...Qəlblərə qəhrəmanlığı ilə yol tapmış Vətən oğlu...

 

Zaqatalalı şəhid Orxan Cumayev yeni şanlı tarixə iz qoydu...

 

...Orxan handan-hana şok vəziyyətindən ayılıb, gözlərinin qapaqlarını çox çətinliklə açdı. Ətrafında xalatlı həkimləri görəndə duruxdu və təəccüblə, nazik səslə: “mən hardayam, bəs mənim döyüşçü dostlarım hanı?..” dedi və başından aldığı qəlpə yarasının ağrılarından başını qaldırmaq istəsə də bacarmadı.

 

Həkim və tibb bacıları yenidən onun başına toplaşaraq, Orxanın vəziyyətinin sabitləşməsi üçün vacib olan pressedurları həyata keçirdilər. Bir neçə gün Mingəçevir şəhər Hərbi Hospitalının sağlamlıq keçikçiləri bu gənc hərbçimizin tezliklə sağalıb, cəbhə xəttinə qayıtması üçün canla-başla, yuxusuz qalaraq, əllərindən gələni əsirgəmədilər. Çünki ağır yaralı hərbi qulluqçumuz olan Orxan balamız tezliklə sağalıb, yenidən cəbhəyə, döyüşçü yoldaşlarının yanına qayıtmaq istəyini təkrar-təkrar tibb işçilərinə bildirirdi. Məlum oldu ki, o, Tərtər rayonu ərazisində gedən şiddətli döyüşlərdə düşmənin atdığı mərmilərin partlaması nəticəsində baş nahiyyəsindən, qollarından və ayaqlarından ağır yaralanıb. Güclü stress keçirən, çoxlu qan itirən Orxanı koma vəziyyətində Mingəçevir şəhərinə, Mərkəzi Xəstəxana Hospitalına gətirmişdilər və həkimlərin səyi nəticəsində hərbi qulluqçu Orxan Fətəli oğlu Cumayev 10 gün ərzində sağalmış və yenidən döyüşlərə qatılmışdı. Erməni dşığalarını məhv edib, torpaqlarımızı, Vətənimizi, Qarabağımızı azad etmək üçün ilk döyüşlərdə yaralanan, qəhrəmanlıqla həlak olan döyüşçü hərbçilərin qisasını almaq üçün qayıtmışdı – Orxan...

 

Bu, Azərbaycanımızın vətənpərvər, mərd oğlu, Zaqatalanın igid balası, həqiqi hərbi xidmətdən sonra müqavilə əsasında Milli Ordumuzda xidmətini əlavə olaraq xidmətini davam etdirən Orxanın İkinci Vətən Savaşındakı ilk epizodlardan biri idi. Artıq əbədiyyətə, şəhadətə qovuşan Orxan Fətəli oğlu Cumayevin...

 

...Həqiqətən də, rəsmi məlumatlara görə, bu mürəkkəb müharibədə haqq dünyasına qovuşan 2783 Vətən fədaisi, elə bil sayılıb-seçilən Azərbaycan oğulları olublar. Onların hər birində yüksək insanlıq dəyərləri, cəfakeşlik, ailəsinə, valideynlərinə, övladlarına, əzizlərinə möhkəm bağlılıq olub. İlk növbədə isə Vətənsevərlik, düşmənə həddindən artıq nifrət... Orxan Cumayev də məhz müharibənin qələbəmizlə başa çatmasında, düşmənin həyasızcasına, xəyanətlə zəbt etdikləri torpaqlarımızın, şəhər, qəsəbə, kənd yerlərinin və digər mühüm mövqelərimizin azad edilməsində odun-alovun içinə atanlardan, düşmənə aman verməyən, döyüşlərdə öndə gedən hərbi qulluqçulardan olub. Sağ qalsaydı... Zəfər bayramını, Qələbə gününü, Qələbə paradını qeyd edərdi Orxan.

 

...Məktəb illərindən çox məsuliyyətli, çox tələbkar, mürəkkəb olan hərbiçi olmağı arzulayan, orta məktəbi bitirdikdən sonra bu arzusunu gerçəkləşdirən el oğlumuz orxan Fətəli oğlu Cumayev çox yaxşı başa düşürdü ki, onu qarşıda çox böyük imtahan gözləyir - Azərbaycanımızın, doğma Vətənimizin işğal altında olan torpaqlarımızı hiyləgər düşməndən təmizləmək. Əlbəttəə ki, yurdumuzun Qarabağ məkanı ermənilər tərəfindən xaincəsinə, namərdcəsinə zəbt ediləndə Orxan hələ dünyaya gəlməmişdi.

