Həkimlərin sevmədiyi, xəstələrin ümid etdiyi yeniliklər
– Dövlət Agentliyi aydınlıq gətirdi
- MÜSAHİBƏ
Bu il ölkə üzrə 4 mərhələdə tətbiqinə başlanılan icbari tibbi sığorta ilə bağlı yaranan sualları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov cavablandırıb. Agentlik rəsmisinin Modern.az-a müsahibəsini təqdim edirik:
- Vüqar
müəllim, Mingəçevir, Yevlax, Ağdaş, Naxçıvan Muxtar
Respublikasının Babək rayonunda həyata
keçirilən pilot layihələrdən
əldə edilən təcrübələr kifayət etmədimi
ki, yenidən ölkə üzrə icbari tibbi
sığortanın tətbiqinin 4 mərhələdə
keçidinə qərar
verildi?
- Bəzən insanlara elə gəlir ki, icbari tibbi sığortanın tətbiqi çox yüngül layihədir. Sadəcə maliyyələşmə modelini dəyişdirərək, icbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Burada vacib olanı icbari tibbi sığortanın tətbiqinə tibb müəssisələrinin, kadrların, orada çalışan personalın buna hazır olmasıdır. Bunun üçün də müəyyən müddət lazımdır. İcbari tibbi sığortanın mərhələli tətbiqinin səbəblərindən biri də odur ki, həm əhali, həm də tibb müəssiələri buna hazır olsun. Bu, fərqli və yeni layihə olduğu üçün həm əhalinin, həm kadrların maairfləndirilməsi olduqca vacibdir. Bu da dediyim kimi müəyyən vaxt tələb edir.
- Bakı sakini olaraq,
icbari tibbi
sığortadan hələ oktyabrın 1-dən yararlana biləcəyəm. Bəs nə üçün aprelin 1-dən
etibarən sığortahaqqı ödəməliyəm? Yəni
mən xidmətdən yararlanmadığım müddətdə
niyə sığortahaqqı verməliyəm?
- İcbari tibbi sığortahaqqı yığımı qanunla aprelin 1-dən tutulacaq. Amma icbari tibbi sığortanın tətbiqi, vətəndaşın bu xidmətdən istifadə etməsi Bakı sakinləri üçün oktyabrın 1-dən mümkündür. Bilirsiniz, bu, fərqli bir layihədir. Bütün dünyada qəbul olunub ki, işləyənin işləməyənə, cavanın yaşlıya köməyi olmalıdır. Layihənin qanunla tənzimlənən tərəfi odur ki, sığorthaqqı bu il aprel ayının 1-dən yığılsın və ölkə üzrə mərhələli tətbiqinə başlanılsın. Amma vətəndaş icbari tibbi sığortanın tətbiq olunduğu əraziyə səfər etdikdə və tibbi xidmətə ehtiyacı yarandıqda, həmin ərazilərdə tibbi xidmətləri ödənişli şəkildə əldə edə biləcək. Amma Bakı və Sumqayıtda hazırda səhiyyə xidmətləri onsuz da pulsuzdur və vətəndaşdan ödəniş tələb olunmur. Bu da ciddi nəzarətdədir. Vətəndaş regiondan asılı olmayaraq, tibbi xidmətdən ödənişsiz şəkildə yararlana bilər. Bakı, Sumqayıt, Abşeron və s. yerlərdə haradakı icbari tibbi sığorta tətbiq olunmur, orada xidmətlər dövlət büdcəsi hesabına, icbari tibbi sığorta tətbiq edildiyi ərazilərdə isə Agentliyin maddi vəsaiti hesabına icra olunur.
- İcbari tibbi
sığortanın ölkə üzrə tam
tətbiqindən sonra pasiyentlərin həkim
və xəstəxananı seçmək hüququ
olacaqmı?
- Biz bu hüququ məhdudlaşdırmırıq. Sadəcə vətəndaş icbari tibbi sığortanın qoyduğu qaydalardan kənara çıxdıqda, müştərək maliyyələşmə məbləğini ödəmək məcburiyyətində qalacaq. Yəni yaşadığı ərazidə tibbi xidmət əldə etmək istəyirsə, ailə həkiminin göstərişi olmadan da, birbaşa tibb müəssisəsinə müraciət edə bilər. Orada 5 manat həcmində müştərək maliyyələşmə məbləği, öz regionundan-tibbi ərazi bölməsindən kənara müraciət etdikdə, ambulator xidmət üçün 15 manat müştərək maliyyələşmə məbləği ödəməlidir. Biz həkim seçiminə, vətəndaş hüquqlarına məhdudiyyət qoymuruq, sadəcə qaydalara riayət edilməsini tövsiyə edirik.
- Bəs dövlət və özəl
sektorda çalışanların
sığortahaqları hansı şəkildə tutulacaq, əməkhaqqı kartından, yoxsa vətəndaş bunu
nağd şəkildə ödəyəcək?
İkidən artıq yerdə çalışanların
sığorta haqqı necə müəyyən ediləcək?
