Vətəni yaşadanlar: “Çətin günlərdən keçdik” – “İrəli”nin sədri

 

Azərbaycanlıyam… Bu söz necə də qürurlu səslənir. Bu hissi yaşayan hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti, canını fəda edən oğulları var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı, yağılardan qoruyan güclü ordusu var.

 

Bu torpaqlar uğrunda canını fəda edən oğullarım, ölümü gözə alaraq son günə qədər döyüşən qardaşlarımız var. Onları heç zaman unutmamalı, unutdurmamalıyıq.

 

Modern.az saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.

 

Haqqında danışacağımız qəhrəman “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlıdır.

 

Onunla müsahibəni təqdim edirik.

 

-Şahin bəy, bizə həyat yolunuzdan qısa danışa bilərsiniz?

 

Şahin Rəhmanlı, 1991-ci ilin 26 sentyabr tarixində Biləsuvar rayonunda, müəllim ailəsində doğulmuşam. Orta məktəb və ali təhsil müddətində hər zaman dərslərimlə yanaşı, ictimai aktivliyimə də diqqət yetirmişəm. 2014-2015-ci illərdə həqiqi hərbi xidmətimi Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin tərkibində Əfqanıstan İslam Respublikasında NATO-nun Qətiyyətli Dəstək hərəkatı çərçivəsində keçmişəm. 2016-cı ildən “İrəli” İctimai Birliyində çalışıram və hazırda birliyin idarə heyətinin sədriyəm.

 

– İllər sonra Qarabağımızı geri aldığımız Vətən müharibəsinə könüllü olaraq getmisiniz?

 

– Bəli. Uşaqlıqdan vətənpərvər ailədə böyümüşəm. Məktəbimizin sinif otaqlarının əksəriyyətində məcburi köçkünlərin “yaşadığını” görəndə, həmişə soruşurduq, insan məktəbdə qalar? Niyə insanlarımız bu çətinlikdə yaşayırlar? – Onda verilən cavablar bizi Qarabağa daha da yaxınlaşdırırdı. Verdiyimiz şəhidləri xatırlayanda, bizə qarşı törədilmiş qırğınları xatırlayanda, Xocalını xatırlayanda, əgər “irəli!” əmri verilərsə, “mən də o sıralarda olmaq istəyirəm” fikri keçirdi qəlbimizdən. Elə buna görədir ki, Vətən müharibəsinin başladığı ilk günlərdən, heç tərəddüd etmədən mən də döyüşlərə qatıldım.

 

– Qarabağın bizə görmək qismət olmayan hansı ərazilərində döyüşmüsünüz?

 

Füzuli, Cəbrayıl, Xocavənd ərazilərində olduq, həmçinin, Qubadlı və Şuşa istiqamətində gedən döyüşlərdə də aktiv şəkildə iştirak etdik. Bir az əvvəldə qeyd etdiyim kimi, artileriyada olduğumuz üçün məsafə buna imkan verirdi. Həmin əraziləri gəzdikcə, insanın ürəyi parçalanır. Kəndlər, qəsəbələr, hətta şəhərlər də xaraba qoyulub, dağıdılıb. Füzuli rayonunun mərkəzi hissəsinə baxdıqca, adama elə gəlir ki, min illərdir insan üzünə həsrət qalıb torpaqlar. Bu bir daha onu sübut edir ki, düşmən özü də qəbul edib ki, bu torpaqlar ona aid deyil.

 

– Çətin olduğunu anlayıram, amma istərdim ki, azca da olsa, orada keçən bir gününüzü bizə təsvir edəsiniz. Sadə vətəndaş əsgərin, zabitin müharibə zamanı nələr ilə üzləşdiyini təsəvvürünə gətirsin.

