Moskvanın qadağası,
Heydər Əliyevin dəstəyi, özünü
asan vicdan... – Bizim filmlər
Bu
sonuncu sözdən başlayım. “Səndən soruşuram,
odu?…” - deyə elə çığırıb ki, aktyorun
boğazında kapillyarlar partlayıb və ağzından qan
gəldiyi üçün çəkilişi
dayandırıblar.
Əsas
rollardan birini oynayan aktrisa Şəfiqə Məmmədova
eynilə “Bizim Cəbiş müəllim” filmindəki
obrazının prototipini yaradıb. Bəli, obrazın
prototipi. Eynilə Cəbiş müəllimin arvadı ərinin
üzünü danladığı kimi, bu qadın da Seyfinin
üzünü danlayır. Yəni anlaşıldı, Seyfi də
Cəbiş müəllim kimi saf insandır. Lent.az -ın
“Bizim filmlər” layihəsində söhbət Rüstəm
İbrahimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun
ekranlaşdırdığı, nədənsə çox
nümayiş edilməyən, amma yaxşı filmlərdən
biri sayılan “İstintaq” barədədir.
Bəlkə
də çoxlarına məlum deyil, amma Rasim Ocaqov Akademik Dram
Teatrın səhnəsində tamaşa qoyub. 1970-ci illərin
ortalarında Rüstəm İbrahimbəyovun eyniadlı pyesi əsasında
səhnəyə qoyulan “İstintaq” tamaşasında əsas
rolları -Muradı Hamlet Xanızadə, Seyfini Məlik
Dadaşov oynayıblar. Tamaşa çox da oynanılmayıb,
görünür, düşünüblər ki, film
variantı daha uğurlu olar.
“İstintaq” filmi
1979-cu ilin istehsalıdır. Filmdəki hadisələr
isə 60-cı illərdə
cərəyan edir.
Rasim Ocaqov buna qədər üç film çəkmişdi,
“Qatır Məmməd”,
“Tütək səsi”
və “Ad günü”
filmlərini. Üçüncüdə Rüstəm İbrahimbəyov
və Rasim Ocaqov tandemi uğurlu alındığından
onlara kino aləminin etibarı yaranmışdı.
Rasim Ocaqov əvvəlcə baş rollara Həsən Məmmədovu müstəntiq
Seyfi, Murad - müttəhim roluna Hamlet Xanızadəni dəvət
etmişdi. Amma çəkilişlərin başlanmasına
az qalmış
rejissor gözdən itir. Məlum olur ki, Moskvaya aktyor arxasınca gedib.
Aleksandr
Kalyagin isə ssenarini oxuyub çox bəyənib və Rasim Ocaqovun
qarşısında şərt
qoyub ki, məni sınaqsız Seyfi roluna çəkəcəksən,
həm də fasiləsiz bir neçə gün ərzində, çünki
vaxtım məhduddur.
Bu minvalla, Aleksandr
Kalyagin Seyfi roluna çəkilmək üçün “Azərbaycanfilm”ə
gəlmir, əvəzində
“Azərbaycanfilm” “Mosfilm”ə
gedir. İçəri
məkanlar Qorki adına kinostudiyada
çəkilib. Rejissor o rolda
yalnız Kalyagini gördüyündən belə
güzəştlərə gedib, şərtlərlə
razılaşıb. Bunu sənət
tələb edir – daha durub “niyə
öz aktyorumuzu çəkməyib” yanaşması
ilə fikir yürütmək lazım
deyil. Düzdür, Adil İsgəndərov
kimi də edə bilərdi - erməni aktyora “Qada, bura “Azərbaycanfilm”dir,
min qatara, get Ermənistanda
“Armenfilm” var” – demişdi. Hər ikisi haqlı.
Aleksandr Kalyagin Bakıya 2-3 günlüyə gəlir. Küçədə çəkildiyi kadrlar Bakıda lentə alınıb. Kalyagin çox
möhtəşəm qarşılanıb
və onun şərəfinə qonaqlıqlar
olub. İndiyə qədər aktyor
Bakıda yediyi kababın, aşın, dolmanın dadından, azərbaycanlılardan, Rasim
Ocaqovun ustalığından
danışır.
