Kukla TeatrındaYeddi nar çubuğu

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 88-ci sənət mövsümündə tamaşaçılarına rəngarəng maraqlı repertuar təqdim edir. Yaradıcı heyət növbəti səhnə əsərinin məşqlərinə başlayıb.

 

Teatrdan Lent.az -a bildirilib ki, yerli xarici dramaturqların müxtəlif mövzulu əsərləri ilə yanaşı, şifahi xalq ədəbiyyatı nümunələrini müasir səhnələşdirmədə təqdim edən kollektiv bu dəfə Azərbaycanın məişət nağılları sırasında ibrətamizliyinə görə xüsusi yeri olanYeddi nar çubuğu”na müraciət edib.

 

Birlik, həmrəylik, ailə dəyərləri, doğmalara sevgi bağlılıq kimi məqamları önə çəkən bu kiçikhəcmli nağılı publisist Zülfüqar Rüfətoğlu pyesə çevirib. Tamaşaya Əməkdar artist Qurban Məsimov quruluş verir.

 

Azərbaycan Dövlət Kukla Teatrı, “ITALDIZAIN” şirkəti Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gələn nağıl-tamaşanın fərqli səhnə tərtibatı olacaq.

 

Klassik kukla tamaşası üslubunda hazırlananYeddi nar çubuğu”nda əsasən kölgə teatrı elementləri tətbiq ediləcək. Parket masaüstü kukla texnikalarında nümayiş olunacaq tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

 

Səhnə əsərinin bəstəkarı, Əməkdar artist Vüqar Camalzadə yurd, torpaq təəssübü, çağırış, cəng ruhlu musiqilər yazıb. Tamaşada ümumilikdə 10-dək mahnı səslənəcək.

 

Səhnə əsərində obrazları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova Aygül Ağayeva canlandıracaq.

 

 

Unikal.-2019.- 7 dekabr.-S.21