Oteldə doğulan ulduz, unudulmayan

sevgi, zorən aktrisa... – AQİBƏT

 

Valideynlərini “Rusiya mədəniyyəti tacının brilyant qaşı” adlandırırlar. Aktyor, şair, ifaçı Aleksandr Vertinski atası, aktrisa Lidiya Vertinskaya isə onun anasıdır. Anası atasından 30 yaş kiçikdir, amma çox mehriban, sevgi dolu bir ailədə böyüyüb. Söhbət “Al yelkənlər”, “Amfibiya adam”, “Hamlet”, “MasterMarqaritakimi yaddaşlarda iz buraxan filmlərin qəhrəmanı aktrisa Anastasiya Vertinskayadan gedir.

Lent.az onun həyat hekayəsini nəql edir. Mühacir kimi Çində yaşayan ailənin böyük qızı Mariana orda doğulub. SSRİ-yə, Moskvaya qayıdandan sonra 1944-cü ilin dekabrında Nastya dünyaya gəlir. Həm də mehmanxanada. Çünki yaşamağa yerləri yox idi. Anastasiyanın üç yaşına qədər ailə mehmanxanada yaşayır.

Kiçik qızın atası ilə mistik bağlılığı vardı. Uşaqlığını xatırlayanda Nastya atasının, ümumiyyətlə, ailəsinin sevgisindən ağızdolusu danışır. Atası onun dərsləri ilə heç maraqlanmazmış, yaman ərköyün, nazlı böyüdərmiş onu. Yalnız musiqidən “beş” almasına həmişə sevinərmiş atası.

Anastasiya atasının ölümünühiss edib. Leninqraddan gələn telefon zənginin bəd xəbər çatdırdığını duyan 12 yaşlı qız anasından “nə olub, atam ölüb?” - deyə soruşur.

Xoşbəxt, məşhur ailənin övladı olmaq ona çox seçim verirdi. Hərtərəfli inkişaf etmiş Nastya balerina olmaq istəyirdi. Anası onu xoreoqrafiya məktəbinə aparanda müəllimlər birbaşabalerina ola bilməz, çəkisi imkan vermir” - deyiblər.

Nastya xarici dilləri də çox sevirdi, qərara alır ki, xarici dillər üzrə ixtisas seçsin. Ancaq bu arzunu da dəyişməli olur. Daha doğrusu, bir xoşbəxt təsadüf nəticəsində dəyişir.

Anasını nə vaxtsa səhnəyə çıxartmış rejissor Aleksandr PtuşkoAl yelkənlər” filminin qəhrəmanı Asolu axtara-axtara gəlib onlara çıxmışdı.

Nastyanın 15 yaşı vardı. Saçlarını oğlan kimi vurdurmuşdu. Ona uzun hörüklü parik taxıb, Asolun paltarını geyindirəndə rejissorbax bu, mən axtardığım Assoldur - deyib: “Öz al yelkənlərini gözləyən qız belə olmalıdır”.

Vertinskaya bu filmdən sonra bütün ittifaqda məşhur oldu. 15 yaşlı qız bütün azadlığını itirdiyinə görə kinoya nifrət etməyə başladı. Şöhrət ona adi yeniyetmə qız həyatını yaşamağa mane olurdu. Küçədə dondurma yeyə-yeyə gəzmək, parkda oturub kitab oxumaq, elə-belə şəhərdə boş-boşuna gəzmək kimi məşğuliyyətlərinə həsrət qalmışdı.

Bir daha kinoya çəkilməyəcəyini düşünürdü ki, sevdiyi əsərin filminə çəkilməyə dəvət gəldi, həm xəyalında yaratdığı obraza – “Amfibiya adam”da Quttierə.

Rejissor Quttier obrazına axtardığı qızın gərək gözlərində ulduz yansın demişdi, o ulduzu Anastasiyanın gözlərində tapmışdı.

Aktrisa dublyordan imtina edib, özü üzməyi öyrənməyə söz verdi. Bütün çəkilişlər zamanı soyuq suda qalırdı, üzürdü, sualtı üzməni məşq edirdi. Bu roldan sonra öz peşəsi ilə nəinki barışdı, hətta aktrisa olacağına qərar verdi.

Bu iki roldan sonra onuilahə”, “yadplanetli”, “antisovet görkəmli sovet aktrisasıadlandırırdılar. Gözəlliyini Qretta Qarbo, Viven Li ilə müqayisə edirdilər.

Hələ orta məktəbi bitirmədən Puşkin adına Moskva teatrının truppasına daxil edilən Nastya qastrollarla bütün ölkəni gəzib.

Orta məktəbi qurtaranda artıq ulduz Anastasiya sənədlərini Şukşin adına Teatr İnstitutuna verir. İmtahanda çıxışı müəllimləri elə inandıra bilmir, az qala elə ilk turda kəsiləcəkdi. Amma artıq iki uğurlu filmdə çəkilməsi ona ikinci dəfə şans verdi. Onu yenidən imtahana buraxdılar bu dəfə keçə bildi.

Bütün təhsil illərində aktrisa ətrafdan həsəd paxıl baxışlar altında olub. Küçədə rahat piyada gəzə bilməyib.

Bir dəfə hətta küçədə gözlərinə qum atıblar. Bir nəfər oğlan isə əlində bıçaq qarşısını kəsib ki, ya mənim olacaqsan, ya öldürəcəm səni.

Bütün bunlardan onu bir kursda oxuduğu, gələcək rejissor Nikita Mixalkov xilas edib.