 

Ancaq uşaq yaşlarından babaları, nənələri, valideynləri və sevimli müəllimləri ona Qarabağın Azərbaycanımızın ayrılmaz hissəsi olduğunu və vətənpərvərliyi aşılamışdı...

 

Növbəti yazımın qəhrəmanı şəhid, gənc hərbi qulluqçu Orxan Cumayev 2000 –ci ilin 14 yanvar tarixində odlar yurdumuzun dilbər güşəsi, neçə-neçə üsyanların şahidi, qədim Zaqatala şəhərində dünyaya göz açmışdı. Bir bacı, bir qardaş idilər: FatmaOrxan. Fatma bacısı ailənin böyük övladıdır – 1993 – il təvəllüdlüdür. O, Rahilə xanımın və Fətəli bəyin ailəsində böyüyüb, ərsəyə çatmışdı. Zəhmətkeş ailənin çox ağıllı, mülayim xasiyyətli, xoş davranışı, təmiz ürəyi, böyüyə böyük kimi, kiçiyə kiçik kimi münasibət bəsləyən, hörmət edən bir insan idiOrxan. Nənə və babalarını çox sevirdi. O, bir görəndə böyüklərdən məsləhət alardı. Çoxlu dostları vardı, hamısı da özü kimi sadə və sözü bütöv oğlanlar – Vətəni sevənlər.

 

Bildirdiyimiz kimi daima nəslinin, ailəsinin, dərs dediyi müəllimlərinin və ən çox sevdiyi dostlarının adını uca tutmağa çalışan Orxanöz arzusu ilə seçdiyi hərbi xidmətdə də özünü qeyrətli oğul kimi doğrultdu. Anası Rahilə xanım qeyd etdi ki, oğlunu fikrindən döndərə bilmədi. Dedim ki: “get, sağsalamat, öz müqəddəs hərbi xidməti borcunu layiqincə yerinə yetir, səbrsizliklə sənin yolunu gözləyirik. Bilirəm ki, hərbçi olmaq istəyirsən, gözəl niyyətin var, amma... Unutma ki, düşmən ac canavar kimi dişlərini qıcayıb, növbəti təxribatlar törətməyə hazırlaşır, birdən müharibə başlayar, axı biz səndın nigaran qalacağıq...” Əziz oğlum isə cavabında belə demişdi: “Ana, narahat olma, tərəddüd etmə, nigaran qalma, mən Sizin hamınızı çox sevirəm, dünyalar qədər... Ancaq əsl oğul Vətənin dar günündə onu ayıq və sayıq qorumalıdır və hətta uğrunda canından da keçməlidir. Bu bizim müqəddəs borcumuzdur. Axı, nə vaxtsa o qudurğan düşməni torpaqlarımızdan qovmalıyıq, zaman çatıb – Ana!

 

Orxan bu sözləri hələ əsgərliyə yola düşəndə söyləmişdi. Sanki o hiss etmişdi ki, bir hərbçi kimi İkinci Vətən Savaşında iştirak edəcək. Atası Fətəli bəy isə söyləyir ki, “2018 –ci ilin yanvar ayında oğlu Orxanı Milli Ordu sıralarına həqiqi hərbi xidmətə yola salıblar. 3 ay Goranboy rayonunun Ağca kənd kəndində yerləşən “N” saylı hərbi hissədə ilk tədris hərbi-taktik təlimlər keçdikdən sonra Orxan Tərtər rayonunun Borsunlu kəndində yerləşən, ermənilərə lap yaxın məsafədə yerləşən hərbi mövqelərimizdə, yəni postlarda xidmətini davam etdirib”. Oğlum deyirmiş ki, atəşkəsi vaxtaşırı pozan düşmən müxtəlif silahlardan mövqelərimizi atəşə tutur, təxribat törətmək istəyirdilər. Azərbaycan hərbçiləri isə çox cəsarətlə onların hücuma keçmək cəhdlərinin qarşısını alırdılar və düşməni susdururdular. Bunları da şəhid atası əlavə etdi.

