Zülfiyyə Xanbabayeva: “Biz əmin idik
ki,
torpaqlarımız bir gün
işğaldan azad olunacaq”
“Şuşa bizim
Üzeyir Hacıbəyov, Xan əmi deməkdir. Şuşa Azərbaycan
üçün daha nələr-nələr ifadə edir,
bunu ifadə etməyə kəlmələr yetməz”.
Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva AzTV-nin efirində yayımlanan “Gün başladı” proqramında qonaq olarkən deyib.
Z.Xanbabayeva bildirib ki, 28 illik həsrət bitdi:“İllərlə xalqımız Şuşanın həsrətində olub. Şuşamız
qanı-canı bahasına şəhidlik zirvəsinə ucalan
qəhrəman oğullarımız sayəsində bizimlədir.
Allah ordumuzu qorusun. Şəhidlik zirvəsinə ucalan
oğullarımızın analarının
qarşısında baş əyirik. Bir gözümüz
ağlayır, bir gözümüz gülür. Mən əminəm
ki, şəhidlərimizin ruhu şaddır. Biz əmin idik ki,
torpaqlarımız bir gün işğaldan azad olunacaq. Azərbaycan
ordusunun qazandığı zəfərlərin ard-arda elan
edilməsi xalqımıza sözün əsl mənasında
xoş hisslər yaşatdı. Qürurluyuq, fəxr edirik”.
Unikal.- 2020.- 14 noyabr.- S.24.