“Nəsimi ili”nə növbəti
töhfə -“Nasimi passion”: vokal-xoreoqrafik tamaşa
Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamına əsasən
2019-cu ilin “Nəsimi ili” elan olunması
ilə bağlı silsilə tədbirlər davam edir. Tədbirlərin
davamı olaraq dekabrın 27-də Heydər
Əliyev Sarayında Xalq artisti Firəngiz
Əlizadənin “Nasimi
passion” əsəri əsasında vokal-xoreoqrafik
tamaşanın nümayişi
nəzərdə tutulub.
Əsərin xoreoqrafik
quruluşu Mədəniyyət
Nazirliyinin xüsusi dəvətinə əsasən
Sankt-Peterburq Balet Akademiyasının professoru,
Rusiyanın Xalq artisti Edvald Smirnova həvalə olunub. Tamaşada Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri
iştirak edəcəklər.
Hazırda yaradıcılıq
prosesinə start verilmiş “Nasimi passion” vokal-xoreoqrafik tamaşasının dirijoru
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii
rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.
Biletləri şəhərin
mərkəzləşdirilmiş kassalarından əldə
etmək olar.
Unikal.-2019.-7 dekabr.- S.19