Qadına görə başına bəla
gələn məşhurlar:
onların arasında
Müşfiq də var
Kulis.az Emin Pirinin "Mikayıl Müşfiq
qadına görə öldürülüb"
adlı yazısını təqdim edir.
Biz nə qədər ideoloji, milli, bəşəri anlamlar verməyə çalışsaq da, bəzi qərarlar, məhz o qərarların yaratdığı ideoloji, milli, bəşəri görüntülər şəxsi travmalar, hislər, eqo, özünü isbatlamaq, qisas istəyindən başqa bir şey deyil.
Hitlerindən Napoleonuna, Oktavian Avqustundan Misir fironlarına kimi tarix kitablarının bizə öyrətdiyi siyasət, tarixi gedişat bəzi hallarda travmaların, hislərin, eqonun yaratdığı situasiyalardır.
Mədə və seks. İnsan varlığının
başlanğıcından ta indiyə kimi həyat bu iki ehtiyacın
təminatı və bunun uğrundakı mübariz fonunda qurulub. Yaxud keçmişin bu cür təminatsızlığının
qisasını almaq üzərində gedən gələcəyin
ideoloji, şəxsi savaşları...
Bəli, məhz mədə və seks. İstər milliyətçi,
istər əksi olan ideologiyaların alt qatında sənin və dəyər verdiklərinin bu iki əsasda başqalarından daha çox təmin edilməsini düşünməyin
durur. Düşünməsən belə, insan
xislətində yatan,
özünə belə
etiraf etməyə qorxduğu, vəhşi canlı həmişə oyaqdır.
Yuxarıda qeyd etdiyimiz kimi bu iki
təminatsızlıq gələcəkdə
ideologiyayla pərdələnərək
qisasa, daha geniş formatda isə dünya tarixinin, xəritələrin
dəyişməsinə rəvac
verir.
Napoleon kimi bir şəxsin,
hər halda Rusiyada planları başqa cür ola bilərdi.
Zamansız kişilik eqosu,
onu hirslə Rusiya buzlaqlarına aparmasaydı, hər şey dəyişə bilərdi. Əlbəttə ki, Rusiya şahzadəsinə etdiyi
evlilik təklifinə
cavab olaraq “Korsika qurbağası” damğasıyla alçaldılmasaydı.
Çar
bacısının - bir
qadının “yox” cavabı idi kişilik eqosunda boğulan Napoleonu zamansız Rusiya çöllərində sərgərdan
edən - “mən Napoleonam və səninlə məhz öz evində, Kremlin taxtında sevişəcəm”,
düşüncəsinin yaratdığı
eqo və kişilik qüruru.
Gələcəyin böyük potenasiallı
liderinin sevdiyi biri ilə evlənmək
ömür boyu çiynində Demokl qılıncı gəzdirməkdir. Böyük
imperator Oktavian Avqustun
sevdiyi qadınla evlənən əyan oğlunu dövlətə
xəyanətdə ittiham
edərək edam etdirməsi kimi.
Dövlətə xəyanət demişkən,
bizim 30-cu illər yadıma düşür. Sağdan, soldan
millətçilərə heç bir adiyyatı olmayan, sovet dövründə yetişən xeyli şəxsiyyət dövlətə
xəyanətdə ittiham
olunaraq sürgün və edama məruz
qaldı. Onların hamısı
dövlətə xəyanət
etmişdi? Və
ya şeirlərində
az qala
başdan-başa Soveti
tərənnüm edən
biri milliyyətçi
damğasıyla necə
qurban gedə bilərdi? Bir-birindən xoşu gəlməyənlər
şəxsi davalarına
görə donoslar göndərərək bunu
dövlətçilik adıyla
pərdələyərdi.
Hansısa milli şairlə,
elə götürək
Hüseyn Cavidlə görüşə görə
bir adam
repressiya oluna bilərmi? İndini götürək, üzdə
olan şairlər az qala hamsı bir-biriylə və ustad bildikləri
ilə görüşür,
oturur. O dövrdə də eynilə. Ustad Cavidlə onun kimi şəxslərlə
hansı şairlərin
yolu kəsişməmişdi
ki?
37-ci illərdə qadının
ucbatından “dövlətə
xəyanət” adıyla
çox ziyalının,
şairin başına
bəla gəlib. Hər halda
hansısa sovet məmurunun “filankəsin xanımından xoşu gəlməsinə görə”
ərini edama, sürgünə göndərməsi
üçün maddə
yox idi. Adını da qoyurdular dövlətə
xəyanət, pantürkçülərlə
əlaqə, antiinqilabçılıq
və.s.
Müşfiq yadıma düşdü. Nakam, gözəl
Müşfiq. Yaradıcılığının böyük əksəriyyəti
sovet tərənnümü
olan, saf, bir qədər dəcəl, Azərbaycanın
ən ilhamlı şairlərindən biri.
Qadın ucbatından,
hansısa sovet məmurunun hislərinə
görə dövlətə
xəyanətdə ittiham
olunaraq edam olununur...
Nəyəsə eyham etmirəm,
əsla! Sözdü də, deyirəm,
hərdən bizə fövqəladə görünən
hadisələrə, qərarlara
mədə və seks prizmasından baxaq. Bəlkə çox şeyi
görə bildik.
“Çörək və tamaşa” illuziyasında yaşayanlar
onsuz da belə şeyləri anlayacaq gücdə deyillər.
Unikal.- 2020.- 18 iyul.- S.21.