 

– Dövlət başçımızın dediyi kimi, bu döyüşlər bizim üçün Milli Qürur məsələsi idi. Ona görə də həmin anlarda heç bir çətinlik görmürdük. İndi bütün yaşadıqlarımızı yuxu kimi xatırlayıram. Həqiqətən çətin günlərdən keçdik, bəzən yuxusuz, bəzən yorğun, bəzən yaralanmış yoldaşlarına görə narahatlıq hissiAncaq çox şükürlər olsun ki, həm ordumuzun gücü, həm cənab Ali Baş Komandanın güclü iradəsi, həm də xalqımızın hər bir nümayəndəsinin dəstəyi və qayğısı ilə həmin çətinliklərin öhdəsindən mərdliklə gəldik. Cənab Prezident hər dəfə işğaldan azad etdiyimiz yerləri açıqlayanda, düşməni siyasi müstəvidə əzəndə ifadə etdiyi o məşhur kəlamlar hər bir əsgərin üzündə sevinc hissi yaradırdı. O sevinc ki, bütün çətinlikləri gözümüzdə heçə endirirbizi illərdir həsrətində olduğumuz, şəhidlərimizin qanı ilə yoğrulmuş torpaqlara daha da yeyin irəliləməyə çağırırdı.

 

– Hər an ölümlə üzbəüz idiz. Həmin anlarda ilkdüşünürdünüz – ailə, uşaq, ev….

 

– Yalnız Qələbəni! qalib əsgər kimi evə qayıdanda ailəmizin, dostlarımızın və bütün soydaşlarımızın üzündəki o qürur ifadəsini görməyi. Çünki çox yaxşı bilirdik ki, ən böyük rahatlıq torpaqlarımız azad olunandan sonra olacaq.

 

– Şükürlər olsun, müharibədən sağ-salamat döndünüz. Geri qayıdan zaman hansısa cəbhə yoldaşınızın ailəsinə çatdırdığınız bir söz oldumu?

 

– Əlbəttə, ilk növbədə salamlarını və yaxşı olduqlarını çatdırdım. Və ən önəmlisi Qələbə xəbərini bir də onların dilindən səsləndirdim.

 

– 10 noyabr Qələbə xəbərini cəbhədə aldınız. Bu şad xəbəri cəbhə yoldaşlarınızla necə qeyd etdiniz?

 

– Həmin gecə yatmamışdıq. Qızğın döyüşlər gedirdi. Xəbəri alanda hər kəsin sevinci dağ boyda idi. Düşmənin bir qorxaq kimi qaçmasını bilmək, növbəti torpaqların bir güllə belə atılmadan azad olunacağı xəbərini almaq möhtəşəm idi. Demək olar ki, həmin gecə səhərə kimi yatmadıq döyüşlərin əvvəlindən keçdiyimiz günləri xatırladıq.

 

Çiyin-çiyinə döyüşdüyünüz silahdaşlarınızdan şəhid olanların ailələrinə demək istəyirsiniz?

 

– Allah bütün şəhidlərimizi rəhmət eləsin. Onları əsl vətənpərvər kimi yetişdirən valideynlərin əllərindən öpürəm. Qoy onlar bilsin ki, bütün xalqımız şəhidlərimizə borcludur. Onların sayəsində bu gün biz azadıq, güclüyük. Qoy onlar bilsinlər ki, döyüş meydanında olan hər birimiz bu müqəddəs məqama yüksəlməyə can atırdıq. Qoy onlar bilsinlər ki, övladları ölümləri ilə bir ölümsüzlük qazandılar! Xalqın, millətin qəlbində əbədi yaşayacaqlar!

 

Bəs müharibə dövründə bir yumruq altında birləşdiyiniz döyüş yoldaşlarınıza bu gün Vətənin keşiyində duran əsgərlərimizə deyərdiniz?

 

Möhkəm olun! Siz müzəffər bir ordunun əsgərisiniz! Başınızı dik tutun! Siz şəhidlərimizin qisasını aldınız! Siz Xocalının qisasını aldınız! Siz bir daha sübut etdiniz ki, yumruq kimi birləşib o yumruğu düşmənin başına endirə bilən bir xalqın nümayəndəsisiniz.

 

İnşallah, sağ-salamat xidmətinizi başa vurun qayıdın, sonra bu möhtəşəm qələbəmiz haqqında uzun illər danşacağıq!

 

– Son olaraq, əgər müharibəni bir cümlə ilə ifadə edin deyilsə, deyərdiniz?

 

Fikrimi şairin sözləri ilə ifadə etmək istəyirəm:

 

Millətin qəlbində yer etməz kədər,

 

Əsrlər dəyişər, sənələr keçər.

 

qədər qaranlıq olsa gecələr,

 

Mümkünmü sonunda sabah olmasın?!

 

Şükürlər olsun ki, biz həmin sabahdayıq!

 

 

Fidan İlqarqızı

Unikal.- 2020.- 18 dekabr. S. 9.