Pənahəli xanın erməni
vandallığından nəsibini alan Şahbulaq qalası - REPORTAJ
Əməkdaşlarımız
həmin ərazilərindən “Zəfərin izi
ilə” rubrikası altında silsilə reportajlar
hazırlayıb. Bu silsilədən
növbəti reportajı təqdim edirik:
Bu da Şahbulaq kəndi... Şahbulaqda Qarabağ xanı Pənahəli xanın 1751-1752-ci illərdə inşa etdirdiyi qala yerləşir. Kəndin də, qalanın adı yaxınlığındakı gursulu bulağın adından götürülüb.
Ermənilər Qarabağın guya onların qədim torpaqları olduğunu sübut etmək üçün burada genişmiqyaslı qazıntılar başlatmış və guya qədim Tiqranakert şəhərinin qalıqlarını aşkar etmişdilər. Buna görə də bu ərazilər ermənilər üçün çox önəmli sayılırdı. Bu üzdən Şahbulağa pul xərcləməkdə xəsislik etmirdilər, tikib-düzəldirlər. Bəs necə, bura gələn xaricilərə nəsə göstərmək üçün şərait də yaratmalısan axı. Yolboyu gördüyümüz dağıntılardan sonra birdən qabağımıza dəmir torla hasarlı, şamlığın içində bir qala çıxır.
Qalanın başında Azərbaycan bayrağı dalğalanır...
Şahbulaq qalasında Azərbaycan bayrağı dalğalanır
2006-cı ildə Ermənistan Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası Şahbulaq yaylağına ezam edilib. Erməni alimləri burada aparılan qazıntıların nəticəsi olaraq iddia ediblər ki, guya “qədim erməni dövlətinin paytaxtlarından” biri olan Tiqranakert elə Şahbulaq yaylağında “gizlənibmiş”. Bundan sonra Şahbulaq qalasının qalıqları üzərində Tiqranakert muzeyini inşa ediblər. Təbii ki, Pənahəli xanın tikdirdiyi qalanın tarixiliyinə xələl gətirməklə...
Şahbulaq qalasından görüntü
Qalanın əsas divarlarından əsər-əlamət qalmayıb. Görünür, ermənilər muzeyi qəsdən qala divarlarının qalıqları üzərində inşa ediblər ki, tariximizi silsinlər. Lakin bir şeyi unudublar ki, onların sementlə-qumla silməyə çalışdıqları tarixi ordumuz silah gücünə bərpa edib.
Şahbulaq qalası
Əsas girişdən keçib
muzeyin həyətinə daxil
oluruq. Həyətin ortasında
hovuz, skamyalar, bir neçə ağac var. Hələ müharibənin qızğın
vaxtında erməni arxeoloqlar muzeydəki eksponatları, təbii ki, Şahbulaq ərazisində aparılan
qazıntılar zamanı
aşkar olunan materialları Ermənistana daşıyırdılar,
muzeyi talan edirdilər, gedərayaq da oğurluqlarından qalmırdılar.
Muzeyi gəzirik. Şahbulaqda arxeoloji
qazıntılar aparılması
ilə bağlı erməni və ingilis dillərində yazılı plakatlar, müxtəlif broşurlar,
etiketajlar, bilet kağızları, məlumat
lövhələri hara
gəldi atılıb,
eksponatların sərgiləndiyi
şüşə vitrinlərin,
ekspozisiya altlıqlarının,
kürsülərin çoxu
aşırılıb. Hər tərəf dağınıq
vəziyyətdədir. Yerdən tapdığımız etiketajların
üzərindəki yazılardan
məlum olur ki, eksponatlar çox qədim dövrlərə aid olub.
Qalanın bürclərindən baxanda
arxeoloji qazıntı
aparılan yerlərin
bəziləri aydın
görünür. Lakin hərbi
dillə desək oraların “təmiz” olub-olmadığına əmin
olmadığımız üçün
yaxınlaşmırıq. Qalanın aşağısında yerləşən
bulağa düşürük.
Kilsə,
yoxsa məscid?..
Bulağın qarşısındakı ağaclığa
daş döşənib,
park salınıb. Vaxtı ilə
azərbaycanlıların dincəldiyi
bu yerlərdə ermənilər özləri
üçün şərait
qurublarmış. Düz dağın
ətəyində, ağacların
içində tikili
var. Kilsəyə oxşayır.
Tikiliyə bitişik hovuz
var, qayaların, tikilinin altından qaynayan bulağın suyu hovuza dolur,
ordan digər hovuza keçir və irəlidəki çəmənliyin içi
ilə axıb düzə yayılır.
Hovuzlar yarıdağılmış vəziyyətdədi,
içini yosun basıb, görkəmi qarşısındakı parkın
gözəlliyi ilə
tərs mütənasibdir.
Kilsəyə oxşayan tikili Şahbulaq məscididir. Məscid qala
ilə eyni dövrdə Pənahəli
xan tərəfindən
inşa edilib. Bütövlükdə yerli əhəng
daşı ilə inşa edilmiş Şahbulaq məscidi üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir.
Eyvanın tağları mütənasib
qamətli bir cüt daş sütunlara söykənir.
Tavanı isə tağbənd
şəklində tamamlanır.
İbadət zalı kvadrat
şəkilli olduğundan
tavanı interyer tərəfdən günbəz
şəklində tamamlanıb,
bayır tərəfdən
isə günbəz üzərinə yeni örtük materialları
əlavə etməklə
dam örtüyü iki
yamaclı formaya salınıb. Bu da təbii suları
dərhal yanlara axmasına əlverişli
şərait yaratması
üçün olub.