 

Fətəli kişinin sözlərinə görə, yaxşı hərbi xidmətinə görə oğlu Orxana dəfələrlə komandirlər tərəfindən təşəkkürnamə elan edilibbölük komandiri təyin edilib. Orxan Cumayev Milli Orduda, ön cəbhə xəttində hərbi xidmətini ləyaqətlə, mətinliklə yerinə yetirməklə yanaşı, bütün sınaqlardan, təlimlərdən üzüağ çıxdı. O, xidməti dövründə komandirlərin hər bir tapşırıqlarını vicdanla yerinə yetirən, cəsarətlə mənfur düşmənin bir-iki addımlığında olan postlarımızı ayıq-sayıq qoruyan, etibarlı və Vətən cəfakeşi olan hərbçi, kiçik komandir kimi yetişdi. Özünün inadkarlığı, hərbi anda sadiq olması sayəsində Orxanın həqiqi hərbi xidməti 2019 –cu ilin iyun ayında başa çatdı. əzizlərinin yanına gəlincə, əvvəl o, xidmətdən əlavə hərbi qulluqçu kimi hərbi hissədə qalıb işləmək üçün 3 illik müqavilə bağladı. Müqavilənin şərtlərini əsl hərbçi kimi yerinə yetirəcəyinə söz verdi...

 

Nəvəm Orxan 15 günlük məzuniyyətə gələndə, ondan ayrıla bilmirdim, elə bil dünyaları bağışlamışdılar mənə. Sanki böyümüşdü, hərbi geyimi necə də yaraşırdı ona. Daha da ciddiləşmişdi, böyümüşdü, atdığı addımlar və etdiyi söhbətlərə çox diqqət edirdi. Bəzən də çox narahat görünürdü – deyə Orxanın sevimli nənəsi olmuş – Anaxanım Cumayeva söhbıtimizə qoşuldu. Onu həyəcansız dinləmək mümkün deyildi. Gah ağlayır, gah danışır, gah da qəhər onu boğurdu. Nənə çox niskilli idi – söhbətini davam etdirərək dedi: “Altı nəvəmin hamısı mənim üçün əzizdir, onları seçmirəm. Ancaq Orxanı çox istəməyə vadar edən cəhətlər və səbəblər çox idi onda. Məzuniyyətə gələndə baba yurduna gələr, ürəyi nə istəyərsə bişirib verərdim və əzizləyərdim. Çox narahat görünürdü. Bircəciyi olan bacısı Fatmadan ayrıla bilmirdi. Çünki hər iki nəvəm mülayim xasiyyətli, tərbiyəli, gözütox, hər cür çətinliklərə dözən olublar. Məzuniyyətin başa çatmasına bir neçə gün qalanda ona dedim ki: “getmə Orxan hərbiyə, qal burda, sənin istədiyin yerdə işləyərsən, axi biz səndən ötrü darıxacağıq, bizi gözü yolda qoyma...”

 

Başımı sığallaya-sığallaya: “mənim əziz nənəm, özünüz də yaxşı bilirsiniz ki, mən hərbi xidmətimi davam etdirmək üçün and içmişəm, müqavilə bağlamışam, anda sadiq hərbçiyəm. Nənə, unutma ki, doğma Vətənimizin üzərindən hələ qara buludlar çəkilməyib, mən bu günlər hərbiyə gərəyəm, ehtiyac var. Unutmayın ki, Qarabağımız, o gözəl Fərrux dağı, Ballı qaya, Murov dağı yüksəklikləri, o gözəl dərələr düşmənin işğalı altındadır. Hər an düşmən təxribat törədə bilər, cəbhəboyu rayonlarda insanlar səksəkə, təhlükə içində yaşayırlar. Vicdanlı bir hərbçi kimi torpaqlarımızın azadılığı uğrunda mübarizə aparmaq, digər hərbçilərtək nəvəniz Orxanın, yəni mənim də müqəddəs borcumuzdur” – dedi.

 

Nənənin sözlərinə görə, məzuniyyətdən qayıtmağa bir gün qalmış Orxanın ən çox xoşladığı “ləpəli kələm dolması”nı bişirib, Orxan bu yeməyi iştaha ilə yeyib...

 

2018 –ci ilin iyul ayından yenidən ön cəbhə xəttindəki hərbi hissəyə qayıdan MAHHXQ çavuş Orxan Cumayev vicdanla andına sadiq xidmətini davam etdirib. Düşmənlə üzbəüz mövqelərdə rəhbərlik etdiyi bölüklə vəzifəsini müvəffəqiyyətlə davam etdirməklə yanaşı, hərbi təlimlərdə də iştirak edib. Çünki hər an hərbi münaqişə gözlənilirdi, necə deyərlər, “bıçaq sümüyə dirənmişdi”...

