Qəlblərin fatehi general Həşimovun
ŞİMAL
XİDMƏTİ
"General-mayor Polad Həşimovun şəhid olması xəbərini eşidəndən
və mənə olduqca tanış gələn şəkilləri
yayılandan çox gərginlik içərisindəyəm. Düşmənə sonsuz nifrətimi dilə gətirərək
hamıya bu generalın mənə çox tanış
gəldiyini deyirdim. Sən demə, səhv etməmişdim. Həkim dostlarım Anjela Əlifxanova və Mübariz Zeynalov mənə bildirdilər ki, general Qusarda xidmət edib. Həkim ehtiyatda olan tibb xidməti mayoru Əlyar Sərvərov da onu çox yaxşı tanıyır.
Və beləcə
dərhal hər şey yadıma düşdü. Müdafiə Nazirliyinin Qusardakı
hərbi hissəsində
tibb xidmətinin rəisi olmuş, hazırda TƏBİB-i n
"Quba Rayon Mərkəzi
Xəstəxanası" Publik
Hüquqi Şəxsin
baş direktoru Əlyar Sərvərovla şəhid generalımız
barədə söhbətləşdik. Koronaviruslu xəstələrə necə xidmət göstərdiklərini açıqlamaq
istəməyən, "TƏBİB sədri Ramin Bayramlıdan icazə al, gəl, danışım"-
deyən Sərvərov
bu dəfə general Həşimovdan məmnuniyyətlə
danışdı. Özü
də necə ?! Yana-yana, ürəkdən sızıldaya-sızıldaya.
Həkim müsahibim dedi ki, Ðolad Həşimov
Qusardakı hərbi hissədə qərargah rəisi olub. "Mən hərbi
həkim kimi 2005-ci ilin avqust ayında
işə başlamışam.
Polad məndən bir ay sonra gəlib Qusara."
Həkim
Sərvərovun sözlərinə
görə, generalla həm dost, həm də hərbi şəhərcikdə qonşu
olublar. Ailəvi get-gəlləri də olub. Onunla bağlı xatirələrini dilə gətirən Əlyar həkim kövrələ-kövrələ
deyir ki, hərbidə qaçış
xidmətin ən vacib ünsürüdü:
"Polad məni
o qədər qaçırıb
ki... 3 km qaçmalı
idik hər dəfə. Bir dəfə yenə
qaçırdıq. Gördüm ki, Polad polkovnik Azakovla dayanıb. Soruşdum, nəyi gözləyirsiniz?
Dedi, səni, Sərvərov. Sən demə, mən
bir dövrə gecikmişəm. Onlar 6 dövrə
qaçıb, mən
5 dövrə. Hər qaçışda
3 km məsafədə qaçırdıq".
Əlyar həkim deyir ki, Polad Həşimov
2007-ci ilə qədər
Qusarda hərbi hissədə xidmət edib. Buradan sonra pillə-pillə,
öz zəhməti və qabiliyyəti hesabına yüksəlməyə
başlayıb. Bildirir ki,
mən 2013-cü ilin mayında Səhiyyə Nazirliyi sisteminə işə geçdim.
2013 və 2014-cü illərdə qış aylarında 3 dəfə Poladın yanına getmişəm. Onda Daşkəsəndə
hərbi hissə komandiri ıdi. "Bir dəfə
getdim yenə Murova. Dizəcən qar vardı.
Onu xeyli gözlədim. Nəhayət, gəldi, özü
də xizəklə.
Dedi, bu havada nə üçün gəlmisən?
Dedim, zəhrimar telefonun işləyir ki, soruşum? Yenə bağlı idi. Ona görə narahat olub durub gəldim.
Rəhmətlik mobil telefonu
qəti sevmirdi."
Əlyar
Sərvərov Polad Həşimovun tezliklə
general rütbəsinə yüksələcəyini
sanki əvvəldən
hiss edibmiş də:
"Bir dəfə Murovda olanda mənə dedi ki, qayt gəl
hərbiyə. Dedim, yox.
Sən məni yenə qaçırtmaq istəyirsən?
General sən olacaqsan. Onsuz da tibb sahəsində
general rütbəsi yoxdu"
Polad Həşimovla görüşəndə zarafatlarından
qalmayan Əlyar Sərvərov indi dərin hüzn içində dostunun itkisinə çox üzülür:
"Qusarda işləyəndə
Polad imkan olan kimi hərbi
hissənin tibb məntəqəsinə gəlirdi. Mən tibb
xidmətinin rəisi idim. Həmişə
deyirdi ki, bura gələndə hüzür tapıram,
indi isə hüzr içərisindəyəm.
