Diri-diri basdırılan, qəbri açılan Xalq artisti
- Gülşən
Qurbanovanın ölümü
ilə bağlı dəhşətli iddialar
Dünən Xalq artisti Gülşən Qurbanovanın anım günü idi.
“Unikal” kulis.az-a istinadən onunla bağlı maraqlı faktları təqdim edir.
Gülşən Ağadadaş qızı
Qurbanova 19 dekabr 1950-ci
ildə Bakıda anadan olub. Orta təhsilini
175 saylı məktəbdə
rus dilində alıb. 15 yaşında
kitabxanaçılıq texnikumunu
bitirdikdən sonra TV-də rejissor assistenti işləməyə
başlayır. 1974-cü
ildə Azərbaycan Teatr institutunun aktyorluq fakültəsini başa vurub Gənc Tamaşaçılar
Teatrının aparıcı
aktrisalarından olur.
Aktrisa teatrda işlədiyi illərdə "Mənim
nəğməkar bibim",
"Ana laylası", "Tamahkar", "Fudzi dağında qonaqlıq",
"Zəncirlənmiş Prometey",
"Pul dəlisi",
"Bala bəla sözündəndir" kimi
tamaşalarda kaloritli obrazlar yaradıb. Onun filmoqrafiyasında isə
20-dən artıq film yer
alıb.
***
Gülşən Qurbanova aktyor Ağadadaş Qurbanovun qızı olub. Atasının faciəvi ölümü
isə onun gözlərinin qarşısında
baş verib. Ağadadaş Qurbanov Salyana
qastrola gedəndə
15 yaşlı Gülşəni
də özü ilə bərabər aparıb. Mehmanxanaların birində Gülşənlə
atasının dayandığı
eyvan uçur. Ağadadaş Qurbanov vəfat
edir, Gülşənin
isə qolu sınır. Onu xəstəxanaya
aparırlar və atasının ölümünü
bir müddət ondan gizlədirlər.
Məşhur aktyor Hamlet Qurbanov aktrisanın ata bir ana ayrı
qardaşı olub. Atasının ölümünə qədər
onlar heç zaman görüşməyiblər.
Yalnız atasının
dəfn mərasimində
bacı-qardaş tanış olub, mehribanlaşıblar. Lakin sonralar
Hamlet Qurbanovanın anası
aktrisa Gülxar Həsənovanın Gülşən
Qurbanovanın anası
haqqında dediyi xoşagəlməz sözlər
yenidən onların arasında soyuqluq yaradıb.
Gülşən Qurbanovanın ilk evliliyi Rüstəm adlı aktyorla olur. Onun bu evlilikdən Kəmalə adlı qızı dünyaya gəlir. Ancaq bu izdivac o qədər
də uzun sürmür. Ayrılıqdan sonra aktrisa daha
bir həmkarı ilə - Mübariz Əlixanoğlu ilə ailə qurur. Lakin onun ikinci evliliyi
də uğurlu alınmır. Buna səbəb
isə Mübarizin alkoqola meylli adam olduğu
bildirilir. M. Əlixanoğlu
bir neçə filmdə, o cümlədən
"Yol əhvalatı"nda
inspektor rolunda çəkilib.
2006-cı ildə teatrdan
ayrılan Gülşən
Qurbanova telekanallara dəvət alır və uzun müddət
AzTV-nin "Gəlin, birlikdə gülək"
adlı layihəsinin ulduzuna çevrilir. Bu verilişdə onun tərəf müqabilləri
xalq artisti Yasin Qarayev və
əməkdar artist Azər
Mirzəyev olurlar.
Elə həmin illərdə aktrisanın əməkdar
artist Azər Mirzəyevlə
eşq macərası
yaşadığı söylənilir.
***
AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. "Qaynar qazan" verilişinin aparıcısı
kimi tamaşaçılar
tərəfindən sevilən
aktrisa, bəlkə də heç zaman qazanmadığı populyarlığı əldə
edir. Amma Gülşən xanım bu telekanaldan
incik ayrılır.
