Səfir erməni kilsəsinin yanında bayrağımızı necə dalğalandıra bildi?

 

“Ermənistanın Ukraynadakı diplomatik missiyası bizimlə ayaqlaşa bilməz”.

 

Unikal.org xəbər verir ki, bu barədə müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

 

-Azər müəllim, bir səfir kimi Ukraynada Azərbaycanla bağlı kimi işlər görürsüz?

 

-Ölkə başçımızın tapşırıq göstərişlərinə uyğun olaraq, xarici siyasətimizin əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəlib. Bu gün Azərbaycan diplomatiyasının üzərinə olduqca böyük bir məsuliyyət qoyulub hər bir Azərbaycan diplomatı bu məsuliyyəti dərk edərək, ölkə rəhbərliyi tərəfindən qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün bütün peşəkarlığını savadını istifadə edərək, öz vəzifə borcuna layiqincə yanaşır bundan sonra da belə olacaq! Bu gün Azərbaycan diplomatiyası müasir dünyamızın çağırış təhdidlərinə cavab verir beynəlxalq aləmdə dövlətimizin müsbət imicinin formalaşdırılması istiqamətində bütün səyləri əsirgəməyərək, müstəqil dövlətimizə yönələn mümkün geosiyasi risklərin yaranmasına imkan vermir.

 

 

 

Təəssüflər olsun ki, 27 ildən artıqdır Azərbaycanın tarixi torpaqları, o cümlədən Dağlıq Qarabağ ərazisi erməni işğalı altındadır. Ona görə Azərbaycan diplomatiyasının əsas fəaliyyət istiqaməti bu münaqişənin həllinə yönəlib. Erməni diplomatları tərəfindən xarici ölkələrdə ölkəmizə qarşı yönəlmiş çirkin əməllər mütəmadi olaraq yaradılan təxribatlarının qarşısının alınması üçün tərəfimizdən mütəmadi olaraq müxtəlif işlər aparılır. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması Azərbaycan diplomatiyasının ən öndə duran vəzifə borcudur.

 

-Ukraynada iqtisadi digər sahələrdə diplomatik əlaqələrimizi necə qiymətləndirirsiz?

 

- Qloballaşan dünyada heç bir ölkə xarici iqtisadi əlaqələr qurmadan öz milli iqtisadiyyatını normal inkişaf etdirə bilməz. Başqa sözlə desək, səmərəli təşkil edilmiş beynəlxalq iqtisadi əlaqələr sisteminin mövcudluğu hər bir ölkənin iqtisadi siyasətinin prioritetlərindən biri kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycanla Ukrayna arasında iqtisadi diplomatiyaya da çox böyük önəm veririk.

 

-İqtisadi-ticari əlaqələrimizdə göstəricilər əvvəlki illərdə aşağı düşüb. Bu ilə bağlı olub?

 

- Ukraynada 2013-cü ildə baş vermiş məlum hadisələr ölkədə cərəyyan edən siyasi prosesslər Ukraynanın başqa ölkələrlə olduğu kimi, Azərbaycanla da ticarət dövriyyəsinin həcminə mənfi təsir göstərmişdir. 2015-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 333 mln ABŞ dolları səviyyəsinə düşmüşdür. Lakin, sonrakı 3 il ərzində (2016-2018) Səfirlik tərəfinən görülmüş işlər sayəsində, o cümlədən Kiyev şəhərindəAzərbaycan Ticarət Evi”nin açılması nəticəsində, ikitərəfli ticarət dövriyyəmiz nəzərə çarpacaq dərəcədə (2,5 dəfə) artmışdır. Bunun nəticəsində Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarından birinə çevrilmişdir hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində 11-ci yeri tutur. 2018-ci ildə ticarət dövriyyəmiz 829 mln ABŞ dolları təşkil etmişdir. 2019-cu ildə isə, bu göstəricinin bir qədər də artacağı gözlənilir. Eyni zamanda onu da vurğulamaq istərdik ki, üç il müddətində Azərbaycandan Ukraynaya ixrac edilən məhsullarının həcmi 16 dəfə artmışdır.

 

-Azər müəllim Azərbaycan Ukrayna arasında mədəni əlaqələri necə qiymətləndirirsiz?

 

-Bu gün Azərbaycanla Ukrayna arasında mədəniyyət sahəsində diplomatik fəaliyət davam etdirilir. Ukraynanın paytaxtı eləcə böyük şəhərlərində ölkəmizin təbliğat işlərinin daha səmərəli effektiv şəkildə aparılması üçün səfirliyimizin təşəbbüsü dəstəyi ilə Azərbaycan mədəniyyət informasiya mərkəzləri artıq fəaliyyətə başlayıb.

 

-Noyabrın 8-də siz azərbaycanlı jurnalistlərin iştirakı ilə, Ukraynanın ən böyük şəhərlərindən biri olan Xarkovda Azərbaycan Mədəniyyət İnformasiya Mərkəzinin rəsmi açılışını etdik. Niyə Xarkovda?