Nikita bütün kursun lideri idi. İstənilən kompaniyada vuran ürək Nikita olardı, həm Anastasiyanı elə ulduz kimi qəbul etmirdi. Sadəcə, anlayırdı ki, kurs yoldaşlarının həsəd paxıllığına layiq deyil bu qız. Bir-birilərinə tez bağlandılar, anlaşdılar, romantik məhəbbət çulğadı onları. Bütün ictimai rəylərin əksinə gedib, birgə yaşamağa qərar verdilər. Əvvəlcə Mixalkovların evində, sonra bağlarında.

İlk ovladları Stepan altı aylıq olanda kəbin kəsdirdilər. Qarşıdakı üç ili Nikita Mixalkov Nastyanın eyforiyadan ayılıb evdə oturub ona borş bişirəcəyini gözləməklə məşğul olub.

Nastya isə yalnız çəkilmək arzusu ilə yanırdı. Kütləvi səhnələrə belə hazır idi. Təki çəkiliş meydanında kinematoqrafiyanın sehrli aləmində olsun.

Üç ildən sonra cütlük bir-birinin ümidlərini doğrulda bilmədikləri üçün ayrıldılar. Oğlanları Stepanı isə dostcasına, birlikdə böyüdə bildilər.

80-ci illərin sonunda Vertinskaya Oksford universitetinin təklifi ilə 12 il aktyorluq fakültəsində dərs deyir.

Aleksandr Kalyaginlə birgəKomedi Fransstudiyasında, Çexov adına məktəbdə, İsveç Avropa Kinosu məktəbində dərs deyib.

İkinci evliliyi barədə danışmağı sevmir Nastya. İkinci əri Aleksandr Qradski isə onun barəsində kitabında da yazıb.

Məhəbbətləri tez başladı dərhal başa çatdı. Anastasiya onunla içə-içə küçələri gəzəndə elə bilirdi xoşbəxtdi, amma tezliklə bu yolların onu hansı uçuruma apardığını anladı. Rəsmi nikahları da olmadı.

Ona rəsmi evlilik təklif edən aktyor Oleq Yefremovu arayıb, evlənməyə razı olduğunu deyir.

Məlum olur ki, onun fikirləşib qərar çıxarmağı çox uzun çəkdiyindən Yefremov artıq evlənib. Oleq Yefremov onu aktrisa kimi qatbaqat açıb, kəşf edən adamdır.

Taleyə bax ki, Oleq Yefremov ayrıldıqdan sonra Anastasiya ona ərə getmək istəməyib.

Bəlkə belə taleyinə görə aktrisa şəxsi həyatı barədə danışmağı sevmir. İstəyir onun haqqında yalnız bir dəfə ərə getdiyi yazılsın - Nikita Mixalkova.

Ondan ayrılandan sonra filmlərə çəkilib, xarici ölkələrdə teatr sənətindən dərs deyib, teatr səhnəsində oynayıb, amma Nikita Mixalkovla yaşadığı həyatın yerini verməyib bütün bunlar.

Nikita Mixalkov ondan sonra dəfələrlə evlənib. Həyatda sənətdə liderliyini saxlayıb. Amansız adamdır, hamıya, hər kəsə qarşı. Onun arzu məqsədlərinin qarşısında duranı istənilən yolla sıradan çıxartmağı bacarır. Nastyanın da həyatına çox gənc yaşlarında daxil olub, sonra onu maneəymiş kimi dəf etdi, amma qız ondan sonra çıxdığı həyat yoluna geri qayıda bilmədidarmadağın yaşadı.

Münasibətdə olduğu bütün kişilər yalnız onu unutmaq üçün idi.

İlk illərdə çəkildiyi filmləri uşaqlıq məşğuliyyəti hesab edən aktrisa özünü Ofeliya rolunda kəşf etdiyini deyir. Qriqori Kozintsevin çəkdiyi “Hamlet” filmində Ofeliya rolunda anladım ki, aktyorluq yalnız ustalıq deyil, həm daxili məchulluqdur”. Bunun üçün Hamleti oynayan İnnokenti Smoktunovskiyə minnətdarlığını da gizlətmir.

Bu filmlə Vertinskaya beynəlxalq səviyyədə tanınıb. Venesiya kinofestivalında birinci mükafata layiq görüldü. Tənqidçilər Ofeliya obrazını aktrisanın yaradıcılığında yüksək zirvə adlandırıblar.

ArdıncaHərb sülh”də Liza Bolkonski, “Anna Karenina”da Kit Şerbatskoy kimi rollarından sonraSevgililərmelodramında çəkilməsi aktrisanın imkanlarını qoydu ortaya.

 “Master Marqaritafilmindəki mistik Marqarita roluna İrina Alfyorova, Anna Samoxina, Vera Sotnikova, Yelena Mayorova kimi aktrisalar sınağa gəlmişdi. Rejissorun seçimi Anastasiya Vertinskaya oldu. Simasındakı xeyirxahlığa aristokratizmə görə.

Aktrisa sonralar televiziyada aparıcı kimi fəaliyyət göstərib. Rusiya aktyorları üçün xeyriyyə fondu yaradıb. Sənətdən uzaqlaşıb.

İndi artıq ikiqat nənədiryəni ulu nənə. Bağ evində oturub, ömrünün qalan illərini oğlu Stepanın övladları nəvələri ilə keçirir...

 

Ramil Qurbanlı

 

Unikal.- 2020.- 26 iyun.- S.20.