Sonralar Rasim Ocaqovun hər dəvətini aktyor məmnuniyyətlə qəbul
edib.
Filmin ssenarisi
Rüstəm İbrahimbəyovun
həbs edilən bir dostunun söhbətləri
əsasında qələmə
alınıb.
Filmdə söhbət Azərbaycanda
o dövrdə fəaliyyət
göstərən mafiyadan
gedir. Güləşçi Murad Əbiyev
(Həsən Məmmədov)
birdən birə qalantereya sexinin rəisi təyin edilir. Bu barədə
ona istintaqda da sual verilir ki,
siz necə oldu o sexə rəis təyin edildiniz? Müttəhim çətinliklə vəziyyətdən çıxır
ki, təklif olundu, qəbul etdim. “Kim təklif
etdi?” – sualı
isə cavabsız qalır. Günlərin birində o, qeyri-qanuni
mal istehsal edib satdığına görə
(milyon manat məbləğində) həbs
olunur. Müstəntiq Seyfi Qəniyev
(Aleksandr Kalyagin) vicdanlı adamdır.
Hiss edir ki, bu işin altında
başqa adlar var, onlar da Muradı
qabağa veriblər, yəni işi onun adının altında görüblər.
Müstəntiq işi çözüb, düzgün aparıb, alt
qatdakı cinayətkarları
ifşa etməyə çalışır. Hətta
kimlər olduğunu
da bilir, amma əlinə bu faktı yalnız istintaqdakı adam
verə bilər, o da vermir. Bunu satqınlıq hesab
edib heç kimi güdaza vermir, bunu öz
bədbəxtliyi hesabına
edir həm də.
Bunları başa düşən müstəntiq sonunda vicdanın yönləndirdiyi
kimi də hərəkət edir, amma gec olur,
günahsız müttəhim
kamerada özünü
asır.
Bütün filmlərdə olduğu kimi, sonunda ədalət
qalib gəlir, günahkarlar cəzalarını
alırlar. Əvəzində Seyfi rütbəyə
və evə çata bilməsə belə.
İstintaqın gedişatında hər
addımda yuxarıdan
ona rütbə, ev eyhamı
vurulur, əlindəki
istintaqı “lazım olduğu qədər” tezliklə başa vurmasını tələb
edirlər. Vicdanlı
adam – bədbəxt
adamdır…Bəlkə
də, xoşbəxt.
Nə bilim e, nisbi məsələdir. Onu
heç qocaman həyat özü müəyyən edə bilmir…
Bütün bu detallar görə,
Sovet senzurası və Azərbaycanda kino sahəsinə rəhbərlik edənlər
filmin ekranlara çıxmasına mane olurlar. Sovet quruluşu
hara, rüşvətxorluq,
korrupsiya, mafiya hara? – deyə
filmdə əsaslı
dəyişikliklər tələb
edirlər.
O vaxt ölkəyə rəhbərlik edən Heydər Əliyev məsələyə qarışır.
Filmdə qabardılan məsələlərin,
əslində onun hakimiyyətə gələrkən
dərhal mübarizəyə
başladığı cinayətlər
idi. Ona görə də, əksinə, bu qəbildən filmlərin
daha çox çəkilməli olduğunu
deyir: “Kollektiv baxışdan sonra həmkarlarımın hamısı
bu fikirdə oldu ki, guya
film respublikamızı nüfuzdan
salır, rüsvay edir. Halbuki bu film respublikamızda
mənim gördüyüm
işin - korrupsiyaya qarşı apardığım
mübarizənin bədii
təcəssümü idi.
Sağ olsunlar ki, onlar (Rüstəm
İbrahimbəyovla Rasim
Ocaqov nəzərdə
tutulur) bu mövzuya girişmişdilər.
Yeri gəlmişkən,
mən o vaxt onlara dedim ki,
bu mövzudan əl çəkməyin.
