"Sonsuz dəhliz" filminin yaradıcı heyəti
BAMF-in Ali Qarabağ Mükafatına
layiq görülüb
Litvanın Druskininkay
şəhərindəki Gənclik
Mərkəzində ilk
dəfə olaraq “Sonsuz dəhliz” sənədli filminin nümayişi keçirilib
və ekran əsərinin yaradıcı
heyəti Beynəlxalq
Avrasiya Mətbuat Fondunun (BAMF) Ali Qarabağ Mükafatı ilə təltif olunub.
BAMF-dən
AZƏRTAC-a bildiriblər ki,
tədbirdə ümumilikdə
100 nəfər, o cümlədən
filmin baş qəhrəmanı Riçardas
Lapaytis, baş prodüseri və rejissoru Aleksandr Brokas, nümayişin təşkilatçıları, qonaqlar, jurnalistlər və tələbələr
iştirak ediblər.
Beynəlxalq Avrasiya Mətbuat
Fondu (BAMF), Druskininkay şəhər Polisi və Druskininkay Gənclik Mərkəzi tərəfindən təşkil
olunan tədbirdə “Sonsuz dəhliz” sənədli filminin həsr olunduğu Xocalı faciəsi qurbanlarının xatirəsi
dəqiqəlik sükutla
yad edilib.
BAMF-in Litvadakı
nümayəndəsi, hərbi
jurnalist Riçardas Lapaytis qonaqları salamlayaraq deyib ki, ekran əsəri
bütün dünyada
və beynəlxalq kinofestivallarda tanınsa da, Litvanın cənubunda ilk dəfə nümayiş olunur. Xocalı soyqırımının ötən
əsrin ən böyük faciələrindən
biri olduğunu diqqətə çatdıran
jurnalist bildirib: “Bütün Xocalı
sakinləri doğma evlərindən və əmlaklarından məhrum
ediliblər. Şəhərin
hələ də işğal altında olmasına baxmayaraq, indiyədək Xocalı əhalisinin qatillərindən
heç biri cəzalandırılmayıb və
onlar yalnız öz vicdanları qarşısında məsuliyyət
daşıyırlar”.
Filmin baş
prodüseri və rejissoru Aleksandr Brokas çıxışında
ekran əsərinin Ermənistan tərəfindən
törədilmiş etnik
təmizləmə və
günahsız insanların
qətlə yetirilməsindən
bəhs etdiyini bildirib. O deyib: “Filmin əsas süjet xəttini sağ qalmış insanların verdiyi ifadələr, hərbçilərin
və hadisə şahidlərinin danışdıqları
təşkil edir. Filmi ingilis dilində məşhur britaniyalı
aktyor, “Oscar” mükafatı
laureatı Ceremi Ayrons səsləndirib”.
"Sonsuz dəhliz"
filminin Druskininkay şəhərində nümayiş
etdirilməsindən şad
olduğunu deyən A.Brokas çəkilişlərə
verdiyi dəstəyə
görə Riçardasa
bir daha təşəkkür edib.
Sonra respublika
müsabiqələrinin qalibi
olan Lazdi şəhərinin "Jingsnyay"
(Žingsniai) İncəsənət
Məktəbinin akkordeonçu
və saksofonçularından
ibarət ansamblı çıxış edib.
Daha sonra
"Sonsuz dəhliz"
filmi nümayiş olunub. Erməni və sovet silahlı qüvvələri
tərəfindən vəhşicəsinə
qətlə yetirilmiş
günahsız azərbaycanlıların
acı iztirabları tamaşaçıları kövrəldib.
BAMF-in prezidenti Umud
Mirzəyev çıxış
edərək Xocalı
hadisələrinin canlı
şahidi kimi yaşanmışları ekranda
yenidən görməyin
çox çətin
olduğunu bildirib. O deyib:
“Sonsuz dəhliz” filmi törədilən vandalizm əməlləri
nəticəsində yaranmış
vəziyyəti nümayiş
etdirir. Mən bu kadrları
izləyərkən, dinc
əhalinin sadəcə
azərbaycanlı olduqları
üçün qəddarlıqla
öldürüldüyü zaman keçirdiyim hissləri yenidən yaşayıram”.
Umud Mirzəyev
iştirakçılara və
tədbirin təşkilinə
dəstək göstərənlərə
təşəkkür edib. O, sülhün
təşviqi ideyasına
əvəzsiz töhfə
verən filmin nümayişinin obyektiv məlumatların yayılmasında
əhəmiyyətli rol
oynadığı bildirib.
Sonda göstərdikləri
cəsarətə, Qarabağ
münaqişəsi və
sülhyaratma prosesi haqqında obyektiv məlumatların yayılmasına
verdikləri töhfəyə
görə Aleksandras Brokasa və Riçardas Lapaytisə
BAMF-in Ali Qarabağ Mükafatı
təqdim olunub.
Qarabağ münaqişəsi ilə
bağlı obyektiv məlumatların yayılmasına
və sülh ideyasının təbliğinə
töhfə verdikləri
üçün Druskininkay
Polis Komissarlığının rəisi Gintaras Krasnitskasa, Druskininkay şəhərinin Gənclik
Mərkəzinin direktoru
Auşra Nedzinskieneyə
və Lazdi rayon bələdiyyəsinin meri
Ausma Mişkinieneyə
fəxri mükafatlar təqdim olunub.
Film ilk dəfə 2015-ci il iyulun 1-də Britaniya Film və Televiziya İncəsənət
Akademiyasında (BAFTA) nümayiş
olunub. Ekran əsəri “Global Film Awards 2015” müsabiqəsində "Böyük
nailiyyətlər" nominasiyasında
“Humanitarian Award 2015” mükafatına layiq görülüb.
Qeyd edək
ki, "Global Film Awards" nüfuzlu Amerika nəşri “Accolade Global Film Competition” tərəfindən təqdim
olunur. Film Madrid və Tenerifedəki beynəlxalq
film festivallarında ilin
“Ən yaxşı sənədli filmi” və “Ən yaxşı rejissorluq işi” kimi qəbul edilib.
Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi "Xocalıya ədalət!"
təbliğat kampaniyası
çərçivəsində "Sonsuz dəhliz" filminin İstanbul, Ankara, Roma, Vilnüs,
London, Paris, Dublin, Berlin, Bern və Lüksemburq
şəhərlərində təqdimatı keçirilib
Unikal.- 2019.- 15 iyun.-
S.21