"Anam iyləyib
atdı ki, bu bənövşə Şuşadan
gəlməyib" - Xalq artistinin xatirələri
"Gözümü bağlayın,
gedib Şuşada uçmuş evimizi taparam. Hər yeri
tanıyıram. Şuşa qollarını açıb, bizim
hamımızı bağrına basmaq istəyir. Bizə həsrət
qalıb, biz ona qaldığımız kimi".
Milli.Az
axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti
Firəngiz Mütəllimova "Vaxtı gəldi"
proqramında deyib. Aktrisa Şuşaya gedəcəyi
günü səbirsizliklə gözlədiyini bildirib:
"Ermənilər
evimizi uçurdub, həyətimizi ot basıb. Qədim ev idi, elə
bil muzey idi. Evimizin indi ancaq divarı qalıb. Şuşada
olanda pulumu yığırdım, gedib bazardan
açıqcalar alırdım. Bilmirdim ki, gün gələcək
Şuşa bazarında mənim fotolarım satılacaq. Gedib
Xan qızı Natavan bulağından su
daşıyırdım, qar olurdu yıxılırdım.
Razıyam yenə yıxılım, gedib oradan su
daşıyım. İstəmirəm ki, 1 santimetr
torpağımız da düşməndə qalsın.
O vaxtlar
gözləyirdik ki, yayda Flora Kərimova gəlib keçəcək,
ona baxaq. Gəlib keçirdi, yığışıb ona
baxırdıq.
Anam xəstə
olanda ona bənövşə gətirdik ki, Şuşadan gəlib.
İylədi atdı ki, Şuşadan deyil. Orada hər
gülün qoxusu fərqli idi. Qəribədir, orada güllərin
ətiri başqa idi. Şuşada ayda bir dəfə toz silərdik,
olmurdu. Şuşada yağan qardan heç yerdə görmədim".
Unikal.- 2020.- 14 noyabr.- S.24.