- Sığortahaqqı tutulması da qanunla tənzimlənir. Vətəndaşın sosial müdafiə üçün ödənişləri hansı qaydada həyata keçirilirsə, sığortahaqlarında da o qayda tətbiq ediləcək.
Dövlət tərəfindən təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığortahaqqı ayrılacaq. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyən olunub.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında xidmətləri yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8 000 manatadək olan hissəsinin 2 faizi, 8 000 min manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında sığortahaqqı müəyyən edilib. Vergilər Məcəlləsinə əsasən, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında sığortahaqqı müəyyənləşib. İki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəliri olan şəxslər hər iş və gəlir yeri üzrə icbari tibbi sığortahaqqı ödəməlidir.
- Sığortaolunanlar xidmətdən yararlanmaq
üçün ilkin
olaraq hara müraciət
etməlidirlər?
- Vətəndaş tibbi xidmətə ehtiyacı yarananda ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri, tibb məntəqələri, Ailə Sağlamlıq Mərkəzləri olmalıdır. Vətəndaşlar ailə həkimlərinə aşağıdakı prinsiplərlə təhkim olunurlar. Tibb təchizatçısı ilə ev təsərrüfatları arasında olan məsafə, mövcud yol-nəqliyyat infrastrukturun vəziyyəti. Zərurət yaranarsa, ailə həkimi ixtisaslı həkimə göndəriş verir. Pasiyent ailə həkimi seçməkdə azaddır.
- Pilot layihələrin tətbiq edildiyi ərazilərdə uzun
növbələrdən şikayətlər olurdu.
Quba, Qusar, Ağsu, Şamaxı, Şəki, Kürdəmir,
Ucar, Göyçay, Qəbələ
və Zaqatala rayon mərkəzi
xəstəxanalarında növbə sistemini
tənzimləyən terminallar
quraşdırılıb. Elektron növbələri
bu turniketlər vasitəsilə tənzimləmək
mümkün olacaqmı?
- Bəli, tibb müsəssisələrində növbə terminalları ilə təmin edilməyə başlanılıb. Artıq vətəndaş tibb müəssisəsinə daxil olduqda, sıra nömrəsini götürərək, qeydiyyatçıya yaxınlaşır. Bundan sonra qeydiyyatçının verdiyi göndərişlərdə də onun həkim qəbulunda və müayinədə neçənci olduğu qeyd edilir. Bu, birinci variantdır. İkinci varinat isə bir müddət keçdikdən sonra elektron şəkildə- onlayn rejimdə həkim növbəsinə yazılmaq mümkün olacaq. Bu gün pilot layihələrində vətəndaşın verdiyi laborator müayinənin cavabını almaq üçün xəstəxanaya getməyinə gərək yoxdur. Bunun üçün ona verilən xüsusi kod vasitəsilə analizilərin cavabını onlayn rejimdə əldə edilə bilir.
- Hazırda bəzi xəstəliklər var
ki, icbari tibbi sığortanın xidmətlər zərfinə
daxil edilməyib. Gələcəkdə onkoloji kimi xəstəliklərin
də xidmətlər zərfinə daxil
edilməsi nəzərdə tutulubmu?
- Xidmətlər zərfinə daxil olmayan xidmətlərin daxili əsasən, dövlət proqramlarının icrası bitdikdən sonraya nəzərdə tutulub. Bunlar onkoloji xəstəliklər, şəkərli diabet, qan və qan xəstəliklərini əhatə edən proqramlar başa çatdıqdan sonra icbari tibbi sığorta ilə əhatə olunacaq. Müddət müzakirə edildikdən sonra qərar veriləcək. Ambulator şəraitdə dərman təminatı, stomotoloji tibbi yardım xidməti və s. kimi xəstəliklər də müəyyən perioddan sonra xidmətlər zərfinə daxil ediləcək. Amma bu il ərzində təminata alınması nəzərdə tutulmayıb. Gələcəkdə icbari tibbi sığorta Agentliyinə daxil olan vəsaitlərin həcminə uyğun olaraq, qərar veriləcək.
- Artıq ilin sonunadək bütün ölkə icbari
tibbi sığorta ilə əhatə olunacaq. Bu zaman
kadr problemilə qarşılaşmaq kimi risklər varmı? Nəzərə alsaq ki, bəzi rayon və kəndlərdə hazırda kadr problemi mövcuddur...
- Regionlarda
həkimlərlə bağlı çatışmazlıqlar mövcuddur. Xüsusilə bəzi ixtisas həkimlərilə bağlı problemlər
var. Hazırda Agentlik sırf regionlarda kadr probleminin aradan qaldırılması
üçün iş
aparır. İnanırıq ki, ilin sonunadək layihə ölkə üzrə tətbiq edildikdə,
problem öz həllini
tapacaq. Artıq bütün tibb
müəssisələri sığorta
ilə işləmək
prinsipilə tam məlumatlı
olacaq və regionda işləyəcək
həkimlərimizin sayı
artacaq.
