Zeynəb Xanlarova ilə
oxumaqdan imtina etdi,
yoldaşı ilə
55 il nikahsız yaşadı, qızının dəfninə
getmədi – Xalq
artistindən maraqlı faktlar
Bu gün Xalq artisti, xanəndə İslam Rzayevin doğum günüdür.
Kulis.az bu münasibətlə
onun haqqında maraqlı faktları təqdim
edir.
İslam Tapdıq oğlu Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Ailədə iki bacı, bir qardaş olublar. Onların atası II Dünya müharibəsinə yollanır və geri qayıtmır. Anası Nabat xanım üç uşağı tək böyütmək məcburiyyətində qalır.
***
İslam Rzayev xatirələrində deyir ki, sonralar qastrola getdiyi ölkələrdə geri qayıtmayan atasını axtarırmış.
***
Musiqiyə uşaq yaşlarından marağı olan İslam Rzayevin səsini ilk dəfə kəşf edən bibisi Nisə xanım olur. Nisə xanım öz dövründə təşkilatçılığı, müasirliyi ilə seçilən qadınlarından olub. Günlərin birində bibisi onu Seyid Şuşinskinin yanına aparır. Seyid Şuşinski onun səsinə qulaq asandan sonra məsləhət görür ki, İslam Bakıda musiqi təhsili alsın.
İslam Rzayev müsahibələrində bu haqda deyir:
“İndiki kimi yadımdadır, ustad dəhlizdə oturub qəlyan çəkirdi. Qabağında çay. Yaxınlaşanda durdu ayağa. Mən də bilmirəm bu kimdir. Sən demə bu böyük xanəndə Seyid Şuşinski imiş... Üzünü mamama tutub çox böyük hörmətlə “ay Nisə xanım, xoş gəlmisiniz, xoş gəlmisiniz. Siz hara, bura hara? Nə yaxşı gəlmisiniz..." - deyə görüşdü. Bunlar çox mehriban hal-əhval tutdular. Oturduq, bizə də çay gətirdilər. Ordan-burdan, xüsusilə də o vaxt mamamın milli geyimdə kişilərə qoşulub cıdıra çıxmağından, at çapmağından, kişiləri ötməyindən danışdılar.
***
Xeyli söhbətdən sonra ağsaqqal üzünü mənə tutub dedi:
"Oğlum, çayını
iç". Sonralar başa düşdüm ki, o, məni oxudacaqmış,
ona görə də boğazımı
yaşlamağımı istəyirmiş. Mən "Tel naziy"i oxuyanda, etiraz
etdi ki, bura çox aşağıdır,
zildən oxu. Dərhal da
çox zildən bir
zəngülə vurdu. Mən də o dəqiqə onun səsini
tutdum. Ordan başlayıb bir bənd
"Tel nazik" oxudum, saxladı və bəsdir, dedi.
Bir halda ki, mənim tutduğum notu mənim ağzımdan aldın, tutdun ha, kifayətdir. Dedi ki, Nisə xanım,
bu uşağı iyulun 25-i, 26-sı götür,
gəl Bakıya. Bunun yaxşı səsi var, qəbul elətdirək mənim sinfimə".
Bundan sonra İslam Rzayev peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına
Azərbaycan Dövlət
Musiqi Texnikumunda Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını öyrənərək
alır. O, həmçinin
Zülfü Adıgözəlovdan
və Həqiqət Rzayevadan muğam dərsləri alaraq sənətini təkmilləşdirir.
1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu
bitirir.
***
O, xarici ölkələrdə
konsert verən ilk müğənnilərimizdən biri olub. İslam Rzayev
pedaqoji fəaliyyətlə
də məşğul
olub. 120-dən çox ifaçı yetişdirib.
