Rəsm əsərlərindəki
SİRLİ MƏQAMLAR
Yəqin ki,
çox az adam məşhur rəsm əsərlərinin
böyük sirlərinin olduğunu bilir. Bu
yazıda sənət əsərlərinin
araşdırılması nəticəsində əldə
edilən müdhiş tapıntılar cəmləşib —
«Mona Liza»nın gülüşü, Rembrandtın tənbəl
gözü və sairə. Məşhur rəssamlar və
tablolarıyla əlaqədar 6 maraqlı kəşfi
oxucuların diqqətinə çatdırırıq.
Sol yanağın SİRRİ
Əksər,
bəlkə də portret janrında çəkilən rəsm
əsərlərinin yarıdan çoxunda müəlliflər
öz qəhrəmanlarını sifətlərinin sağ tərəfə
əyilmiş və sol yanağı görünmüş
halda təsvir edirlər. Bu nə ilə bağlıdır? Bəlkə
beynimizin də qəribə halda sağ tərəfə meyllənməsinin
təsirindəndir?
İndiyə kimi çəkilən bütün təsviri sənətin hamısı göz önünə gətirilərsə, o zaman İsa peyğəmbərin çarmıxa çəkilmiş formada rəsmlərində də eyni formanı yada sala bilərik. 2000 il boyunca heç nə dəyişməyib: İsa həmişə üzü sağ tərəfə baxacaq və sol yanağı görünəcək.
Bu tərzdə portretlərin çəkilməsinin
sirri uzun müddət açılmamış qalıb. Ta ki, «The Tale of Dueling
Neurosurgeons»ın müəllifi Sam Kean bu faktı
araşdırana kimi. Əgər sifətin hansı tərəfinin
təsvir edildiyi təsadüfi təyin olsaydı,
qaleriyalardakı kolleksiyaları (təbii olaraq) üçdə
birinin sağa, üçdə birinin sola, yerdə qalanın isə qarşıya
baxdığını söyləmək lazım gələrdi.
Buna
baxmayaraq, araşdırmalar vəziyyətin fərqli
olduğunu göstərir: məlum olub ki, portret janrında
çəkilən əsərlərin təxminən 60 faizində
obyektin sol yanağı göstərilir və baş nisbətən
sağa meyllənib.
Yaxşı, bunun səbəbi nədir? Araşdırmalardan
aydın olub ki, sol tərəf hissləri daha aydın şəkildə
biruzə verir. Belə bir praktika keçirək: əsəbi
olduğumuz an güzgü
qarşısında dayanaq və əvvəl sifətimizin
sağ, daha sonra sol tərəfini örtək. Bu
zaman özünüz də təsdiq edəcəksiniz ki, sifətinizin
sol tərəfi daha əsəbi görsənir.
Təbii ki, keçmiş rəssamlar bu elmi
araşdırmadan xəbərsız olublar. Bəs o zaman
nədən onlar obyektlərinin sol sifətini təsvir ediblər?
Yəqin ki, bu, rəssamların həssaslığından
irəli gəlib. Şəkillərini
çəkəcəkləri modellərlə
qarşı-qarşıya oturduqda bu cür pozanın daha təsirli
olduğunu görə biliblər.
Mona Lizanın sirrli
GÜLÜŞÜ
Mona Liza o
qədər məşhur əsərdir ki, yəqin
özünüz də bu haqda sual etmisiniz: «Məşhurluğa
səbəb nədir? Şəxsiyyəti naməlum bir
qadının portretini bu qədər əhəmiyyətli edən
nə ola bilər?» Yalnız
rəsm sənətiylə yaxından maraqlananların
anlayacağı texniki detallar xaricində portretin belə məşhur
olmasının səbəbi Mona Lizanın sirrli üz ifadəsidir.
Portretə baxırıq, Mona Liza gülümsəyir. Bir az
diqqətlə baxdıqda isə onun heç də
gülümsəmədiyinin fərqində oluruq. Bu nə sirrdir? Düz 500 ildir ki,
Mona Liza bu sirri qoruyub saxlayır.
Gəlin
portretə birlikdə diqqət yetirək: ən əvvəl
buna baxaq — gülümsəyir, eləmi?
Yaxşı, o zaman Mona Lizanın güldüyü hissinə
necə qapılırıq? Harvardlı bir nerolog
Dr. Marqaret Livinqston Mona Lizanın ən əhəmiyyətli
sirrini açıb. Onun fikrincə, sirr
portretdə deyil, izləyicinin, yəni bizim gözümüzdə,
gözümüzün hərəkətliliyindədir.
Biz kiməsə baxanda ilk növbədə
baxışlarımızı onun gözlərinə dikirik. Baxış
bucağımızın təsiri altına onun bütün
sifəti də daxil olur və bizdə belə təəssürat
yaranır ki, portreti tam görürük. Yəni
gözləri, burunu, ağızı, yanaqları və sairə.
