Musiqili Teatr növbəti layihəsini Laçına ithaf edib

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bir-birinin ardınca maraqlı layihələrini uğurla davam etdirir.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yaradıcı heyətin tamaşaçılara təqdim etdiyi yeni layihə Laçın rayonunun işğaldan azad olunmasına həsr edilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin bədii rəhbərliyi ilə ərsəyə gələnLaçına ithafkompozisiyası artıq sosial şəbəkə izləyicilərinə təqdim olunub.

Kompozisiyada ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənovun (ANNA RF qrupu ilə) ifasındaAy Laçınxalq mahnısından tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli PənahqızınınLaçınşeirindən istifadə olunub. İdeya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Zakir Ağayev olan gözəl sənət işinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu operatoru Hikmət Şahverdizadə, quruluşçu rəssamı Vüsal Rəhimdir.

Teatrın istedadlı aktyorları, vokal ifaçılarıƏməkdar artist Səidə Şərifəliyeva, Mehriban Zaliyeva, Gültac Əlili, Aydan Həsənova, Səmədzadə Xasiyev, Əmrah Dadaşov Emin Zeynallının qəlbi ovsunlayan, məlahətli səsləri, balet artistləriİranə Kərimova Məhəmməd Abdullayevin təsirli performansı sanki bizi doğma yurd yerlərimizə səsləyir. Təqdimatın özündə elə beləcə qeyd olunur: “Yolumuz Laçınadır!”

Kollektiv üzvləriistər teatrın aktyor heyəti, istər xor, istərsə balet truppasının artistləri bundan sonrakı planlarını Şuşa, Laçın, Ağdam, Füzulidə digər doğma məkanlarımızda davam etdirmək arzusunda olduqlarını bildirdilər.

 

Unikal.- 2020.- 4 dekabr .S.21.