Xanəndənin gözəl səsi olsa da, heç
vaxt opera sahəsində
çalışmayıb. O, özü
bu haqda xatirələrində deyirdi:
“Operanı o vaxt heç kim
sevmirdi, indi sevirlər. Ona görə imtina
etmişdim ki, mən opera oxuyan olmayım. Çünki, mən açıq
deyirəm, gedib operada oxuyanlar, 2-3 ildən sonra dəbdən düşürdülər.
Camaatın onları görən
gözü olmurdu.
Bu fikrə görə
mən operaya solist getmədim. Məni çağırmışdılar ki, gəl Zeynəblə
bir yerdə - Məcnunu oyna. Yəni,
"sizdən bir az pul qazanaq".
Həmişə gənc oxuyanlara
ehtiyac çox olur. O mənada məni Zeynəblə oxumağa dəvət etmişdilər. Mən getmədim, imtina
elədim”.
***
Seyid Şuşinskidən
17 dənə muğam
dəstgahı öyrənən
xanəndə Mədəniyyət
və İncəsənət
Universiteti üçün
proqram yazır. Hazırda həmin
universitetin muğam kafedrası onun proqramı əsasında dərs deyir. Həmin proqrama görə İslam Rzayeva professor adı verilib. Bu proqramda 17 muğamın
adı, hissələri
və guşələri
verilib.
İslam Rzayev 1989-cu ildə İpək Yolu qastroluna yola düşür. Yaponiyada onu çox
yüksək səviyyədə
qarşılayırlar. O, tərcüməçidən soruşur
ki, insanlar mənim dilimi bilmir, mən isə Əliağa Vahidin qəzəllərində
oxuyuram onlar məni niyə belə qarşılayırlar?
Qız bildirir ki, sabah
səhnədə oxuyarkən
dön arxaya bax. Sonra çıxanda cavab
verərəm. Səhəri gün xanəndə səhnədə oxuduğu
zaman çevrilib arxaya baxır. Səhnənin arxasında 4-5 metr
uzunluğunda, 2 metr enində hümayun ağı salındığını
görür. Onun oxuduğu
qəzəlin, mahnının
tərcüməsini yapon
dilində işıqla
həmin o ağın
üstünə proyektorla
verirlərmiş.
***
İslam Rzayev 1970-ci illərdə Leyla adlı xanımla ailə qurur. Onun bu evlilikdən
Pərvanə adlı
qızı dünyaya
gəlir. Lakin, bu
evlilik uğurlu olunmur. Xanəndə həyat yoldaşından
ayrılır. Başqa qadınla
yaşamağa başlayır.
Qızı üç yaşında
olarkən dünyasını
dəyişir. İslam qızının
dəfninə getmir.
Daha sonra
Tamara adlı xanımla
ailə qurur. Lakin, xanımın
ailəsi bu evliliyə qarşı olur. Ona görə də onlar ömürlərinin sonuna kimi 55 il nikahsız
yaşayıblar. Onların heç
bir zaman övladı olmur. İslam Rzayev Tamara xanımın əvvəlki həyat yoldaşından olan uşaqlarına atalıq edir. Onları öz balası
kimi böyüdür.
Uşaqlar da ona ata deyirdilər.
***
Sənət aləmində də hamı Tamara xanımla onu ər-arvad bilir, bütün məclislərə qoşa
gedirlər. İslam ağır xəstə
yatdığı vaxtlarda
Tamara xanım onun yanından ayrılmayıb.
***
İyirmi ilə yaxın Muğam teatrının rəhbəri olan İslam Rzayev əsasən kasıb, imkanı olmayan ailələrin səsi yaxşı olan uşaqlarını irəli
çəkir, onların
səhnəyə çıxmasında
rol oynayır.
Onun bacısının
həyat yoldaşı
erkən dünyasını
dəyişir. Müğənni bacısının 6 uşağını öz
himayəsinə götürərək
onlara atalıq edir.
***
Ömrünün son illərində İslam Rzayev şəkər xəstəliyindən əziyyət
çəkir, insult keçirir. Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində
vəfat edir.
Unikal.- 2020.- 21 noyabr.- S.21.