Bu zaman rəssamın rəsm əsərinə
verdiyi kölgələrin təsiri altında bizdə Mona
Lizanın gülümsəməsi effekti yaranır.
Baxılarımız Mona Lizanın ağzına dikildikdə
isə dodaqların xəttlərini sezə bilirik, kölgələrin
yalnız kölgə olduğunu anlayırıq və əslində
Mona Lizanın gülümsəmədiyi ortaya
çıxır.
«Qışqırıq»
Edvard Munkun «Qışqırıq» tablosu «müasir incəsənətin
simvolu və çağımızın Mona Lizası» kimi qəbul
edilir. Bir
çox yerdə qarşımıza çıxan bu əsər
yenicə sənətə başlayan gənc rəssamlar
üçün ilham qaynağı ola bilər.
Bəs bu əsərin sirri nədir, yaxud nədədir? Səma nə
üçün bu halda və əriməkdə olan şama bənzəyən bu adam niyə dəhşət
içində?
Bu dəfə sualların cavabları
açıqdır. Çünki Munk bunları öz gündəliyində
yazıb: «İki dostumla birlikdə yol gedirdim; bu zaman günəş
batdı, bir anda səma qıpqırmızı rəngə
boyandı və üzərimə dərin bir hüzn
çökdü. Qorxuya yas tutmuş şəkildə
tərpənmədən dayanır, özümü çox əldən
düşmüş hiss edirdim; qan-qırmızı buludlar və
atəşdən tutulan mavi-qara fiord (ensiz, dərin,
yamacları dik və qayalıq dəniz körfəzi — red.).
Yoldaşlarım yola davam etdilər, mən tək
başıma bu hisslərin qoynunda titrəyərək orada
dayandım. O an mən təbiətin nəhəng və
nəhayətsiz qışqırığını
eşitdim».
Bu da Munkin tablosunun bir günəş batımından
ilhamlanaraq verdiyi mənası.
Əlbəttə ki, əksəriyyətimiz
üçün rəssamın gündəliyində qeyd
olunanlar o qədər də yetərli deyil. Sual yarana bilər
ki, sadə bir gün batımı, onun yaratdığı
effekt rəssamda nə üçün belə təəssürat
yaratsın ki?!
Bu tablonun sirrini öyrənmək üçün onun
fırçaya alınmasının tarixini, eləcə də
rəssamın vərdişlərini incələməyimiz
şərtdir.
Bəllidir ki, Munk illər əvvəl
yaşanmış hadisələrdən ilham alaraq öz
tablolarını yaradırdı və
«Qışqırıq» tablosunun da daxil olduğu «Həyatın
frizi» («The frieze of Life») seriyasını araşdıran tədqiqatçıların
qarşısına bu tarix çıxır: 1884.
Sözsüz ki, çoxumuz bilmirik ki, 27 Avqust 1883-cü
ildə dünyada ən böyük vulkan partlayışı
baş verib. Bu İndoneziyadakı «Krakatoa» vulkanının
ardıcıl olaraq daşması o dərəcə
sarsıdıcı və güclü idi ki, atmosfer tempraturunun
1 dərəcə aşağı düşməsinə səbəb
olmuşdu. Həmin zaman vulkanın səmaya
püskürtdüyü toz və kül yer kürəsinin hər
tərəfinə dağılmış, bu da günəş
batarkən səmada qeyri-adi görüntü effektinin
yaranmasına səbəb olurdu. 1883-cü
ilin sonuna qədər bu toz və kül İndoneziyadan
Norveçə qədər gedib çatmış və Munkə
«Qışqırıq» üçün ilham qaynağı
olmuşdu.
Vitruvius Adamı
«Vitruvius Adamı» Leonardo Da Vinçinin ən məşhur
əsərlərindən biridir. Leonardo bu eskizi
romalı memar Vitruviusun «Nisbətlər» qaydasına uyğun
olaraq çəkməyə çalışıb.
İdeal kişi bədəninin necə
görünməsinin riyazi yolla təsvir edilməsi ilə
yanaşı Vitruvius eyni zamanda bu qaydaların inşa olunan
tikililərə, abidələrə də tətbiq
olunmasının lazımlığını müdafiə
edirdi. Əksər rəssamlar Vitruviusun
qaydalarını rəsm əsərinə çevirməyə
çalışıb, amma Vitruviusun «Fiziki kamillik»
adlandırdığı ideyaya ən yaxın olanı
Leonardonun düşündüyü bu versiyası hesab olunur.
Ancaq,
tibbi tədqiqatçı Dr. Huta Ashrafian bu 500 illik
eskizin mükəmməlliyilə ziddiyyət təşkil edən
bir şeyin fərqinə varıb: Vitruvius adamının
penisinin yuxarısında
qabarıqlıq gözə dəyir. Həkimin diaqnozuna
görə, Leonardoya bu eskiz üçün modellik edən adam «İnguinal Herne» («qasıq
yırtığı») xəstəsi olub. Müasir
dövrümüzdə kişilərin üçdə biri,
qadınların isə cəmi 3 faizi həyatlarında belə
bir narahatlıqla qarşılaşırlar. Leonardonun bu şəkil üçün istifadə
etdiyi modelin canlı, yaxud ölü olduğu bilinmir. Ashrafiana görə, əgər
model ölü olubsa, bəlkə buna qasıq
yırtığı səbəb olub (o dövrlərdə
müalicə edilmidir). Əgər model
canlı olubsa, çox ehtimal Leonardoya bu şəkil
üçün ilham verdikdən qısa müddət sonra həyatını
itirib.
