Azərbaycan rəssamlarının əsərlərinin respublika satış sərgisi açılıb

 

Baku Crystal Hall”da Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının əsərlərinin respublika satış sərgisinin açılış mərasimi keçirilib.

 

AZƏRTAC xəbər verir ki, sərgi bu il martın 1-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyevanın mədəniyyət incəsənət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında təşkil olunub.

 

Tədbirin keçirilməsində əsas məqsəd özünəməxsus tarixə ənənələrə malik Azərbaycan incəsənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında sərgiləməkdən ibarətdir.

 

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin rəssamlıq sənətinə həssas münasibətindən danışıb. Qeyd edib ki, Ümummilli Liderin qayğısı nəticəsində azərbaycanlı rəssamların adları nəinki SSRİ məkanında, həm dünyada böyük hörmətlə qarşılanırdı. “Lakin bugünkü tədbir özünəməxsusluğu ilə fərqlənir. Çünki burada həm sərgi, həm satış imkanlarını yaratmışıq. yaxşı ki, bu işə Rəssamlar İttifaqının üzvləri çox fəallıqla qoşulublar. Paytaxt sakinlərinə bu şəkilləri əldə etmək üçün çox gözəl imkan yaranır. Sevindirici haldır ki, nümayiş olunan əsərlərin çoxu ilk dəfə sərgilənir”.

 

Nazir bildirib ki, sərgidə 250 rəssamın 350-dən çox əsəri nümayiş olunur. Belə sərgilər Azərbaycan cəmiyyətində yeni formalaşan yaradıcılıq sənayesinin inkişafına çox kömək edir.

 

Qısa zaman kəsiyində bu cür sərgi təşkil etməyin çətin olduğunu deyən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bu tədbirin gələcəkdə beynəlxalq miqyas alacağına ümidvar olduğunu bildirib.

 

Qeyd edək ki, sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, orta gənc nəsil, həmçinin regionlarda yaşayan istedadlı rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərləri nümayiş olunur.

 

Ekspozisiyada XX əsrin 90-cı illərində müstəqilliyimiz şəraitində milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılığı ilə bərabər, həm romantik əsərlər, Azərbaycan folkloru miniatürlərlə bağlı dekorasiyalar, divar rəsmləri illüstrasiyalar öz əksini tapır.

 

İyunun 28-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

 

Unikal.- 2019.- 22 iyun.- S.21