“Muğam axşamları” layihəsi
çərçivəsində “Bayatı Şiraz” təqdim olunub
Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzinin solistləri
Almaxanım Əhmədli,
Səbinə Ərəbli
və Hüseyn Məlikovun ifasında “Bayatı Şiraz" muğamı təqdim ediləcək.
Tədbir Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi
çərçivəsində reallaşacaq.
Qeyd edək
ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə
həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də
“Muğam axşamları”
layihəsidir. Bu layihə
çərçivəsində tanınmış ifaçılar
tərəfindən muğamlar,
xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin
fəlsəfəsini gələcək
nəsillərə çatdırmaq
məqsədilə reallaşan
layihəyə tamaşaçılar
böyük maraq göstərməkdədir. Təqdim edilən konsertlərdə
bu günə kimi tanınmış, görkəmli xanəndələrimizin
ifasında əsas muğamlarımız təqdim
edilib.
Layihənin konsertlərinə biletləri
şəhərimizin kassalarından,
“ASAN xidmət” mərkəzlərindən
və iticket.az saytından
əldə etmək olar.
Unikal.- 2020.- 8 fevral.-
S.21.