- İcbari tibbi sığortada ambulator müalicədə dərman
təminatı nəzərdə
tutulubmu?
- Hazırda ambulatorda deyil, stasionarda verilən dərmanlar sığorta təminatındadır.
Vətəndaş müalicə üçün
xəstəxanaya daxil
olur və ondan əlavə vəsait tələb olunmadan xəstəxana tərəfindən təmin
olunur. Gələcəkdə ambulator müalicdə
dərman təminatına
baxılacaq.
- Dünya
praktikasında olduğu
kimi, bizdə də reseptlərin elektronlaşdırılması mümkün olacaqmı?
- Bu qısa zaman tələb edən layihə deyil. Bunun üçün hazırlıqlı olmaq lazımdır. İlin
sonuna kimi icbari tibbi sığortanın
tətbiqilə tam tanış olunacaq. Layihə müəyyən etaplarla fərqli xidmətlər təqdim etməli olacaq. Bu da
bütün dünyada
tətbiq edilən xidmətlərdən biridir.
Hansı
ki, vətəndaş
üçün çox
faydalıdır. Bizim hədəfimiz
çox müddət
almadan bu xidmətin istifadəyə
verilməsidir. Yəni bunun
nəticəsində vətəndaş
üçün tətbiq
edilən elektron resept sayəsində dərman pereparatının
ticari adı deyil, onun tərkibi
və molekulu qeyd ediləcək. Vətəndaş da öz büdcəsinə uyğun
dərmanı alacaq.
Amma bu layinənin tam tətbiqi üçün
bütün xəstəxanalar
elektronlaşdırılmalıdır.
- Əvvəldə
qeyd etdiniz ki, Azərbaycanda icbari tibbi sığortanın
tətbiq edilmədiyi
ərazilərdə belə,
tibbi xidmət pulsuzdur.
Reallıq isə başqa
şey deyir. Bu gün bəzi
həkimlərə rüşvət
verməyən xəstələr
onların etdiyi müayinə və müalicəyə şübhə
ilə yanaşır.
Həmçinin, rüşvət verməyən xəstə
həkim tərəfindən
xoş qarşılanmır.
Bu mənada həkimlərə
və ümumilikdə
tibbi işçilərinin
əməkhaqlarına nəzərdə
tutulan əlavələr
belə neqativ halların aradan qaldırılmasında müsbət
rol oynaya biləcəkmi?
- Doğrudur, neqativ hallar var. Bizim hədəfimiz məhz bu kimi
neqativlərin aradan qaldırılması, əhaliyə
göstərilən tibbi
xidmətin keyfiyyətinin
yaxşılaşdırılmasına
nail olmaqdır. Həkim göstərdiyi
xidmətin qarşılığında
bonuslar əldə edəcək. Bundan başqa,
icbari tibbi sığorta əməkhaqları
hər bir həkim üçün
normal həyat şəraiti
təmin etməsi səviyyəsində olacaq
ki, bu, əhaliyə
göstərilən xidmətin
keyfiyyətinə təsir
etməsin. Hər bir
həkim çalışmalıdır
ki, vətəndaşa
daha doğru, daha düzgün xidmət göstərsin ki, sabahı gün hansısa narazılıq olmasın.
Çünki hər bir şikayət, hər bir müraicət Agentliyimiz tərəfindən
araşdırılır və
qarşıya çıxan
neqativlərlə bağlı
ciddi cəza tədbirləri həyata keçirilir.
- Necə
düşünürsünüz, ümüumilikdə səhiyyə
işçilərinin əməkhaqlarına
əlavələr sabit
maaş şəklində tətbiqi
daha uğurlu olmazdımı? Yəni bu mənada ki, əlavələrin kimlərinsə təyin etməsi subyektiv münasibətin daha üstün olmasına səbəb olmayacaqmı?
Tibb işçilərinə
əlavələr, bonusların
yazılması xəstəxanaların
baş həkimlərinin
səlahiyyətində olacaq?
- Əməkhaqqının
ödənilməsi və
təyin olunması Agentlik tərəfindən
təsdiq olunub. Orada
bonusların təyini baş həkimlərin
səlahiyyətində deyil. Bu standart qaydadır. Orta və kiçik tibb işçilərinin əməkhaqqında
olan artımlar onların işlədiyi
profillər üzrədir. Orta tibb işçiləri üçün
təyin olunmuş əməkhaqları var. Bölümlər üzrə cərrahiyyə,
reanimasiya, təcili tibbi
yardım, terapeya şöbəsində
çalışanlar orta tibb
işçisindən daha çox
maaş alacaq. Çünki onların iş
yükü və gərginliyi daha çoxdur. Digər
sahələr də bu qaydalara
müvafiq olaraq təşkil
olunacaq. Bu zaman hansısa şəxsi münasibətdən
söhbət gedə bilməz.
Gülşən
Raufqızı
Unikal.- 2020.-
1 fevral.- S.18.