Əhməd bəy Ağaoğlunun ictimai fəaliyyətini əks etdirən yeni kitab çıxdı
İnterPress.Az-ın
məlumatına görə, topluya daxil olan sənədlər
və materiallar Ə.Ağaoğlunun XX əsrin əvvəllərində,
xüsusilə 1905-1906-cı illər erməni-azərbaycanlı
münaqişəsi zamanı fəaliyyətini əhatə
edir.
Kitaba Ə.Ağaoğlunun Qafqazda
milli məsələyə
və müsəlman xalqlarının problemlərinə,
1905-1906-cı illər münaqişəsinə
dair məqalələri,
Ə.Ağaoğlunun dindirilmə
protokolu, onun məktubları, çıxışları
və s. daxil edilib.
Azərbaycan və rus dillərində
nəşr olunan toplunun tərtibçisi, ön sözün, qeyd və şərhlərin
müəllifi Azərbaycan
Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə
fəlsəfə doktoru
Fərhad Cabbarovdur.
Unukal.- 2019.- 1 iyun.- S.21