Mariya Teatrı “Məhəbbət əfsanəsi”
tamaşasını Arif
Məlikova həsr edib
Fevralın 19-da Sankt-Peterburqda, Mariya Teatrında “Məhəbbət
əfsanəsi” tamaşası
nümayiş olunub. Tamaşa əsərin müəllifi, dünya şöhrətli Azərbaycan
bəstəkarı, SSRİ Xalq artisti Arif
Məlikova həsr edilib.
Azərbaycanın Sankt-Peterburqdakı baş
konsulluğundan AZƏRTAC-a bildiriblər ki, baş rolda Mariya Teatrının balet truppasının premyeri, Azərbaycanın Əməkdar artisti Timur Əsgərov çıxış edib.
Azərbaycanın Sankt-Peterburqdakı
baş konsulu Sultan Qasımov və vitse-konsul Rüfət Dadaşov tamaşanın nümayişində
fəxri qonaq qismində iştirak ediblər.
Tamaşa başa çatdıqdan sonra Azərbaycanın Əməkdar artisti Timur Əsgərova gül təqdim edən baş konsul Sultan Qasımov
səhnə arxasında
artistlərlə görüşüb
səmimi söhbət
edib, onları gözəl çıxışları
münasibətilə təbrik
edərək balet truppasına bundan sonra da yaradıcılıq
uğurları arzulayıb.
Əməkdar artist Timur Əsgərov
tamaşa barədə
öz təəssüratları
ilə bölüşərək
deyib ki, Heydər Əliyev Fondu sayəsində Azərbaycan klassik musiqisinin incisi, “Məhəbbət əfsanəsi”
baleti mart ayında yenidən Bakı səhnəsində
göstəriləcək. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının,
həmçinin Azərbaycan
Dövlət Rəqs Ansamblının artistlərinə
səmimi qəlbdən
xoş əhval-ruhiyyə,
uğurlar arzulayıb.
“Arif Məlikovun baleti Azərbaycanın qürurudur! Qoy, hər bir artist
bu qüruru Yuri Qriqoroviçin gözəl xoreoqrafiyasında
özü ilə bərabər daşısın!”,
- deyə Timur Əsgərov əlavə
edib.
Unikal.-2020.-22
fevral.-S.21