Beynəlxalq Muğam MərkəzindəGəncləşən muğamlayihəsinin növbəti konserti təqdim edilib

 

Fevralın 3-də Beynəlxalq Muğam MərkəzindəGəncləşən muğamlayihəsinin növbəti konserti təqdim edildi.

Layihənin budəfəki konserti Xalq artisti, “Şöhrətordenli görkəmli xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunub.

Konserti izləyənlər sırasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tanınmış incəsənət xadimləri var idi.

Konsertdən əvvəl Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova layihənin əhəmiyyəti ustad xanəndə Əlibaba Məmmədovun yaradıcılığı ilə bağlı fikirlərini bölüşdü. Prorektor muğam sənətimizin təbliğində dövlətin müstəsna qayğısını qeyd edərək yeni ifaçı nəslinin yetişməsində Azərbaycan Milli Konservatoriyasının professor müəllim heyətinin rolundan söz açdı. Vurğulandı ki, artıq 7-cı dəfə həyata keçirilənGəncləşən muğamlayihəsi muğam ustadları yetirmələrinin konserti olaraq yeni ifaçı nəslinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Layihənin növbəti konsertinin ustad xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr edilməsini yubilyara bir hədiyyə adlandıraraq ustad xanəndənin Milli Konservatoriyada müəllimlik fəaliyyətindən söz açdı . Bildirdi ki, o pedaqoji fəaliyyəti dövründə Azərbaycan muğam sənətinə neçə-neçə görkəmli xanəndə vermişdir.

Layihənin rəhbəri Xalq artisti, professor Mənsum İbrahimov çıxışı zamanı diqqətə çatdırıb ki, layihənin növbəti buraxılışını Əməkdar artistlər xanəndə Təyyar Bayramov, tarzən Elçin Həşimov kaman ifaçısı Elnur Əhmədovla birlikdə ustad ifaçı Əlibaba Məmmədova həsr etməyi qərar aldıq onun keçdiyi sənət yolu, muğama olan sevgisi hər birimiz üçün örnəkdir. Artıq 7-ci dəfət əşkil edilən layihənin reallaşmasında dəstək göstərən Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriyaya təşəkkür edən Mənsum İbrahimov növbəti illərdə layihənin uğurla davam etdiriləcəyini bildirdi. Diqqətə çatdırdı ki, növbəti illərdə layihə BMM-dən muğamsevərlərə təqdim olunacaq.

Sonra ustad xanəndə Əlibaba Məmmədovun bəstələriMin yaşasın”, “Söylə”, “Mənim alagöz yarım”, “Gəl bizə yar”, “Şadlanasan, güləsən”, “Səni gözləÜrəyimmahnıları Nurlan Namazov, Gülzar Fərəcova, Ramiq Bayramov , Sədəf Budaqova, Orxan Hüseynli, Mehranə Məmmədli, Elgiz Əliyev, Almaxanım Əhmədli, Xətai Hacıyev, Günay İmamverdiyeva digər gənc xanəndələrin ifasında səsləndi.

 

Unikal.-2020.-8 fevral.-S.21