Çox
adam bilmir
ki, Gülşən Qurbanova 3 dəfə infarkt keçirib. Nikbin, həyatsevər insan olan Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə, televiziya proqramlarının birindən
evə gələrkən
növbəti dəfə
infarkt keçirərək
56 yaşında vəfat
edir. Ailə üzvləri onu Fəxri Xiyabanda dəfn etməyə çalışsalar da buna heç cür nail ola
bilmirlər.
Hər zaman
"Gülüş - mənim
müdafiə reaksiyamdır"
deyən aktrisa ölümdən qorxduğunu
da gizlətməyib. Elə buna görə də aktrisa həmişə iş yoldaşlarına və yaxınlarına deyərmiş
ki, "əgər mən ölsəm, məni bir-iki
gün saxlayın sonra basdırın. Ola bilər ki,
mən dirildim".
***
Həyatdan ayrılmaq istəməyən
aktrisanın bu sözləri ölümündən
sonra belə, onun haqqında yayılan şayiələri
azaltmadı. Əksinə söz-söhbətləri daha da artırdı.
Ən inanılmaz şayiə isə onun guya,
klinik ölüm keçirdiyi və diri-diri torpağa tapşırılması barədə
oldu. Bu şayiələr
bir müddət dolaşdı, hətta yaxınları bunu təkzib etsələr belə...
İndiyə kimi aktrisanın müəmmalı ölümüylə
bağlı istər cəmiyyətdə, istərsə
də sənət adamları arasında müxtəlif suallar dolaşır. Amma aktrisaya çox
yaxın olan adamlar onun ölümünün
hansı səbəbdən
baş verdiyini dəqiq bilirlər. Həmkarlarının dediyinə görə,
aktrisanın adı ömrünün son illərində
bir sıra naməlum məslələrdə
hallanıb. Adlarının çəkilməsinin istəməyən
həmkarlarının dediyinə
görə bir gün o, efirdə olanda aktrisaya xəbər çatır
ki, polislər onu axtarırlar. Hətta polis
bölməsində onu
gözlədiklərini deyirlər.
Guya, qorxuya düşən aktrisa bir müddət
məcburi köçkünlərin
məskunlaşdığı yataqxanaya sığınır.
Günlərin birində çəkilişdən
yataqxanaya qayıdan aktrisanın ürəyi orda partlayır. Amma sən demə, aktrisanın öldüyündən
xəbər tutan yaxınları onu tez evə gətirirlər
ki, cəmiyyət bundan xəbərdar olmasın.
Aktrisa dünyasını
dəyişəndə yenicə
doğulmuş nəvəsi
Maqsudun qırxı çıxmamışdı. Amma təəssüf
ki, onu cəmi
20 gün görə bildi.
Adının çəkilməsini istəməyən
həmkarlarından biri
deyir ki, ölümündən bir
neçə gün sonra onun qəbri
yaxınları tərəfindən
açılır. Bu həqiqətdir,
yoxsa şayiə, amma iddia olunur
ki:
"Kəfəni cırıblar. Görüblər ki, üz gözü
cırıq-cırıqdır. Sağ əli qulağının dibində
qalıb. Bundan sonra belə
qənaətə gəliblər
ki, əslində o, dəfn edilərkən sağ imiş. Sadəcə
polislərin axtardığını
eşidəndən sonra
güclü şok keçirib. Qəbirdə ayılıb və qorxudan ürəyi partlayıb. Gülşən köhnə qəbiristanlıqda
dəfn olunub".
***
Lakin bu söz-söhbətlərdən
sonra aktrisanın qızı Kəmalə bir neçə sayta açıqlama verərək bildirib ki, Gülşən Qurbanovanın ölümü
ilə bağlı yayılan bu fikirlər heç bir halda həqiqəti
əks etdirmir.
Unikal.- 2020.-21 noyabr.- S.20.