Mikelancelonun Gizli Xəstəliyi
Rafaellonun
«Afina Məktəbi», bütün zamanların ən məşhur
fresklerinden biri sayılır. Vatikanda Papanın
kitabxanasının divarını bəzəyən freskdə
antik dünyanın ən böyük filosofları təsvir
olunur. Rafaello, əlbəttə «agora»da gəzişən
bu filosofların necə göründüyünü bilmirdi, o
da İntibah ənənəsinə uyğun olaraq
yoldaşlarını model alaraq istifadə edib. Rafaello bu məşhur freskini çəkərkən
Mikelancelo da Sikstin kapellasının tavanında
çalışırdı. Həmin zaman
Mikelancelo rəssam yoldaşına Efesli Herakliti yaratmaq
üçün model olub.
Maraqlıdır
ki, 500 il yaşı olan bu sənət
incisinin də özünə görə sirri var. Bu sirri Dr.
Carlos Hugo Espinel ortaya çıxarıb. Onun tədqiqatlarının
nəticəsinə görə, Mikelancelodan ilhamlanaraq
yaradılan Heraklit obrazının qəribə bir şəkildə
sümükləri çıxmış olan dizləri onun
«gut» (sümük xəstəliyi — red.) xəstəliyindən
əziyyət çəkdiyini göstərir.
Bəlkə də kimsə bu araşdırma nəticəsini
ciddiyə almaya bilər. Amma heç kimə sirr deyil ki, Mikelancelo
öz sənətinin düşkünü olub və fövqəlbəşər
bir sənətçi olma ehtirasıyla bəslənməyə
o qədər də diqqət göstərməyib. Uzun
iş prosesində yalnız bir tikə çörək yeməklə
və şərab içməklə kifayətlənib. O da məlumdur
ki, «gut» xəstəliyini yaradan səbəblərdən biri o
zaman şərabların saxlanıldığı saxsı
qablar olub və Mikelancelonun da həmin saxsı qablarda
saxlanılan şərabdan içməsi onun sümük xəstəliyini
artırıb. Eyni zamanda sidik kisəsi və
böyrəkləri ilə əlaqədar problemlərindən
şikayətləndiyi gündəlikləri də bu
ehtimalı gücləndirir.
Rembrandtın Gözləri
Rembrandtın sənətə verdiyi töhfələri
yaşadığı və işlədiyi dövrün
«Hollandiyanın Qızıl Çağı» olaraq
xatırlanmasına səbəb olub.
Məşhur rəssam özündən sonra təəccüblü
dərəcədə çox saylı avtoportret qoyub. Əgər bu avtoportretlərin
həqiqətəuyğunluğunu fərz etsək, onda
Rembrandtın ilk baxışda böyük bir rəssam
halına gəlməsinə mane kimi görünə, bu yolda əslində
irəliləməsinə səbəb olmuş bir fiziki
xüsusiyyəti gözə dəyə bilər: göz tənbəlliyi.
Mona
Lizanın gülüşünün sirrini tapmış Dr. Marqaret Livinqston Rembrandtın avtoportretinin biri
xaricində digərlərinin hamısında gözlərin fərqli
istiqamətlərə baxdığını kəşf edib.
Və bunun təsadüf olmasını tədqiqatçı
qətiyyətlə rədd edir. Çünki
çəkdiyi digər portretlərdəki gözlərdə
belə bir şeyə rast gəlinmir. Yaxşı
bu nə anlamı verir?
Tədqiqatçı hesab edir ki, adi insanlardan fərqli
olaraq Rembrandt dünyanı ikiölçülü görmə
qabiliyyətinə malik olub və inanılmaz bədii qabiliyyətinin
inkişaf etməsi fiziki qüsurunun
yaradıcılığına sızmasına səbəb
olub. Çəplik və ya Akçıl göz bəbəyi
problemindən əziyyət çəkən insanların
beyni gözdəki problemdən dolayı məlumatı
üç ölçülü deyil,
ikiölçülü qəbul edir.
«Stereo/ üç ölçülü korluq»
ümumiyyətlə erkən yaşlarda özünü
göstərməyə başlayır. Görünür, Rembrandtda
da bu xəstəlik çox kiçik yaşdan
başlayıb. Aparılan araşdırmalar göstərir ki,
belə xəstəlik tək məşhur rəssamda deyil, digər
rəssam həmkarlarında müşahidə edilib. / ann.az
Unikal.- 2020.- 25 dekabr. S.21.