 

 

 

- Çünki, Xarkov tarixən Ukraynanın intellektual aktiv işgüzar mühiti ilə səçilən Ukraynanın keçmiş paytaxtı kimi, əhalinin sayına görə ikinci ən böyük şəhəridir. Burada müxtəlif millətlərdən olan insanlar yaşayır. Digər tərəfdən, bu şəhərdə güclü erməni ictimai birlikləri mövcüddur. Bundan başqa, burada ermənlərə məxsus kilsə mədəniyyət mərkəzi fəaliyyət göstərir. Biz qərar verdik ki, məhz bu kilsə mədəniyyət mərkəzinin yanında Azərbaycanın üç rəngli bayrağı dalğalansın. Sizin iştirakınızla Azərbaycan Mədəniyyət İnformasiya Mərkəzinin açılışı oldu, məhz həmin gün Azərbaycanımızın üç rəngli bayrağı yüksəklərə qaldırıldı. Onu da qeyd edim ki, bu layihənin həyata keçirilməsi şəhər rəhbərliyinin bizə verdiyi dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün təntənəli açılış mərasimində şəhər rəhbərliyi Xarkovun tanınmış simaları iştirak edir. Mədəniyyət Mərkəzinin əsas vəzifəsi Xarkovda yaşayan digər millətlər arasında Azərbaycanın qədim zəngin mədəniyyətinin Azərbaycan həqiqətlərinin tanıdılmasıdır.  Yeri gəlmişkən bu ilin dekabrın 24-də Kiyevin mərkəzində Azərbaycan Mədəniyyət İnformasiya Mərkəzinin açılışı olacaq. Hesab edirəm ki, bundan sonra Ukraynada yaşayan xalqlar Azərbaycanın qədim zəngin mədəniyyəti ilə daha yaxından tanış olacaqlar. Burada da fəaliyyətimizin əsas hissəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması olacaq.

 

-Azər müəllim, sizin Ukrayna mediasında da açıqlamalarınız Ermənistan tərəfini qıcıqlandırmağa başlayıb. Bu barədə deyə bilərsiz?

 

 

 

- Səfirliyimiz tərəfindən Azərbaycan həqiqətləri barədə Ukraynanın KİV-ləri ilə çox fəal şəkildə təbliğat işləri aparılır. Ukrayna mediası ilə son üç il ərzində çox sıx əməkdaşlıq edirik mütəmadi olaraq bu ölkənin mediasında məqalələr dərc edirik. Ermənistanın diplomatik missiyasından fərqli olaraq təbliğat sahəsində diplomatik missiyamız daha çevik səmərəli işlər aparır. Ukraynanın nüfuzlu təhsil ocaqlarında, milli maraqlarımıza uyğun olaraq müxtəlif mövzülarda mühazirələr oxunulur, silsilə tədbirlər təşkil edilir. Əldə etdiyimiz məlumata əsasən, Ermənistanın Ukraynadakı səfirliyi bizim fəaliyyətimizə tab gətirə bilməsi üçün səfirliklərinin ştat vahidini resurs imkanlarını genişləndirmək niyyətindədir bu istiqamətdə müvafiq işlər aparır.

 

-Siz hesab edirsiz ki, Azərbaycanın Ukraynadakı diplomatik missiyasının fəaliyyəti Ermənistanın Ukraynadakı səfirliyindən üstündür?

 

-Əminliklə demək olar ki, Azərbaycanın Ukraynadakı diplomatik missiyasının fəaliyyəti Ermənistanın Ukraynadakı səfirliyinin fəaliyyətindən daha üstün səmərəlidir. Bütün ölkələrdəki kimi, Ukraynada da çox güclü erməni diasporası mövcuddur onlar öz səfirliklərinə ənənəvi olaraq hərtərəfli dəstək olurlar. Onlar şəxsi münasibətlər zəmnində Ukraynanın tanınmış simaları siyasətçiləri ilə yaranmış münasibətlərindən istifadə edərək, sonradan həmin şəxslərlə öz səfirlikləri arasında dostluq əlaqələri yaradır bundan yararlanırlar. Bu baxımdan əminliklə deyə bilərəm ki, erməni diplomatlar öz diasporalarının aşırı himayəsinə ümidvar olaraq öz diplomatik fəaliyyətlərini bir qədər səmərəsiz məcrada aparırlar. Öz peşəkar fəaliyyət təcrübəmdən deyə bilərəm ki, peşakarlıq baxımıdan Ermənistan diplomatları istər beynəlxalq təşkilatlarda, istərsə ikitərəfli diplomatiyada bir çox hallarda bizim diplomatlardan geri qalırlar.

 

Xatırladaq ki, səfirdən müsahibə Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə, bir qrup yerli KİV nümayəndələrinin Xarkova səfəri çərçivəsində baş tutub. Səfərdə Unika.org sayıtının əməkdaşı Amid Əyyuboğluda iştirak edib.

 

Unikal.- 2019.- 16 noyabr.- S.19