Prezident KitabxanasındaAzərbaycan diasporuelektron kitabxanası istifadəyə verilib

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında kitabxananın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı iləAzərbaycan diasporuelektron kitabxana layihəsi təqdim olunub.

 

Kitabxananın direktoru Mayıl Əhmədov yeni layihə haqqında danışıb bildirib ki, azərbaycanlılar zaman-zaman müxtəlif səbəblərdən dünyanın bir sıra ölkələrinə səpələniblər. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan soydaşlarımızla əlaqələr genişlənib Azərbaycan diasporunun təşkilatlanmasının yeni mərhələsi başlayıb.

 

M.Əhmədov qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd edilməsi, dünya azərbaycanlılarının qurultaylarının forumlarının keçirilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qəbul edilməsi, diaspor sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi, dövlətimizin başçısının diaspor təşkilatlarının nümayəndələri ilə müntəzəm olaraq görüşlərinin keçirilməsi Prezident Kitabxanasının mövcud elektron resursunun yenidən sistemləşdirilərək materiallarla zənginləşdirilərək elektron kitabxana kimi oxuculara təqdim edilməsini zəruri edib. O, yeni yaradılan bölmə barədə fikirlərini bildirib, bölməni təqdim edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində çıxış edərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması diaspor quruculuğu istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, hələ Dünya Azərbaycanlılarının IV Qurultayında möhtərəm Prezident cənab İlham Əliyev belə fikir səsləndirib ki, xaricdə diaspor təşkilatları bir olmalı, onların fəaliyyəti koordinasiya olunmalıdır. Bu çağırışa əsaslanaraq Dövlət Komitəsi təşkilatlanma sahəsində, soydaşlarımızın birgə fəaliyyəti ilə bağlı müvafiq addımlar atır. Xaricdə Azərbaycan evləri yaradılır, Heydər Əliyev Fondunun dəstəyi Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif ölkələrdəQarabağadlı Azərbaycan məktəbləri yaradılır, soydaşlarımız tərəfindən 29 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis edilib. Komitə sədri diaspor fəaliyyətinin təbliği, bu sahədə İKT-nin müasir imkanlarından istifadə ilə bağlı geniş informasiya verib. Diaspor fəaliyyətinin elmi əsaslarının çox vacib olduğunu qeyd edərək, bu istiqamətdə müəyyən müzakirələrin, layihələrin həyata keçirilməsindən danışıb. Azərbaycan alimləri elmi diasporuadlı informasiya portalının yaradılması, Fransada Azərbaycanlı alimlərin ilk toplantısının keçirilməsi qeyd edilib. Eyni zamanda, F.Muradov bu il daha 4 ölkədə azərbaycanlı elm adamlarının forumunun keçiriləcəyini sonda Bakıda müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlərin böyük bir toplantısının olacağını diqqətə çatdırıb.

 

Qeyd edək ki, istifadəçilərə təqdim edilənAzərbaycan diasporuelektron kitabxanası 7 fəsildən 19 bölmədən ibarətdir.Tarixadlanan beş bölmədən ibarət birinci fəslinMühacirət tarixiadlanan hissəsində Azərbaycan diasporunun təşəkkül formalaşmasına səbəb olan amillər təhlil edilir, xaricdə kompakt halda yaşayan, milli-mədəni mənsubiyyətini qoruyub saxlayan inkişaf etdirən, tarixi vətəni ilə mütəmadi əlaqələr quran həmvətənlər haqqında məlumat verilir. Bu fəslinHeydər Əliyev Azərbaycan diasporuadlanan bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik Birlik günü haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı, Ümummilli liderin Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərdə çıxışları nitqləri, xaricdə yaşayan soydaşlarımıza ünvanlandığı müraciətləri, diaspor təşkilatlarına soydaşlarımıza məktubları, dünya azərbaycanlılarının Heydər Əliyevə təbrikləri müraciətləri öz əksini tapır.

 

Prezident İlham Əliyev Azərbaycan diasporuadlanan beşinci bölmədə dövlət başçısının Azərbaycan diasporunun nümayəndələri ilə müxtəlif görüşlərdə çıxışları nitqləri, o cümlədən ötən ilin dekabrında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə çıxışı, diaspor nümayəndələrinin qəbulları haqqında materiallar, xaricdə yaşayan soydaşlarımıza müraciətləri, diaspor təşkilatlarına soydaşlarımıza məktubları toplanıb.

 

Elektron kitabxananınAzərbaycançılıq”, “Qurultaylar Forumlar”, “Qanunvericilik s. bölmələri kifayət qədər zəngindir.

 

Diaspor təşkilatlarıfəslində Diasporla İş üzrə Dövlət Komitəsinin materialları əsasında 49 ölkədə fəaliyyət göstərən 554 diaspor təşkilatı, onların rəhbərləri, ünvanları əlaqə vasitələri haqqında yığcam məlumat istifadəçilərə təqdim edilir.

 

Təqdimat mərasimində qeyd edilib ki, elektron kitabxana interaktiv deyil, informativ xarakter daşıyır zəngin kontentə malikdir. Kitablar, məqalələr, diaspor təşkilatları haqqında məlumatlar elektron formada resursa yüklənib.

 

Təqdimat mərasimində Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər iştirak edib.

 

Çıxış edənlər "Azərbaycan diasporuelektron kitabxanasının xaricdə yaşayan azərbaycanlılarla bağlı ciddi informasiya mənbəyi olması barədə danışıb, onun daha da təkmilləşdirilməsinin zəruri olduğunu qeyd ediblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsi resursun texniki cəhətdən təkmilləşdirilməsində informasiyanın daha da zənginləşdirilməsində Prezident Kitabxanası ilə əməkdaşlığı davam etdirəcək.

 

Qeyd edək ki, “Azərbaycan diasporuelektron kitabxanası http://diaspora.preslib.az/ subdomenində yerləşdirilib müntəzəm olaraq yenilənir.

 

Famil

 

Unikal- 2020.- 11 yanvar.- S.11