Àdında və iradəsində hərbiçi
sərtlliyi,
möhkəmlıyi olsa
da, Poladın qaynar və yumşaq qəlbi vardı".
Əlyar
həkim Polad Həşimovla sonuncu dəfə ona prezident İlham Əliyev tərəfindən general rütbəsi veriləndə
telefonla danışıb.
2019-cu ilin iyun ayında:
"Təbrik etdim. Demişdim də,
sən general olacaqsan.
Oldun da".
Generalın dəfninə də
gedə bilməyib Əlyar həkim. Qubada koronaviruslu xəstələri həyata
qaytarmaq kimi şərəfli missiyanı
yerinə yetirən Sərvərov onun şəhid olma xəbərini eşidəndə
sarsılıb, heç
nə deyə bilməyib:
"Qoy karantin bitsin. Xəstələrimiz tam sağalsın. Gedəcəyəm, onu 2-ci Fəxri
Xiyabanda yad edəcəyəm. Bir kəlmə
söz deyəcəyəm.
Arzuna çatdın".
Polad Həşimovu yaxşı
tanıyanlardan biri də Qusarda 2009-2014-cü
illərdə komandir kimi xidmət etmiş,dəyərli ziyalı
və vətənpərvər
insan Oruc Abdullayevdi.Zabit yoldaşı
haqda ağızdolusu danışan Oruc Abdullayev Polad Həşimovun Vətən
xəstəsi olduğunu
söylədi: "Polad
Vətənin acı idi. Heç nədə tamahı,
təmənnası yox
idi. Vətənin Məcnun vurğunu
idi. Gülərüz və ağır
təbiətli insan idi. Aprel döyüşlərində xüsusi
şücaət göstərdiyini
hər kəs bilir. Polad yüksəkliyini, Polad postunu təkbaşına
almışdı.Ermənidə qalan. əsgərlərin meyitini təkbaşına
gedib gətirmişdi.
Heyf ondan...
Polad müstəqil
Azərbaycanın generalı
olsa da sanki
köhnə generallardan
idi. Poladda 1918-ci il generallarının
-Mehmandarov, Şıxlinski
əlaməti vardı,
ruhu vardı. Heç ölməli oğul deyildi. Amma, görürsünüz, qisasımızı alırıq,
almaqdayıq. Onun qanını
qızğın döyüşlərdə
birə min alacağıq".
Yazımın əvvəlində general Həşimovun
Qusarda xidmət etdiyini bildirmişdim. Sonra xatırladım
ki, generalı iki dəfə görmək mənə nəsib olub. Onda ANS televiziyasında işləyirdim.
Birinci dəfə Polad Həşimovla
2006-cı ildə Qusar
şəhərində general Mahmud Əbilov adına
mərkəzi şəhər
meydanında keçirilən
tədbirdə görmüşəm.
İkinci dəfə Polad
Həşimov Qusarda hərbi hissənin ərazisində yanğın
baş verəndə.
İçəri daxil
ola bilməsək
də küçədən
çəkmişdik. O zaman
hərbi hissənin girəcəyində görünən
hərbçilər arasında
qərargah rəisi Həşimovu görmüşəm.
Açığı, bir o qədər
diqqət verməmişdim
o vaxt. Belə olur da... Bəzən adi
bildiyimiz adamı itirəndən, itirdiyimizi
dərk edəndən
sonra qədrini daha çox bilməyə başlayırıq,
onun böyüklüyünü
sonralar hiss edirik.
General Həşimovun şəhid olma xəbərini, hamı kimi, mən də dərin hüznlə qarşıladım. Yanıb töküldüm.
Azğın düşmənə
nifrətim dolub daşa-daşa... Bütün
şəhidlərimiz kimi,
Polad generalımız
və onun əsgərlərinin qanının Ali Baş
Komandanın rəhbərliyi
altında Milli Ordumuz tərəfindən
tezliklə alınacağına inamım
var... Ruhları şad olsun.
Bəli,
indi Azərbaycan Silahlı Qüvvələrində
qulluq edən hər kəs-sıravi əsgərdən generala qədər- bir örnək qazandıq: Polad ürəkli, Polad biləkli, Polad iradəli olmaq. General Polad Həşimov kimi...
Aytəkin Alxaslı
Unikal.- 2020.- 18 iyul.- S.20.