və Rusiya xalqları arasında dostluq əlaqələrinin
möhkəmləndirilməsinə,
mədəniyyətlərimizin zənginləşdirilməsinə yönəldilib. Eyni zamanda o, öz
əsərləri ilə
Azərbaycan həqiqətlərini
Rusiya cəmiyyətinə
çatdırır, ərazilərimizin
bir hissəsini işğal etmiş Ermənistanın xalqımıza
qarşı təcavüzünə
etiraz səsini ucaldır. Nəsib Nəbioğlunun təşəbbüsü
və rəhbərliyi
ilə Moskvada həm Azərbaycanın, həm də Rusiyanın ədəbiyyat
tarixinə düşmüş
yazıçı və
şairlərin ad günləri və yubileyləri keçirilir.
Üç nöqtə.-
2009.- 26 may.- S. 13.