 

Qeyd edək ki, böyük ruh yüksəkliyi, Vətən sevgisi ilə xidmət edən Orxan Cumayev digər hərbçilərlə ilk dəfə düşmənin Tovuz rayonu ərazisində təxribatının qarşısının alınmasında iştirak edərək, tapşırıqları fədakarlıqla yerinə yetirib.

 

...Son günlər Orxanın ailə üzvləri ilə telefon əlaqəsi saxlamasında fasilələr yaranmışdı. Buna görə də, onun valideynləri, bacısı Fatma, dostları, qohum-əqrabası çox narahat-nigaran idilər. Ən çox narahat olan isə yuxusu ərşə qalxan Anaxanım nənə idi. “Görəsən Orxan balamaolub, niyə bizimlə əlaqə yaratmır, nəvəmin başına nə gəlib?..” – deyə fikirləşirdi. Axı, sentyabr ayının 27 –dən sonra Orxanın da döyüş meydanında düşmənə qarşı vuruşduqları barədə məlumatlı idi ailəsi.

 

İlk döyüş günlərində eloğlumuzun bölüyü cəbhənin ən mürəkkəb şəraiti olan, düşmənin azğınlaşdığı, mövqelərini tərk etmədikləri Tərtər, GoranboyNaftalan ərazilərində ölüm-dirim mübarizəsi aparırdılar. Həmin vaxtlar düşmən Fərrux və Murov dağın yüksəkliklərindən həm döyüşçülərimizə, həm də mülki vətəndaşlarımızın üstünə yağış kimi mərmilər yağdırırdı...

 

Nənəsinin dediklərindən: “Nəhayət, bir gün evimizə zəng gəldi. Hərbi Hospitalın həkimlərindən biri idi. Dedi ki, Siz nigaran olmayın. Orxan hospitaldadır, səhhəti yaxşıdır. Öyrəndik ki, Orxan Murov dağı istiqamətində gedən döyüşlərdə düşmənin attığıOradnəticəsində baş nahiyyəsindən qəlpə yarası alıb. Həmin zaman 2 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Anası bacısı Mingəçevir şəhərindəki Hərbi hospitala nəvəmlə görüşməyə gediblər. Mən Orxan üçün bal göndərdim, ancaq ona qismət olmadı. Çünki onlara yaralı balamızla görüşməyə icazə vermədilər. 10 günlük müalicədən sonra o yenidən cəbhəyə qayıtdı...”

 

Hospitaldan qayıtdıqdan sonra daha şücaətlə, intiqam hissi ilə, qürurla, daha müdrikliklə döyüşlərə qatılan–MAHHXHQ çavuş Orxan Cumayev mərd döyüşçülərimizlə birlikdə Fərrux dağını, Ballı qayanı, Murov dağ silsiləsini mövqelərimizdən, Tərtər rayonunun bir sıra kəndlərinin Talış, Suqovuşanı, Hadrutu, Tığ kəndinin düşməndən azad olunmasında əsil fədakarlıq göstərir. Düşmənin başını əzərək, Azərbaycanın əbədi torpaqlarını qaytarırlar.

 

Orxan Cumayev sonuncu dəfə əzizləri ilə ölümündən 1 həftə əvvəl, döyüşə getməzdən qabaq zəng edib danışıb. Nənəsi deyir ki, səhər saat 630 –da mənimlə, sonra isə anası ilə danışdı. Deyirdi ki, hər bir xidmətləri öz qaydasında gedir, düşmənə layiqli cavab verirlər, hətta telefonda nənəsinə zarafatla deyib ki, “Deyəsən Budaq babamın (onun babası bir neçə ay əvvəl dünyasını dəyişmişdi. E.M.) yanına gedəcəyəm...” Anaxanım nənəsi deyir ki, son vaxtlar yuxusu ərşə çəkilmişdi, nəvəsinə görə narahatlıq keçirirdi...

 

Mərd, Vətən uğrunda hər an həlak olmağa hazır olan – MAHHXHQ çavuşu, bölük komandiri Orxanın şəhid olması xəbərini ilk eşidən nənəsi olub. Həmin gün, yenə noyabr ayının 2-də anası Rahilə xanım Bakıda qadın salonlarının birində çalışan qızı Fatmanın yanında idi...

 

Orxanın haqq dünyasına qovuşması xəbərini alan kimi təcili Zaqatalaya qayıdıblar, ...