Belə də etdilər. Film istehsalata buraxıldıqdan
sonra əngəllər,
qadağalar başladı.
Belə olan halda mən də tədbirlər gördüm və "İstintaq" filmi böyük şöhrət
qazandı..."
Moskvada Bədii
Şura üzvləri
film bədii cəhətdən
yüksək səviyyədə
olsa belə, "Sovetlər ölkəsinə
belə bir film yaraşmaz" fikrini önə çəkirlər.
Rasim Ocaqov danışıb ki, çox çək-çevirdən sonra
filmin 28 kadrında düzəliş etməli
idik: “O düzəlişləri
etməsək, filmi, ümumiyyətlə, silə
bilərdilər. Rüstəmlə
birgə bu qərara gəldik ki, filmin 28 kadrı olmasa da, heç olmasa 4-5 kadrında dəyişiklik
etmək lazımdır.
Misal üçün, filmin qəhrəmanı Muradın
son anda özünü
necə asmasını
tam açıq şəkildə
göstərirdik. Həmin kadra
qadağa qoyulduqdan sonra bəzi dəyişikliklər etdik.
Dəyişiklik də əsasən
ondan ibarət oldu ki, müstəntiq
Seyfinin evinə zəng edib, Muradın özünü
asmağa cəhd göstərdiyini deyir.
Bundan başqa, toy səhnəsində
də dəyişiklik
etdik. Yenidən çəkdiyimiz kadrda toyun qızğın
vaxtında iki nəfər məclisi tərk edərkən onlardan soruşurlar ki, toyu bəyənmədiniz?
Cavabında "bu necə
toydur, elə bil hər kəs
pulunun çoxluğunu
nümayiş etdirir, bir-birləri ilə yarışa giriblər"
deyirlər.
Xatırladım ki, toy kadrının bu şəkildə çəkilməsini Heydər
Əliyev də məsləhət görmüşdü. Mən də
həmin hadisənin içində yaşadığım
üçün bütün
halların şahidi olmuşam. Yaxşı
yadımdadır, Heydər
Əliyevin qadağasına
görə heç kim dəbdəbəli
toy keçirmirdi, qohum-qardaşdan
artıq adamı məclisinə dəvət
edə bilmirdi. Bu baxımdan, biz də
filmdə toy səhnəsini
iki nəfərin sözü ilə tənqid etdik. Yəni əslində bu söhbət öz məqamında yerinə düşmüşdü".
Filmin bir neçə kadrı yenidən çəkildikdən
sonra onu Moskva Bədii Şurasının ixtiyarına
verirlər. Moskva yenə də
mane olmaq istəyir.
İşə yenə Heydər
Əliyev qarışır;
“Biz filmi bəyənmişik”
deyir. Bədii Şuranın üzvləri
öz aralarında “onsuz da bu filmlə
özlərini biabır
edirlər, söhbət
Azərbaycandan gedir, qoy etsinlər” – deyib, icazə veriblər.
Film Moskva Bədii
Şurasının baxışından
keçdikdən sonra
yüksək kateqoriyaya
layiq görülür. Buna baxmayaraq, tirajı çox olmur. Bəzi respublikalar, xüsusilə
Özbəkistan, Ukrayna
filmi qəbul etmədikləri üçün
onun öz ölkələrində nümayiş
edilməsinə qarşı
çıxıblar.
1) 1980-ci ildə Düşənbədə
XIII Ümumittifaq kinofestivalı
- Ən yaxşı bədii filmə görə yaradıcı
kollektivə Baş Mükafat verilib.
2) 1981-ci ildə ssenari müəllifi Rüstəm
İbrahimbəyova, quruluşçu
rejissor Rasim Ocaqova, quruluşçu
operator Rafiq Qəmbərova,
quruluşçu rəssam
Fikrət Bağırova,
aktyor Aleksandr Kalyaginə, aktyor Həsən Məmmədova
və aktrisa Şəfiqə Məmmədovaya
SSRİ Dövlət Mükafatı
verilib.
Ramilə Qurbanlı
Unikal.- 2020.- 8 fevral.-
S.20.