Yəqin
tikilinin memarı inşa zamanı bölgədəki Alban abidələrinin
memarlığını əsas
götürüb.
Görünür, zahirən kilsəyə bənzədiyindən ermənilər
bu abidəyə toxunmayıblar. Əksinə məscidin divarlarındakı
oyuqlarda yandırılmış
şamların izi vardı. Bura gəlməmişdən qabaq oxuduğum mənbələrdə qeyd
olunurdu ki, Şahbulaq qalası yenidən inşa edilərək, kilsə kimi istifadə edilib. Çox güman ki,
məhz bu tikili nəzərdə tutulub. Çünki nə qalada,
nə də yaxınlıqda kilsəyə
rast gəldik. Elə kilsəyə bənzədiyi
üçün ermənilər
dağıtmayıb, içində
şam yandırıb,
dua ediblər, lakin mənə görə əslində növbəti dəfə tarixi saxtalaşdıraraq Şahbulaq məscidini erməni kilsəsinə çevirmək üçün
zəmin hazırlayırmışlar.
Bunlar mənim
fikirlərimdir. Lakin hörmətli alim Bayram Quliyev bir az fərqli fikirləşir:
“Şahbulaq Alban Məbədi
VI-VIII yüzilliklərə aiddir. Xristianlığın Azərbaycanın şimal hissəsində gec yayıldığını
nəzərə alsaq,
məbədin göz önündən kənarda
tikilməsi normal durumdur.
Çox güman ki, Səfəvilər zamanında da nəzərlərdən uzaq
qalan məbəd Qarabağ xanlığı
zamanında bir az dəyişikliyə
məruz qalıb, məbədə 3 tağlı
eyvan əlavə olunub. Lakin bu həmin abidənin məscid olduğunu söyləməyə
əsas vermir”.
Sakitlikdir. Düzü
adam buralardan
heç getmək istəmir. Düşünəndə
ki, belə füsunkar bir yer 30 il yaxın
müddətdə ermənilərin
əsarətində qalıb,
bu bulaqdan ermənilər su içib, bu ağacların altında dincəliblər, düzü,
məyus olmamaq mümkün deyil, amma bir təsəlli
də var ki, buralar yenidən
öz əvvəlki gözəlliyini qazanacaq, bu yerlərin həqiqi sahibləri təzədən bura gəzməyə gələcək,
burda dincələn uşaqların səs-küyü,
böyüklərin şirin
gülüşlərinə, xoş avazlarına qarışacaq.
Yolun solu ilə yanımız boyu bitib-tükənməyən
daş hasar uzanır. “Vaxtilə
Ağdam həbsxanası
olub”, - deyir bələdçimiz. Həbsxanadan sonra gələn iri istixananın isə bütün şüşələri sındırılıb.
Qızıl Kəngərlidə Ağdamın digər yerlərinə baxanda evlər salamatdır.
Həyət-bacalardan yetişmiş xurmalar
boylanır. Ermənilər Ağdamı təhvil verəndə Qızıl
Kəngərlidəki evlərin
çoxunu yandırıblar.
Ermənilər Şahbulaq kəndini
də viran ediblər
Kəndin içində ləngimədən
Qızıl Kəngərli
Türbəsi tərəfə
yollanırıq.
Bu da Qızıl
Kəngərli Türbəsi. Sapsarı otların
arasında tarixə və düşmənə
meydan oxuyurcasına dik dayanıb. Maşını saxlayıb aralıdanca
şəklini çəkirik.
Şahbulaq türbəsi
Türbə memarlıq üslubu baxımdan XIV əsrə aiddir. Əsas gövdəsi səkkiz
guşəlidir ki, bu, dövrün memarlıq ənənələrindən
qaynaqlanır, yuxarı
hissəsi isə konusvaridir. B. Quliyevin
fikrincə türbənin
bir sərdabənin üzərində inşa
olunduğunu ehtimal etmək olar: “Çünki XIII-XIV əsrlər
türbələri bu
formada inşa edilirdi. Qaynaqlarda türbənin kimə
aid olması göstərilmədiyi
üçün dəqiq
bir şey söyləmək mümkün
deyil. Lakin o dövrdə İslamın
zəifləməsindən qaynaqlanan sufizmin geniş yayıldığını
da göz önündə tutaraq sufizmi yayan əsas
şeyxə aid olduğunu
ehtimal etmək olar. Çünki bu dövrdə
bütün türbələr
bu cür şeyxlər üçün
tikilərdi. Onlardan bəzilərinin
adı qaynaqlarda qalsa da, bir
çoxu haqqında məlumata rast gəlinmir”.
Şahbulaq türbəsi
Uzaqdan rus sülhməramlılarının yük maşını görünür. Siqnal verə-verə bizə
tərəf şütüyür,
yəni yoldan çıxın deyir.
Sürücümüz avtomobili yoldan
çıxarır, elə
biz də kənara çəkilirik. Yük maşını
yanımızdan keçib
sülhməramlıların nəzarətində olan yerə tərəf gedir. Maşın təpənin dalında yox olana kimi
arxasınca baxırıq...
Rusiya sülhməramlılarının avtomobili
Daha Qızıl
Kəngərlidə işimiz
qalmayıb, yekunlaşdırıb
qayıdırıq. Yolumuz Abdal
Gülablıyadır. Səxavət Məmmədovun
qəbrini ziyarətə
gedirik…
Unikal.- 2020.- 25 dekabr .S.
20.