 

Bir bacının bir qardaşı olan, noyabr ayının 1 – Naftalan-Goranboy-Tərtər, Hadrut, Xocavənd istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına döyüşərək, xain düşmənə qan udduran Şanlı Ordumuzun fədakar hərbi qulluqçusu, döyüş meydanında yaralı yoldaşlarına kömək edib, yenidən döyüşə qayıdan Orxan Cumayev namərd düşmənin gülləsinə tuş gəldi... böyük hünər göstərərək həlak oldu. Murov Fərrux dağ zirvələrini erməni dığalarından təmizləyən, başlarına od ələyən Orxan şəhidlik zirvəsinə yüksəldi... Kiçik yaşlarından o xoşlayırdı ki, səmamız mavi olsun, qara buludlar almasın.

 

Zaqatala şəhəri, Şıxali Qurbanov adına 3 saylı tam orta məktəbini 2017 –ci ildə bitirmişdi. Idman və hərbi oyunlarına çox meylli idi. Dərs məşğələlərinə fəal hazırlaşırdı və məktəbin pedaqoji kollektivi onun dərsə davamiyyətindən, məktəbdə təşkil olunan tədbirlərdəki fəal iştirakından və hərbi hazırlığa xüsusi üstünlük verdiyindən razı qalar və nümunəvi şagird kimi təqdim edərdilər. Bu Böyük Vətən müharibəsində Şanlı Ordumuzla birgə torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü naminə şəhid və qazi olan hər biri bizim əziz balalarımız, fəxrimiz, bizim şanlı tarixi yazan igidlərimizdir. Həmişə qəlbimizdə yaşamaqla, gələcək nəsillər, bugünkü yeniyetmələr və məktəblilər üçün əsil fədakarlıq simvollarıdur. Vətənpərvər, gənc yaşlarında, qəlblərində min cür arzuların çiçəkləndiyi bir dövrdə, qorxu nədi bilmədən, düşmənləri əzərək, tarixi dərs keçən, şəhadət dünyasına qovuşan oğullarımızla, onların valideynləri və əzizləri ilə fəxr etməliyik - Orxan Fətəli oğlu Cumayev kimi igidlərimizlə. O, İkinci Vətən savaşı başlandığı andan hərbi qulluqçu kimi cəbhənin ən qaynar mövqelərə əsl qəhrəmanlıq şücaəti göstərmişdi. Mətn və iradəli gənc döyüşçü ağır döyüşlərin birində ağır yaralansa da yenidən döyüşə qayıtdı. Növbəti döyüş zamanı çavuş Orxan Cumayevin bölüyü düşmənin çoxlu döyüş texnikasını sıradan çıxarmış və canlı qüvvəsini məhv etmişdi. Döyüş meydanındakı mətinliyi, inadkarlığı ilə seçilən Orxan digər hərbçilərə də nümunə olub. 3 saylı tam orta məktəbin məzunu olan Orxan Cumayev hər döyüşdə bizim adımızı uca etdi. Valideynlərinin və müəllimlərin aşıladıqları vətənpərvərlik ruhuna uyğun hərəkət etdi və qəlbən əzizlədiyi vətən uğrunda şücaət göstərərək həlak oldu. Ömrünün gənclik çağlarında daimi yaşayacaq, xatırlanacaq qəhrəmanlıq yaratdı. Biz səninlə fəxr edirik, qürur duyuruq, şəhid balamız – Orxan!”

 

Bizim Orxan balamız səmamızın açıq olması üçün canını fəda etdi və inanırıq ki, onun bu qəhrəmanlığından gələcək nəsillər dərsliklərdə, bədii kitablarda xəbər tutacaqlar.

 

Orxan Cumayev də təntənəli şəkildə, elin müşayiətilə noyabr ayının 2 –də böyük hörmət və izzətlə Zaqatala şəhərində Birinci, İkinci Qarabağ savaşlarında həlak olan şəhidlərin uyuduğu qəbristanlıqda, onların cərgəsində torpağa tapşırıldı.

 

Bu cəsur el oğullarımızın xatirəsi tarixlər boyu qəlbimizdə yaşayacaq... Qüssələnmə, Rahilə ana, nəvənlə fəxr et Anaxanım nənə, Qürurlu ol Fətəli bəy, başını dik tut Fatma bacısı, bibilər, xalalar, dostlar və əzizlər...

 

...Ruhun şad olsun, şanlı ordumuzun xilaskar hərbi qulluqçusu, çavuş Orxan! Rahat uyu – sənin uğrunda döyüşdüyün Qarabağın hər tərəfində büründüyün üçrəngli Zəfər bayraqları dalğalanır...

 

Elman MALIYEV

Unikal.- 2020.- 18 dekabr. S. 20.